/ / Birinci xanım Mehriban Əliyeva Bakıdakı iki körpələr evi-uşaq bağçasında əsaslı təmirdən sonra yaradılmış şəraitlə tanış olub
Birinci xanım Mehriban Əliyeva Bakıdakı iki körpələr evi-uşaq bağçasında əsaslı təmirdən sonra yaradılmış şəraitlə tanış olub
11.04.2013 [17:15]
Aprelin 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Yasamal rayonundakı 60 və 77 nömrəli körpələr evi-uşaq bağçalarında əsaslı təmir və yenidənqurmadan sonra yaradılmış şərait ilə tanış olub.
Azərbaycanın birinci xanımı əvvəlcə 60 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmirdən əvvəlki vəziyyətini əks etdirən fotostendlə, daha sonra isə bağçadakı şəraitlə tanış olub.
Məlumat verilib ki, 1961-ci ildə inşa edilmiş binada indiyədək heç vaxt bu cür təmir işləri aparılmayıb.
Qeyd edilib ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq burada yenidənqurma işlərinə 2012-ci ilin martından başlanılıb. Bağçada 2-6 yaş arası 75 uşağın təlim-tərbiyəsi ilə 8 tərbiyəçi, 1 musiqi müəllimi məşğul olur.
Müəssisədəki 4 yataq otağı, 4 qrup otağı, musiqi və idman zalı, mətbəx tamamilə yenilənib. Otaqların hamısı Heydər Əliyev Fondunun hədiyyəsi olan zəruri inventarla təchiz olunub. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından bağçaya mebel, soyuducu, televizor, uşaq oyuncaqları və digər zəruri əşyalar hədiyyə edilib.
* * *
Daha sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 77 nömrəli körpələr evi-uşaq bağçasına gəlib. Bu məktəbəqədər təhsil müəssisəsi də əsaslı təmirdən sonra öz qapılarını balacaların üzünə açıb.
Müəssisənin əvvəlki vəziyyətinin əks etdirən fotolara baxan Mehriban xanım Əliyevaya məlumat verilib ki, bu bina 1963-cü ildə inşa olunub, ötən illər ərzində tam yararsız vəziyyətə düşüb. Bakının və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafını nəzərdə tutan Dövlət Proqramına uyğun olaraq 2012-ci ildən burada aparılan yenidənqurma işlərindən sonra bağça yeni və müasir görkəm alıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya məlumat verilib ki, ikimərtəbəli binada 5 qrup, 5 yataq, həkim otaqları, musiqi və idman zalları, mətbəx yenilənib. Burada 2-6 yaş arası 95 uşaq tərbiyə alır. Balacaların təlim-tərbiyəsi ilə ümumilikdə 26 nəfər məşğul olur. Bu məktəbəqədər təhsil ocağına da bütün avadanlıq Heydər Əliyev Fondu tərəfindən hədiyyə olunub.
Mehriban xanım Əliyeva hər iki bağçada yaradılmış şəraitdən razılığını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

