Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirilib
25.04.2013 [15:14]
Aprelin 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilib.
AzərTAc xəbər verir ki, AMEA-nın Rəyasət Heyətinin binasının böyük salonunda keçirilən yığıncağın iştirakçıları əvvəlcə foyedə akademiyanın ayrı-ayrı elmi institutlarının fəaliyyətini əks etdirən sərgiyə baxıblar.
AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Akif Əlizadə tədbiri açaraq, akademiyanın 48 həqiqi üzvündən 44-nün, 90 müxbir üzvündən 84-nün iştirak etdiyini, yığıncağın işə başlamağa səlahiyyətli olduğunu bildirib.
Sonra AMEA-nın 2012-ci ildəki ümumi yığıncağından sonra dünyasını dəyişmiş doqquz üzvünün - sabiq prezident, akademik Mahmud Kərimovun, akademiklər Bəkir Nəbiyevin, Midhət Abbasovun, Budaq Budaqovun, müxbir üzvlər Rəhim Hüseynovun, Bala İsgəndərovun, Anar Əlizadənin, İsgəndər Cəfərovun, Oqtay Əfəndiyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, yığıncağın gündəliyinə üç məsələ - AMEA-nın ötən ildəki fəaliyyəti haqqında hesabat; AMEA prezidentinin seçkisi; AMEA-nın Rəyasət Heyətinin seçilməsi daxildir.
Gündəlik səsə qoyularaq təsdiq edilib.
Akademik Akif Əlizadə çıxış edərək AMEA-nın elmi institutlarının fəaliyyətindən, ölkəmizdə elmin, təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. Bildirilib ki, 2012-ci il Azərbaycan üçün əlamətdar hadisələrlə zəngin olub. Fundamental dövlət quruculuğuna inamla davam etdirən ölkəmiz rəqabətə davamlı industrial iqtisadi sistemi yaratmaq əzmindədir. Siyasi, mədəni, iqtisadi sahələrdə də respublikamız iri addımlarla irəliləyir. Azərbaycan demək olar ki, hər ay çox böyük, mötəbər forumlara ev sahibliyi edir. Bütün bunlar dövlətimizin təşəbbüsü ilə həyata keçirilir.
Akademik diqqətə çatdırıb ki, bu gün Azərbaycan regional və qlobal şəraitdə siyasi, iqtisadi problemlərin müzakirə mərkəzinə çevrilib. Bütün bunlar Prezident İlham Əliyevin titanik fəaliyyətinin nəticəsində mümkün olub. Ulu öndər Heydər Əliyevin həyatının, fəaliyyətinin məqsədi olan Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir.
Azərbaycanda elm sahəsinin də inkişaf etdiyini vurğulayan Akif Əlizadə dövlətimizin başçısının elm adamlarına göstərdiyi diqqət və qayğının, eləcə də cəmiyyətdə alimlərimizin nüfuzunun gündən günə artdığını, onların əməyinin yüksək qiymətləndirildiyini, yubileylərinin keçirildiyini, müxtəlif təltiflərə, mükafatlara layiq görüldüklərini deyib: “Məhz bu diqqətin nəticəsində elmimizin maddi-texniki bazası möhkəmləndirilir, AMEA-nın institutlarına vəsaitlər ayrılır. Biz bu yüksək diqqət və qayğısına görə Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk. Alimlərimiz bu diqqətə yüksək fəallıqla cavab verməlidirlər”.
Reqlament müəyyənləşdirilib təsdiq olunduqdan sonra Akademiyanın akademik-katibi Vaqif Fərzəliyev AMEA-nın ötən ildəki fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib.
Məruzəçi bildirib ki, hesabat ilində Akademiyanın elmi müəssisələrində 159 problem üzrə elmi tədqiqat işləri aparılıb və 150 mühüm elmi nəticə alınıb. Həmçinin müxtəlif nazirliklər və dövlət şirkətləri nəzdində fəaliyyət göstərən elmi mərkəzlər tərəfindən aparılan tədqiqatlar əlaqələndirilib, onların yerinə yetirdikləri elmi-tədqiqat işlərinin hesabatı AMEA-ya təqdim ediblər.
AMEA-nın müxtəlif institutlarının fəaliyyətindən geniş bəhs edən hesabatın təqdimatından sonra müzakirələr başlanıb.
