“Ümummilli lider Heydər Əliyev-90” mövzusunda konfrans keçirilib
22.02.2013 [02:22]
Dünən “Azərbaycan” qəzeti redaksiyasının və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə “Ümummilli lider Heydər Əliyev-90” mövzusunda konfrans keçirilib.
AzərTAc xəbər verir ki, konfransın moderatoru, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov tədbirin əhəmiyyətini vurğulayıb, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsində, ölkəmizin davamlı inkişaf yoluna çıxarılmasında, milli ordu quruculuğunda və digər sahələrdəki misilsiz xidmətlərdən danışıb.
SAM-ın direktoru Fərhad Məmmədov Azərbaycan xalqının dünyaya bəxş etdiyi böyük vətəndaş, müdrik siyasi xadim Heydər Əliyevin milli dövlətçiliyimizin formalaşmasında, möhkəmləndirilməsində və inkişafındakı misilsiz rolunu qeyd edib. Bildirilib ki, müasir tariximizin ən çətin mərhələsində xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları ilə əlaqələrimizi Azərbaycan xalqının milli mənafelərinin təmin olunması prinsipləri üzərində qurub, ölkəmizin xarici siyasətini bu istiqamətdə uğurla inkişaf etdirib. Bir sıra əhəmiyyətli layihələrin reallaşdırılmasında mühüm rol oynayan ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, dövlətimizin ərazi bütövlüyünün bərpası, strateji müttəfiqlərin qazanılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində diplomatik səylərini gücləndirib.
Azərbaycanın 155 ölkənin etimadını qazanaraq müstəqillik tarixində ilk dəfə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini, ötən il bu mötəbər quruma sədrlik etməsini bildirən F.Məmmədov bu nailiyyətin əsası Ulu öndər tərəfindən qoyulan uğurlu xarici siyasət kursunun məntiqi davamı olduğunu diqqətə çatdırıb.
Qeyd edilib ki, Ulu öndər Azərbaycanın güclü dövlətə çevrilməsində iqtisadiyyatın əhəmiyyətini hər zaman yüksək qiymətləndirib. Bu baxımdan, Azərbaycanın yeni strateji hədəflərinin müəyyənləşdirilməsi zərurətindən yaranan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası kimi mühüm sənədin fəlsəfəsi də Ümummilli lider Heydər Əliyevin xalqımızın mənafelərinə yönəldilmiş siyasətindən qaynaqlanır. Bu siyasətin davamlı şəkildə yürüdülməsinin nəticəsi olaraq ölkəmiz ötən il regionun ən güclü iqtisadi potensiala və inkişaf modelinə malik dövləti olduğunu bir daha təsdiqləyib. Dünya İqtisadi Forumunun “Dünya Rəqabətlilik Hesabatına” əsasən, Azərbaycan reytinq cədvəlində doqquz pillə irəliləyərək 144 dövlət arasında 46-cı yerdə qərarlaşıb.
F.Məmmədov qeyd edib ki, Ümummilli lider Heydər Əliyev demokratik cəmiyyətin inkişafı və insan hüquqlarının qorunması kimi sahələrə də xüsusi diqqət ayırıb. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.
Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov konfransda “Heydər Əliyev Azərbaycanın müstəqil xarici siyasətinin memarıdır” mövzusunda məruzə ilə çıxış edərək Ulu öndərin həyata keçirdiyi xarici siyasət kursu nəticəsində qazanılmış nailiyyətlərdən danışıb. Bildirilib ki, Ümummilli lider qarşıda duran vəzifələri həll etmək üçün yalnız siyasi-diplomatik üsula üstünlük verir, ən çətin anlarda belə danışıqlar, diplomatiya yolunu seçirdi. Bununla da Ulu öndər ilk dəfə cəmiyyətin müxtəlif dairələrinin maraqlarını nəzərə alaraq siyasi qarşıdurmanın kəskinləşməsinə imkan verməyib. Digər tərəfdən, xarici düşmənlərin yaranan vəziyyətdən istifadə etmək imkanlarını azaldıb.
N.Məmmədov diqqətə çatdırıb ki, Ümummilli lider müdrik addımları ilə, eyni zamanda, Azərbaycanın siyasi səhnəsində diplomatik fəaliyyət mədəniyyətinin yerini möhkəmləndirib və siyasətçilərə nümunə olub.
