İrəvanı təşvişə salan MÜSAHİBƏ...
10.01.2025 [10:35]
Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına geniş müsahibəsi Ermənistan mətbuatında da geniş işıqlandırılıb. Bu ölkənin KİV-ləri Azərbaycan Prezidentinin fikirlərini, regionun gələcək inkişafı ilə bağlı strateji düşüncələrini, eləcə də qlobal təhlükəsizliklə bağlı düşüncələrini paylaşıb, bu fikirlərə münasibət bildiriblər. “News.am”, “Armenpress.am”, “Hetq.am”, “Panorama.am”, “Aysor.am”, “Tert.am”, “1in.am” (First Armenian News), “Arminfo.info”, “Sputnik.am”, “Armeniatoday.news” kimi saytlar Azərbaycanın dövlət başçısının fikirlərinə geniş yer ayırıblar. Eyni zamanda, Prezident İlham Əliyevin Cənubi Qafqazın gələcəyi, Ermənistanın silahlanması və bununla da yenidən təhdidə çevrilməsi ilə bağlı fikirlərini şərh ediblər. Xüsusilə, dövlət başçısının yeni siyasi nizamla bağlı fikirləri erməni mətbuatında geniş sensasiya doğurub. Bundan başqa, prezidentin Qərbi Azərbaycan İcması haqda bildirdiyi fikirlər erməni KİV-i tərəfindən auditoriyaya təqdim olunub.
Məsələn, “Aysor.am” yazıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanı “region üçün təhlükə mənbəyi” adlandıraraq, onun silahlanmasının “yalnız yeni gərginliyə səbəb olacağını” deyib. Sayt dövlət başçımızın Ermənistandakı faşizmlə bağlı fikirlərini də təqdim edib.
Eyni zamanda, Azərbaycan Prezidentinin Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları da erməni saytlarında geniş müzakirə yaradıb. Xüsusilə, dövlət başçısının qətiyyətlə “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır” söyləməsi Ermənistan KİV-ində işıqlandırılıb.
Bir sıra saytlar “Əliyev bildirir ki, Bakı Ermənistanla sülh müqaviləsi olmadan yaşaya bilər” başlığı ilə Azərbaycan Prezidentinin fikirlərini dərc edib. Azərbaycanın dövlət başçısının “Ermənistan dərhal silahlanmağı dayandırmalıdır”. Fransa və onu silahla təmin edən digər ölkələr bu müqavilələri ləğv etməlidir” açıqlaması da erməni mətbuatında geniş şəikldə işıqlandırılıb.
Qeyd edək ki, dünən gün ərzində Ermənistanın bir sıra tanınmış siyasətçiləri, millət vəkilləri və politoloqları Azərbaycan Prezidentinin fikirlərinə münasibət bildirib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə keçirdiyi brifinqdə Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılması ilə bağlı şərhinə toxunub. Erməni nazir deyib ki, biz digər dövlətlər, qonşularımız arasında maneə yox, körpü olmaq istəyirik. Xatırladaq ki, Azərbaycan Prezidenti öz müsahibəsində Ermənistanın “Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi çıxış etməməli” olduğunu bəyan edib.
“Armenpress” saytı isə Prezident İlham Əliyevin müsahibəsi ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyandan müsahibə alıb. Paşinyan Zəngəzur dəhlizi ilə bağlı təkliflərin irəli sürüldüyünü bildirib.
Ermənistanın elektron mətbuatı ilə yanaşı, qəzetləri də Prezident İlham Əliyevin müsahibəsinə geniş yer ayırıblar. Xüsusilə, Haykakan Zhamanak(armtimes.am), Hraparak(hraparak.am), 168.am kimi qəzetlər Azərbaycanın dövlət başçısının fikirlərini, bəyanatlarını dərc ediblər. Qəzetlər səslənən fikirlər ətrafında bir sıra şərhlər veriblər...
SADİQ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10