Hesabat məruzəsinin AMEA-nın bütün fəaliyyət sahələrini hərtərəfli əhatə etdiyini vurğulayan akademik Əhliman Əmiraslanov il ərzində qazanılmış ən böyük nailiyyətlərdən birinin elmi-tədqiqat işlərinin metodik səviyyəsinin yüksəldilməsi və tədqiqatların nəticələrinin təcrübəyə tətbiqi sahəsindəki uğurlar olduğunu vurğulayıb. Akademik dünyada nüfuzlu elmi nəşrlərdə azərbaycanlı alimlərin məqalələrinin, elmi-tədqiqat işlərinin nəticələrinin sayının yüzlərlə olduğunu diqqətə çatdıraraq bunun Azərbaycan elminin inkişafından xəbər verdiyini diqqətə çatdırıb.
Akademik Telman Əliyev hazırda ölkəmizdə neft-qaz çıxarma, neft emalı, neft-kimya, dağ-mədən, energetika, hərbi sənaye, maşınqayırma, tikinti, nəqliyyat, kənd təsərrüfatı, seysmik və ekoloji təhlükəsizlik komplekslərində, elektron dövlətin və informasiya cəmiyyətinin sənəd dövriyyəsinin təmin edilməsi sahəsində elmi tutumlu problemlərin olduğunu diqqətə çatdırıb. AMEA-nın fəaliyyətinin əsasını bu istiqamətlər təşkil etməlidir.
AMEA-nın illik hesabatını müsbət qiymətləndirən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov çıxışında əsasən elm və təhsil əlaqələrindən danışıb. Azərbaycanda fəaliyyət göstərən 1800-dək elmlər doktorunun 1200-dən çoxunun ali təhsil müəssisələrində çalışdığını vurğulayıb. Son illər universitet və akademiya alimləri arasında intensiv əməkdaşlığın olduğunu diqqətə çatdıran A.Məhərrəmov AMEA-nın müvafiq qurumları ilə elmi əməkdaşlıq istiqamətində müqavilələrin imzalandığını, proqramların, layihələrin hazırlanıb həyata keçirildiyi deyib.
Ötən il beynəlxalq indeksli jurnallarda 575 məqalənin dərc olunduğunu bildirən alim onlardan 146-nın Bakı Dövlət Universitetinin payına düşdüyünü bildirib. Bu rəqəm təhsil müəssisələri arasında 45 faiz təşkil edir. Universitetlərdə elmi maliyyələşməyə yanaşmanın gücləndirilməsinin vacibliyindən danışan alim bu sahədə narahatedici məqamların olduğunu diqqətə çatdırıb, gənc mütəxəssislərin elmə cəlb edilməsinin zəruriliyini vurğulayıb. A.Məhərrəmov, həmçinin fundamental təbiət, texniki elmlərə diqqətin artırılmasının əhəmiyyətindən danışaraq bu sahədə müəyyən strategiyanın hazırlanmasının vacibliyini qeyd edib.
Son illərdə BDU ilə AMEA arasında əməkdaşlı sahəsində ciddi iş görüldüyünü bildirən rektor hazırda 89 beynəlxalq qrant proqramı üzərində iş aparıldığını deyib.
Humanitar elmlərə qayğının artırılmasının vacibliyindən danışan akademik Teymur Bünyadov arxeologiya və etnoqrafiya sahəsində ciddi işlərin görüldüyünü diqqətə çatdırıb. Bu istiqamətdə dünyanın bir sıra ölkələri ilə yaxından əməkdaşlıq edildiyini bildirən T.Bünyadov dövlətimizin başçısının Sərəncamına əsasən hazırlanmış “Azərbaycan Etnoqrafiyası” üçcildliyinin əhəmiyyətini vurğulayıb, İrəvanın, Naxçıvanın, Qarabağın tarixi ilə bağlı Tarix İnstitutunun hazırladığı kitabların əhəmiyyətindən danışıb. Qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün böyük işlərin görülməsinin vacibliyindən danışan akademik hesabat məruzəsini qənaətbəxş hesab edilməsini xahiş edib.