Ulu öndər Heydər Əliyevin Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərini konkret geosiyasi və tarixi şəraitə uyğun müəyyənləşdirdiyini diqqətə çatdıran Prezident Administrasiyası rəhbərinin müavini vurğulayıb ki, beləliklə də, ölkəmizin xarici siyasət kursu sistemləşdirilib, yeni məzmun qazanıb və zamanın tələbləri səviyyəsinə qaldırılıb.
N.Məmmədov Ümummilli liderin ölkəmizin çətin dövründə xarici siyasətin qarşısında duran vəzifələri və onun prioritetlərini dəqiq müəyyənləşdirdiyini diqqətə çatdırıb. Bildirilib ki, Ulu öndər həmin vəzifələr barədə 1993-cü il oktyabrın 10-da Prezident seçilməsi ilə bağlı keçirilən andiçmə mərasimində danışıb. Ümummilli lider bəyan edirdi: “Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir”.
Prezident Administrasiyası rəhbərinin müavini vurğulayıb ki, bu vəzifələrin fövqündə ölkənin ərazi bütövlüyünün təmin olunması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli kimi məsələlərin xarici siyasətin başlıca vəzifəsi olması qətiyyətlə nümayiş etdirilib.
Diqqətə çatdırılıb ki, Ümummilli lider Heydər Əliyev beynəlxalq aləmdən Azərbaycanın suverenliyinə və müstəqilliyinə təminat alaraq Qərb ilə strateji əməkdaşlığa hazır olduğuna dünyanı inandırıb, digər tərəfdən, bu əməkdaşlığın imkanlarından yararlanaraq iqtisadiyyatımızın gələcək inkişafını təmin etmək imkanı qazanıb.
N.Məmmədov Ulu öndər Heydər Əliyev tərəfindən sistemli şəkildə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın xarici siyasətində yüksəliş başladığını qeyd edib. Qısa müddətdə Ümummilli lider Heydər Əliyev bu prosesin dönməzliyini təmin edib. Nəticədə, Azərbaycanın xarici siyasəti XXI əsrə qlobal miqyasda baş verən geosiyasi proseslərə, regional vəziyyətə və dünyanın enerji təhlükəsizliyi sisteminin qurulması dinamikasına çevik reaksiya verən bir sistem kimi daxil olub. Zaman keçdikcə təkmilləşən bu sistem daim özünü yeniləşdirir və meydana çıxan gözlənilməz situasiyalara konstruktiv reaksiya verməkdədir.
Konfransda Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadənin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası Heydər Əliyevin yürütdüyü iqtisadi-sosial siyasətin məntiqi davamıdır” mövzusunda məruzəsi dinlənilib.
Məruzədə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatının inkişafında və yüksəlişində Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışılıb.
Z.Səmədzadə bildirib ki, müstəqilliyimizin ilk illərində ölkəmizin parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev həyata keçirdiyi uğurlu siyasi və iqtisadi islahatlarla Azərbaycanda ictimai-siyasi vəziyyəti sabitləşdirib, dövlətin iqtisadi, siyasi və hərbi qüdrəti artıb. Məhz Heydər Əliyevin qayıdışından sonra ölkəmizin davamlı iqtisadi inkişafı təmin edilib, bütün sahələrdə müsbət dəyişikliklər baş verib, iqtisadi inkişafın Azərbaycan modeli yaradılıb.
Vurğulanıb ki, dünya iqtisadiyyatına uğurla inteqrasiya, ölkə daxilində iqtisadi liberallaşma, kredit reytinqimizin artması, iqtisadiyyatımızın rəqabət qabiliyyətliliyinin yüksək mövqedə olması, büdcəmizin və valyuta ehtiyatlarımızın ildən-ilə çoxalması 1993-cü ildən etibarən Ümummilli lider Heydər Əliyev tərəfindən yeni prinsiplər əsasında qurulan iqtisadi strategiyanın töhfələridir.
Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Hazırda Azərbaycan dünyada davamlı inkişaf edən azsaylı ölkələrdən biridir. Uğurlu iqtisadi siyasətin nəticəsidir ki, bütün dünyanı bürüyən iqtisadi böhran Azərbaycandan yan keçib. Ölkəmiz dinamik iqtisadi inkişaf yolu ilə sürətlə irəliləyir.
