Romada “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi açılıb
07.03.2013 [01:05]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, martın 5-də Heydər Əliyev Fondunun, “Baku” jurnalının ingilisdilli versiyasının və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə layihəsi çərçivəsində Romanın MAXXİ Milli Müasir İncəsənət Muzeyində “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisinin rəsmi açılışı olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva MAXXİ Milli Müasir İncəsənət Muzeyinə gəliblər.
Əvvəlcə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Muzeyin prezidenti xanım Covanna Melandri arasında görüş olub.
Görüşdə “Bakıya uçuş” sərgisinin Romada keçirilməsindən məmnunluq ifadə edilib, bu sərginin Azərbaycan ilə İtaliya arasında mədəniyyət sahəsində əməkdaşlığa töhfə olduğu vurğulanıb. Bundan əlavə, MAXXİ Milli Müasir İncəsənət Muzeyi ilə Heydər Əliyev Mərkəzi arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
Sonra Mehriban xanım Əliyeva MAXXİ Milli Müasir İncəsənət Muzeyi ilə tanış olub. Qeyd edilib ki, avanqard, qeyri-ənənəvi üslubda yaradılan bina 2010-cu ilin iyununda istifadəyə verilib.
Daha sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla xanım Əliyeva “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisinin rəsmi açılışında iştirak ediblər.
Romanın MAXXİ Milli Müasir İncəsənət Muzeyinin prezidenti Covanna Melandri Azərbaycanın birinci xanımının tədbirdə iştirakını məmnunluqla qeyd edərək sərginin təşkilatçılarına minnətdarlığını bildirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva mərasimdə çıxış edib.
Leyla xanım Əliyeva “Bakıya uçuş” sərgisinin bu dəfə dünya memarlığının şah əsəri - Romada açıldığını vurğulayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib ki, müsəlman Şərqində ilk dəfə 1918-ci ildə qadınlara seçib-seçilmək hüququ Azərbaycanda verilib, müsəlman qızları üçün ilk dünyəvi məktəb Bakıda açılıb, Şərqdə ilk opera və balet də bizim ölkəmizdə səhnələşdirilib. “İyirmi ildən çoxdur müstəqil olan ölkəmiz hazırda sürətlə inkişaf edir”, - deyən Leyla xanım Əliyeva Azərbaycanın artıq ilk peykini səmaya buraxdığını diqqətə çatdırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti “Bakıya uçus” sərgisinin əhəmiyyətindən də danışaraq deyib: “Bakıya uçuş” sərgisi mənim üçün çox mühüm və doğmadır. İncəsənət həmişə həyatımın mühüm bir hissəsi olmuşdur. Çox şadam ki, bu sərgi dünya ictimaiyyətinə Azərbaycanın müasir incəsənəti barədə daha dolğun məlumat verə bilər. Digər binaya keçəndə siz 21 rəssamın əl işlərini görəcəksiniz. Bunların bəziləri artıq özlərini təsdiq etmiş, digərləri isə hələ gənc və perspektivli rəssamlardır. Burada yüzdən artıq əsər təqdim olunur. Bunların arasında videolar, installasiyalar, fotoşəkillər, performanslar və heykəllər də vardır. Sərgi başlayandan biz Avropanın bir çox şəhərində - London, Paris, Berlin, Moskvada olmuşuq. Qarşıda bizi hələ daha çox gözəl şəhərlər gözləyir. Lakin səmimi deməliyəm ki, Romada olmaq xüsusi hisslər yaradır”.
Sərginin kuratoru Erve Mikaelof burada təqdim edilən əsərlərin orijinallığından danışıb. Azərbaycanda çoxlu istedadlı gənclərin olduğunu vurğulayan Erve Mikaelof bu gənclərin istedadının sərgi vasitəsilə bütün dünyaya təqdim edildiyini bildirib.
Daha sonra “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi ilə tanışlıq olub.
Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi əhəmiyyətə malik bu sərgini Şərq ilə Qərb mədəniyyətlərinin sintezi olan müasir Azərbaycan incəsənətinin uğurlu təqdimatı kimi də qiymətləndirmək mümkündür. Sərgidə Altay Sadıxzadənin, Aida Mahmudovanın, Əliyar Əlimirzəyevin, Rəşad Ələkbərovun və başqalarının əsərləri özünəməxsus üslubu ilə iştirakçıların diqqətini cəlb edir. Bu əsərlərdə incəsənətin dövrümüzün aktual mövzularına toxunulur, eksperimental yanaşmalardan istifadə edilir. Bu əsərlər fərqli forma və rənglə diqqəti çəkir. Müasir incəsənətin bu maraqlı nümunələri qeyri-adi düşüncənin əksi olaraq, maraqlı işlənmə texnikası ilə seçilir. Bir-birindən fərqli, avanqard ideyaların hakim kəsildiyi bu sənət əsərləri müasir Azərbaycan incəsənətinin özəlliyindən xəbər verir. Bununla yanaşı, sərgi Heydər Əliyev Fondunun istedadlı gəncləri üzə çıxarmaq istiqamətində atdığı addımların nə qədər uğurlu olduğunu bir daha təsdiqləyir. Belə layihələr nəticəsində zəngin Azərbaycan mədəniyyəti ilə yanaşı, ölkəmizin istedadlı gəncləri də dünyada tanınır və qəbul edilir. Sərginin ovqatı həm də onu nümayiş etdirir ki, Azərbaycanda mədəniyyətə və sənətə hər zaman böyük diqqət olub, ölkəmizdə mədəniyyətin inkişafı, azad yaradıcılıq imkanlarının təmin edilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir.
Sərgiyə gələn qonaqlara buradakı rəssamların əsərlərinin bukletləri, “Baku” jurnalının, “Əli və Nino” əsərinin ingilis dilli versiyası, Azərbaycan haqqında videoçarxın olduğu disklər hədiyyə olunur. Romada açılan “Bakıya uçuş” sərgisi martın 26-dək davam edəcək.
Martın 5-də axşam Romada “Bakıya uçuş” sərgisində iştirak edən qonaqların şərəfinə ziyafət verilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34

