Azərbaycan Mətbuat Şurasının yaradılmasının 10-cu ildönümü münasibətilə tədbir keçirilib
16.03.2013 [11:04]
Martın 15-də Azərbaycan Mətbuat Şurasının (AMŞ) on illik yubileyinə həsr olunmuş mərasim keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, KİV-lərin, QHT-lərin rəhbərləri və təmsilçiləri, Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra milli mətbuatımızın və Mətbuat Şurasının inkişaf tarixindən bəhs edən “Zamanla üz-üzə” filmi nümayiş etdirilib.
Tədbiri açan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Mətbuat Şurasının on il əvvəl Azərbaycan mediasının ehtiyacından doğaraq yarandığını bildirib, ötən müddətdə onun ciddi fəaliyyət həyata keçirdiyini vurğulayıb və bu gün azad media üçün lazımi institut kimi dəyərləndirib. Bildirilib ki, AMŞ fəaliyyətə başladığı gündən Azərbaycan mətbuatının 138 illik tarixi ərzində yaradılmış dəyərli nümunələri, ənənələri yaşatmaq istiqamətində ciddi iş aparıb.
Milli mətbuatımızın inkişaf tarixindən danışan Prezident Administrasiyasının şöbə müdiri hazırda Azərbaycan mediasının inkişafında üç əsas meylin müşahidə olunduğunu və onların önündə məhz AMŞ-nin dayandığını vurğulayıb. Onlardan biri 1998-ci ildə Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş azad söz və azad media mühitinin inkişaf etdirilməsidir. 1998-ci il avqustun 6-da imzaladığı Fərmana əsasən mətbuat üzərində bütün tənzimləyici mexanizmləri ləğv edən, senzuranı götürən Ulu öndər Heydər Əliyev bugünkü azad media mühitinin təməlini qoyub. Mətbuat Şurasının da yarandığı vaxtdan həyata keçirdiyi əsas fəaliyyətlərdən biri azad media mühiti dairəsinin getdikcə genişləndirilməsi, jurnalistlərin yaradıcı fəaliyyət mühitinin daha demokratikləşdirilməsi və plüralistləşdirilməsi olub.
Diqqətə çatdırılıb ki, AMŞ-nin həyata keçirdiyi ikinci əsas fəaliyyət jurnalist peşəkarlığının və jurnalistlərin məsuliyyətinin artırılması, jurnalist davranış normaları ilə Azərbaycan cəmiyyətinin mətbuata, azad sözə olan ehtiyacının uyğunlaşdırılmasıdır. Şura yaradıldığı 10 il müddətində bir gün də olsun bu istiqamətdə fəaliyyətini dayandırmayıb, bacardığı qədər medianın digər qabaqcıl nümayəndələrindən, Azərbaycan media orqanlarının baş redaktorları, rəhbərləri və mediamızın veteranlarından istifadə edərək bu fəaliyyəti həyata keçirib.
Qeyd olunub ki, Şuranın fəaliyyətində üçüncü mühüm istiqamət isə jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması, Azərbaycan cəmiyyətində jurnalist nüfuzunun qorunması və inkişaf etdirilməsi, jurnalistlərin adına xələl gətirən qeyri-qanuni, mənfi hallardan xilas olunması sahəsində görülən işlərdir. Bəzən Mətbuat Şurasının fəaliyyətini tənqid edirlər ki, nəyə görə mediada monitorinqlər aparır? Nəyə görə Azərbaycan mediasında mənfi halları qabardıb komissiyalarda araşdırır, bəzi mətbuat orqanlarını “reket” adlandırır, onları ictimai qınağa çəkir? Əslində bunlar Mətbuat Şurasının 10 ildə həyata keçirdiyi ən səmərəli, ən uğurlu işlərdən biridir. Jurnalistin nüfuzu, saf adı qorunmasa, onların adını ləkələyən kənar təsirlərdən təmizlənməsə Azərbaycan mediasının inkişafından danışa bilmərik.
Əli Həsənov bildirib ki, 2003-cü ildən başlayaraq ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mediasının inkişafı sahəsində mühüm dövlət siyasəti həyata keçirilir. Təməli Ulu öndərimiz tərəfindən qoyulmuş mətbuata qayğı, plüralist media mühitinin formalaşdırılması və mediamızın gözü ilə cəmiyyətin problemlərinin ortaya çıxarılması, müzakirəsi bu dövrdən başlayaraq həyata keçirilib.
Şöbə müdiri Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun simasında dövlətimizin mətbuata göstərdiyi diqqət və qayğının bundan sonra da davam edəcəyini vurğulayıb. Bu il Azərbaycan mətbuat nümayəndələri üçün inşa olunmuş binadakı mənzillər ehtiyacı və ən çox xidməti haqqı olan jurnalistlərə paylanacaq. Əminəm ki, bundan sonra da bu fəaliyyət davam edəcək.
Azərbaycan dövlətinin mətbuatımızın inkişafına yönəlmiş siyasətinin təməlində azad sözün dayandığını vurğulayan şöbə müdiri Şuranın yubileyi münasibətilə mətbuat nümayəndələrinə səmimi təbriklərini çatdırıb, fəaliyyətlərində uğurlar arzulayıb.
Bakı Dövlət Universitetinin (BDU) professoru Şirməmməd Hüseynov, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Azərbaycan Mətbuat Şurasının on illik yubileyi ilə bağlı təbriklərini çatdırıblar. Çıxışlarda on il əvvəl yaradılmış Şuranın ölkəmizdə dövlət-mətbuat, vətəndaş-mətbuat münasibətlərinin sivil yolla nizamlanmasında, jurnalist etikasına əməl olunmasında, jurnalistlərin hüquqlarının müdafiəsində, informasiya almaq imkanlarının genişləndirilməsində mühüm rol oynadığı vurğulanıb. Bildirilib ki, Şura fəaliyyətində diqqətin mətbuat orqanlarının obyektivlik, peşəkarlıq, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik məsələlərinə, aktual problemlərin həllinə yönəldilməsinin təmin edilməsinə xüsusi önəm verir.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qurumun yaradılmasından ötən on il ərzində qazanılmış uğurların mətbuat orqanları ilə birgə fəaliyyət nəticəsində əldə olunduğunu diqqətə çatdırıb. Şuranın uzun müddət binasının olmadığını xatırladan Ə.Amaşov bu məsələnin Azərbaycan mətbuatının 130 illik yubileyi ərəfəsində həllini tapdığını bildirib. Qeyd olunub ki, yarandığı on il ərzində minlərlə vətəndaş Şuraya müraciət edib. Bu müraciətlər araşdırılaraq lazımi tədbirlər görülüb. Ötən müddətdə Şuranın hər bir iradı və tövsiyəsi diqqətlə qarşılanıb, nəzərə alınıb.
Mərasim konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38

