Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qazaxıstan BTC kəməri ilə neftin nəqlini artıracaq

Qazaxıstan BTC kəməri ilə neftin nəqlini artıracaq

11.03.2025 [17:27]

Qazaxıstan Bakı-Tbilisi-Ceyhan kəməri ilə neft ixracını artırmaq niyyətindədir. AZƏRTAC “Kazinform” informasiya agentliyinə istinadla xəbər verir ki, bu sözləri Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu azərbaycanlı həmkarı Ceyhun Bayramovla Astanada keçirilən görüşdən sonra jurnalistlərə müsahibəsində deyib.

Qazaxıstanlı nazir qeyd edib: “Biz Qazaxıstanın enerji resurslarının Azərbaycan vasitəsilə dünya bazarına tədarükü ilə bağlı razılaşmalarımızı uğurla həyata keçiririk. Ötən il Bakı-Tbilisi-Ceyhan kəməri ilə 1,4 milyon ton neft nəql edilib. Gələcəkdə Qazaxıstan neftinin tranzitini ildə 2,2 milyon tona çatdırmağı planlaşdırırıq”.

Murat Nurtleu vurğulayıb ki, Qazaxıstan azərbaycanlı tərəfdaşları ilə birgə xaricə uranın stabil tədarükünü davam etdirir. O əlavə edib: “Qazaxıstanın enerji resurslarının nəqli və Xəzər dənizi vasitəsilə infrastruktur layihələrinin həyata keçirilməsi Cənubi Qafqaz və Mərkəzi Asiya arasında mühüm əlaqə rolunu oynayır”.

Paylaş:
Baxılıb: 492 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31