Tədbirdə “Heydər Əliyevin sosial siyasətində gender bərabərliyi” mövzusunda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova Ulu öndərin zəngin irsindən danışıb. Qeyd edilib ki, hər kəs öz sahəsində Ümummilli liderin ölkə üçün gördüyü işləri, dəyərli və əzəmətli ideyaların həyata keçirilməsini hiss edir. Bu, insan hüquqlarının müdafiəsi ilə birbaşa bağlı olan sahələrdə xüsusilə hiss olunur.
Ümummilli lider Heydər Əliyevin fəaliyyət istiqamətlərindən birinin sosial siyasətdə gender bərabərliyinin gücləndirilməsi olduğunu diqqətə çatdıran H.Hüseynova bildirib ki, bu diqqətin nəticəsi olaraq ölkəmiz genderlə bağlı yeniliklərə ilk imza atan dövlətlərlə bir sıradadır.
AQUPDK-nın sədri qeyd edib ki, Azərbaycanda sosial-siyasi məsələlərin və gender problemlərinin həllinin tapılması Ulu öndərin yenidən hakimiyyətə qayıtması ilə eyni vaxta təsadüf edir. Ümummilli lider qadınların cəmiyyətdə sosial statusunu təhsil, səhiyyə, dövlət idarəçiliyi və digər sahələrdəki təmsilçiliyində görürdü. Ulu öndər ən çətin məqamlarda da qadınlarla bağlı problemləri diqqətdə saxlayıb, bu problemlərin aradan qaldırılmasına daim lazımi kömək göstərib. Müstəqilliyin ilk illərində ağır müharibə şəraiti və iqtisadi çətinliklərə baxmayaraq Azərbaycan bir çox Qərb ölkələrindən daha əvvəl BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” və “Uşaq hüquqları haqqında” konvensiyalarına qoşulub. Bu addım Ümummilli liderin müdrik siyasətinin nəticəsi idi.
1990-cı illərin ortalarından başlayaraq ölkədə yaranan sosial və iqtisadi sabitliyin qadınlarla bağlı məsələlərin inkişafına təkan verdiyini diqqətə çatdıran H.Hüseynova vurğulayıb ki, o illərdə respublikada qadın problemi ilə məşğul olan dövlət qurumu olmadığından 1994-cü il sentyabrın 19-da Ümummilli lider Heydər Əliyev “4-cü Ümumdünya qadınlar konfransına hazırlıqla əlaqədar Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” Fərman imzalayıb. Bundan başqa, Ulu öndər tərəfindən imzalanan digər fərman və sərəncamlar ilə qadınların hüquqlarının müdafiəsi təmin olunub.
Tədbirdə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda məruzə ilə çıxış edən “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev vurğulayıb ki, Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyətlərdən olan Ümummilli lider Heydər Əliyev bütün ömrünü, fəaliyyətini Azərbaycanın inkişafına və çiçəklənməsinə həsr edib.
Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə gəncliyə diqqət və qayğı Onun fəaliyyətinin prioritet istiqamətlərindən olub, Azərbaycanda gənclər siyasətinin təməli qoyulub. Məhz dahi rəhbərin dəstəyi nəticəsində gənclik cəmiyyətin aparıcı qüvvəsinə, gənclər siyasəti isə dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib.
Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan gənclərinin ilk Forumu keçirilib. Forum gənclərə göstərilən yüksək diqqət və qayğının parlaq təzahürü, eyni zamanda, gənclərdə özünə inamı formalaşdırmaq üçün atılmış müdrik addım idi. Məhz bu cür tədbirlərdə Ulu öndər Heydər Əliyev şəxsən özü saatlarla gənclərin çıxışlarını və fikirlərini dinləyərək ətrafdakılara gəncləri dinləməyin nə qədər vacib olduğunu göstərirdi.
Vurğulanıb ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev gənclər siyasətində yeni mərhələnin başlanğıcını qoyub. Dövlətimizin başçısı daim gənclərə arxalandığını açıq şəkildə söyləyib. Gənclərə göstərilən etimadın və dəstəyin nəticəsi olaraq bu gün gəncliyin nümayəndələri dövlət orqanlarında, müxtəlif strukturlarda təmsil olunur, cəmiyyətin inkişafına töhfələrini verirlər.
Konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43