Çıxışında elmin əlaqələndirilməsinə toxunan akademik İsmayıl İbrahimov bu məsələnin vacibliyindən danışıb. Alim elmin əlaqələndirilməsində konfransların keçirilməsinin, şəxsi əlaqələrin inkişaf etdirilməsinin və bu sahədə mətbuatın imkanlarından geniş istifadə olunmasının vacibliyindən danışıb. Respublikamızda müstəqilliyimizin bərpasından ötən 21 il ərzində kibernetika və informatika sahəsində aparılmış işlərin yığılaraq kitab şəklində hazırlandığını bildirib.
İ.İbrahimov Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə çapdan çıxmış həmin kitabı dövlətimizin başçısına çatdırması üçün Prezident Administrasiyasının rəhbərinə təqdim edib. Çıxışının sonunda İ.İbrahimov AMEA-nın prezidenti vəzifəsinə akademik Akif Əlizadənin namizədliyini irəli sürüb.
AMEA-nın son illərdə əldə etdiyi nailiyyətlərin hesabatda əksini tapdığını bildirən akademik İsmayıl Hacıyev qeyd edib ki, Prezident İlham Əliyevin elmin inkişafına fəal dəstəyi Akademiya əməkdaşlarını ciddi tədqiqatlar aparmağa ruhlandırıb. Bununla yanaşı, alim dövlət tərəfindən elmə ayrılan vəsaitin daha da artırılmasının, elmi işçilərin sosial şəraitinin yaxşılaşdırılmasının vacibliyini qeyd edib.
AMEA-nın Naxçıvan Bölməsinin fəaliyyəti barədə məlumat verən akademik son illərdə bu sahədə ciddi uğurların əldə olunduğunu vurğulayıb. Qeyd edilib ki, 2002-ci ildə yaradılmış Naxçıvan Bölməsində hazırda 94 elmi işçi çalışır. Bölmənin əməkdaşları ötən il 670 əsər nəşr etdiriblər. Bunun təqribən yarısı beynəlxalq indeksli jurnalların payına düşür. Naxçıvan Bölməsində 2006-cı ildə yaradılmış Dissertasiya Şurasında 56 namizədlik və doktorluq dissertasiyası müdafiə edilib. AMEA-nın Naxçıvan Bölməsi bütövlükdə AMEA-nın qarşısında qoyulan vəzifələrə uyğun fəaliyyət göstərir.
Respublikamızda aparılan mühüm elmi tədqiqatların hesabat məruzəsində əhatəli əks olunduğunu bildirən akademik Vasim Məmmədəliyev ölkəmizdə AMEA ilə yanaşı, ali məktəblərdə də böyük tədqiqat işlərinin aparıldığını deyib.
Humanitar və İctimai Elmlər Bölməsinin institutlarında kompleks şəkildə böyük işlərin görüldüyünü qeyd edən alim tariximizin tədqiqi baxımından qədim dillərin öyrənilməsinin vacibliyini diqqətə çatdırıb. Sevindirici haldır ki, hesabat dövründə doktorantura və aspirantura üzrə bu sahəyə xeyli gənc mütəxəssislər cəlb olunub. O, bu baxımdan Tarix İnstitutunda görülən işləri təqdirəlayiq hal kimi qiymətləndirib. Gənc mütəxəssislərin elmə cəlb edilməsinin vacibliyindən danışan alim dünyanın nüfuzlu elmi tədqiqat mərkəzləri ilə əlaqələrin qurulmasının əhəmiyyətini vurğulayıb.
Akademik Ədilə Namazova da çıxış edərək görülmüş işlərdən danışıb, Akif Əlizadənin namizədliyini dəstəkləyib.
Çıxışlardan sonra AMEA-nın prezidenti vəzifəsinə seçkilər olub.
Gizli səsvermə nəticəsində akademik Akif Əlizadə yekdilliklə AMEA-nın prezidenti seçilib.
AMEA-nın yeni prezidenti, akademik Akif Əlizadə qarşıdakı dövr üçün fəaliyyət proqramı ilə əlaqədar çıxış edib, göstərilən yüksək etimadı doğruldacağına söz verib.
Sonra Akademiyanın Rəyasət Heyətinin tərkibi seçilib.
AMEA-nın illik ümumi yığıncağında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, digər dövlət və hökumət rəsmiləri, deputatlar iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

