Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Heydər Əliyevin ideyaları Azərbaycanın gələcək qüdrətinin kökündə dayanan əsas amillərdən biridir

Heydər Əliyevin ideyaları Azərbaycanın gələcək qüdrətinin kökündə dayanan əsas amillərdən biridir

08.05.2013 [04:34]

Əli Əhmədov: Nə qədər Azərbaycan var, o qədər də Heydər Əliyev yaşayacaq, Onun ideyaları dövlətimizə və xalqımıza faydalar gətirəcək
“Hər bir xalqın malik olduğu milli sərvətin ən böyük ifadəsi onun yetişdirdiyi tarixi şəxsiyyətlərdir. Tarixi şəxsiyyətlər millətin gücünü ifadə edir, əzəmətini göstərir, tarixini formalaşdırır və eyni zamanda, gələcəyinə işıq saçır. Hesab edirəm ki, Azərbaycan xalqının yetişdirdiyi ən böyük şəxsiyyətlər sırasında Heydər Əliyevin xüsusi yeri var. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan xalqı Heydər Əliyevin misilsiz xidmətlərini daim yüksək qiymətləndirib, hər il ölkəmizdə, eləcə də, xaricdəki azərbaycanlıların yaşadıqları ölkələrdə Ümummilli liderimizin doğum günlərinin qeyd edilməsi, bu il Onun 90 illik yubileyinin xüsusi təntənə və xalq sevgisi ilə qeyd olunması bütün azərbaycanlıların Heydər Əliyevin xalqımızın qarşısındakı misilsiz xidmətlərinə böyük və heç zaman azalmayan qiymətini ifadə edir. Bu, eyni zamanda Heydər Əliyev şəxsiyyətinə hörmətin ifadəsidir. Azərbaycan xalqı Heydər Əliyev şəxsiyyətinə və Onun müəyyənləşdirdiyi yola öz hörmətini ifadə etməklə yanaşı, həm də, Azərbaycanda bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Heydər Əliyev siyasətinə münasibətini ifadə etmiş olur, bu siyasəti dəstəklədiklərini birmənalı şəkildə və qətiyyətlə ifadə edirlər”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov Milli Məclisin dünən keçirilən iclasında çıxışı zamanı deyib. Əli Əhmədov bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın tarixində əhəmiyyətli bir rol oynayıb, ölkəmizin müasir tarixinin böyük bir hissəsi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.
Heydər Əliyevin sadəcə, tarix, keçmiş olmadığını deyən millət vəkilinin fikrincə, O, tarix olmaqdan daha çox müasirlikdir. YAP Sədrinin müavini deyib ki, bu gün Azərbaycanda Heydər Əliyevin ideyaları yaşamaqdadır, Onun ideyaları yenə də Azərbaycan xalqına xidmət edir, faydalar gətirir. Bu gün də Azərbaycan dövləti Heydər Əliyev tərəfindən müəyyənləşmiş əzəmətli və etibarlı zəmin üzərində daha da qüdrətlənir və güclənir. “Bu mənada Heydər Əliyev Azərbaycanın həm bu günü, həm də gələcəyi anlamında xalqımız tərəfindən qəbul olunur. Heydər Əliyevin misilsiz xidmətləri arasında mən məxsusi olaraq Onun həm Azərbaycanın müasir, müstəqil dövlətini qurmasını və müasir cəmiyyətimizin formalaşdırmasını qeyd etmək istəyirəm. Bu gün Azərbaycan və onun cəmiyyəti, sivilizasiyası Heydər Əliyevin misilsiz xidmətləri və fədakarlığı sayəsində formalaşıb. Ümummilli lider Heydər Əliyevin fəaliyyət göstərdiyi illər ərzində və Onun ideyalarının həyata keçirildiyi son 10 il ərzində Azərbaycan cəmiyyəti kökündən dəyişib, yeni dəyərlər formalaşıb. Yeni dəyərlər Azərbaycan cəmiyyətinin bu günkü və gələcək perspektivlərini müəyyən edir. Heydər Əliyev azərbaycançılıq məfkurəsini müəyyənləşdirərkən sadəcə olaraq ölkəmizdə milli həmrəyliyi təmin etmək məqsədi güdmürdü. Baxmayaraq ki, bu konsepsiyanın müəyyənləşdiyi dövrdə bu cəhətlər xüsusi əhəmiyyət kəsb edirdi. Bu gün azərbaycançılıq məfkurəsində Heydər Əliyevin Azərbaycanın inkişaf etdirilməsi, dövlətimizin qüdrətlənməsi, dünya azərbaycanlılarının həmrəyliyi konsepsiyası əks olunur. Ümummilli lider Heydər Əliyev böyük siyasətçi, müdrik, uzaqgörən dövlət xadimi və tələbkar rəhbər kimi keyfiyyətləri ilə yanaşı həm də insanlara yüksək qayğıkeşliyi ilə seçilən şəxs idi. Bu keyfiyyətlər Heydər Əliyevin timsalında və şəxsiyyətində qeyri-adi ahəngdarlıq təşkil edirdi. Ulu öndərin uzaqgörənliyi, müdrikliyi, tələbkarlığı, idarəçilik təcrübəsi insanlarda nə qədər böyük heyrətlər yaradırdısa, Onun insanlara qayğısı o dərəcədə heyranlıq yaradırdı. Heydər Əliyevin ideyaları bu gün Azərbaycanın reallığı və gerçəkliyidir. Heydər Əliyev həmişə deyərdi ki, “nə qədər Azərbaycan var, mən də varam”. Həqiqətən, Heydər Əliyev Azərbaycanın bugünkü inkişafındadır, ölkəmizin indiki inkişaf tempinin, həyatımızın reallıqlarının ecazkarlığındadır. Heydər Əliyev Azərbaycanın Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarının təmin edilməsində qüdrətli amil olaraq bu gün insanlarımız tərəfindən etiraf olunmaqdadır” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov bildirib ki, Ümummilli liderimiz Azərbaycanın gələcək inkişaf perspektivlərinin üzərinə böyük işıq saçan mayak kimi insanlarımız tərəfindən qəbul olunur. Onun sözlərinə görə, bu gün Azərbaycanda əldə olunan nailiyyətlər bir tərəfdən insanların Heydər Əliyev ideyalarına böyük hörmətinin təntənəsi kimi qəbul olunursa, digər tərəfdən Heydər Əliyev siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin fədakarlığının birmənalı nəticəsi olaraq qəbul edilməkdədir. YAP-ın İcra katibi deyib ki, Heydər Əliyevin gücü Onun şəxsiyyətində, müdrikliyində, qətiyyətində və iradəsində idi və bu amillər insanlarımız tərəfindən etiraf olunmaqdadır. Onun fikrincə, Ulu öndərin gücünü ifadə edən amillərdən biri də Onun şəxsi nümunəsində ifadə olunurdu: “Sevindirici haldır ki, Heydər Əliyev ideyaları bu gün də uğurlar gətirməkdədir. Azərbaycan xalqı bu ideyalarla yaşayır, bu ideyalardan bəhrələnir və bu ideyalar Azərbaycanın gələcək qüdrətinin kökündə dayanan əsas amillərdən biridir. Nə qədər Azərbaycan var, o qədər də Heydər Əliyev yaşayacaq, Heydər Əliyev ideyaları dövlətimizə və xalqımıza faydalar gətirəcək”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1148 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30