Korsikanın müstəqilliyi uğrunda...
15.05.2025 [09:52]
BTQ-nin dəstəyi ilə Korsika xalqının azadlıq mübarizəsi beynəlxalq müstəviyə çıxarılıb
Azərbaycan müstəmləkəçiliyə və neokolonializmə qarşı mübarizə aparan xalqları dəstəkləyir. Dövlətimiz bu mövqeyini bütün beynəlxalq platformalarda bəyan edib. Bakı Təşəbbüs Qrupunun (BTQ) yaradılması da bu məqsədə xidmət edir. Belə ki, Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının 2023-cü il iyulun 5-6-da Bakıda keçirilmiş nazirlər toplantısı çərçivəsində baş tutan tədbirin nəticəsi olaraq yaradılıb. Yarandığı vaxtdan Bakı Təşəbbüs Qrupu ölkəmizdə və xaricdə, o cümlədən BMT müstəvisində həmin xalqların hüquqları ilə bağlı çoxlu beynəlxalq konfrans təşkil edib.
Romada keçirilən konfrans...
Yeri gəlmişkən, mayın 13-də İtaliyanın paytaxtı Romada Bakı Təşəbbüs Qrupunun (BTQ) və Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan “Nazione” Hərəkatının birgə təşkilatçılığı ilə “Milli kimlik, müqavimət və suverenlik: Korsika üçün perspektivlər” adlı tematik konfrans keçirilib. Konfransda “Nazione” Hərəkatının rəhbər və səlahiyyətli nümayəndələri, eyni zamanda, Azərbaycan Milli Məclisində fəaliyyət göstərən Korsika Xalqına Dəstək Qrupunun üzvü Tural Gəncəliyev iştirak edib. Tədbir bir il öncə, 2024-cü il mayın 13-də Fransanın hüquq-mühafizə orqanları və onların dəstəklədiyi qeyri-qanuni milis dəstələri tərəfindən Kanakidə (Yeni Kaledoniya) qətlə yetirilmiş kanakların xatirəsinin yad edilməsi ilə başlayıb.
BTQ-nin icraçı direktoru Abbas Abbasov çıxışında rəhbərlik etdiyi təşkilatın kanak, Korsika və digər müstəmləkə altında yaşayan xalqların qanuni mübarizəsini dəstəklədiyini bildirib və bu xüsusda görülmüş işlərdən danışıb.
Konfrans çərçivəsində “Nazione” Hərəkatının üzvləri Fransa müstəmləkə siyasətindən əziyyət çəkən Korsika xalqının qarşılaşdığı əsas çağırışlar - Korsika milli kimliyinin və Korsika dilinin Fransa hökuməti tərəfindən məqsədli şəkildə assimilyasiya edilməsi siyasətini kəskin pisləyib, eləcə də qarşılaşdıqları iqtisadi və sosial diskriminasiya faktlarını diqqətə çatdırıblar.
Fransa Korsika xalqını ana dilindən məhrum etməyə çalışır
“Nazione” Hərəkatının gənclər bölməsinin rəhbəri Kilianu Beqliomini çıxışını Korsika xalqının milli kimliyində böyük rol oynayan Korsika dilinə həsr edərək korsikalı yazıçı Lisandru Bassaninin “Korsika dili Korsika xalqının milli kimliyinin məbədidir” fikrini səsləndirib. O, Korsika xalqının öz ana dilində danışmaq istəyinin kolonial Fransa tərəfindən qarşısının alındığını vurğulayaraq beynəlxalq ictimaiyyətin bu məsələyə diqqətini cəlb etmək üçün beynəlxalq mexanizmlərə müraciət edildiyini bildirib.
Hərəkatın üzvləri Terri Kasolasko və Jan-Filip Antolini Korsika xalqının müqaviməti haqqında danışaraq vəziyyətini belə davam edəcəyi təqdirdə minillik tarixi olan Korsika xalqının tarixdən silinəcəyini bildirib.
Çıxış edənlər Fransa hüquq-mühafizə orqanlarının diktəsi ilə adada fəaliyyət göstərən qeyri-rəsmi dəstələr (Barbouzard) vasitəsilə Korsika xalqının müstəqilliyi uğrunda mübarizə aparan şəxslərin qətlə yetirilməsi cəhdləri və həmin xidmətin əməkdaşlarının medallarla təltif edildikləri barədə danışıblar.
“Nazione” Hərəkatının beynəlxalq bölməsinin rəhbəri Fransois Benedetti müstəqil Korsikanın 1755-ci il tarixli Konstitusiyasına istinad edərək “Qanuni əsasda özünün yiyəsi olan Korsika xalqı...” ifadəsini xatırladıb. O, adanın 1769-cu ildə Fransa tərəfindən işğal olunduğunu qeyd edərək Korsika xalqının öz müstəqilliyini bərpa etmək istəyinin müzakirə obyekti olmadığını bildirib, “Nazione” Hərəkatının bu istiqamətdə mübarizəsinin davam edəcəyini deyib. O, hazırda əsas hədəfin Korsikanın BMT-nin dekolonizasiya edilməli olan əraziləri siyahısına daxil edilməsinin olduğunu bildirib və BTQ-dən bu istiqamətdə dəstək göstərilməsini xahiş edib.
BTQ və “Nazione” Hərəkatı əməkdaşlıq memorandumu imzalayıb
Milli Məclisin deputatı Tural Gəncəliyev Korsikanın işğalının tarixi aspektləri, eləcə də adanın dövlətçilik ənənələrindən danışıb və Korsika xalqının müstəqilliyə haqqının olduğunu vurğulayıb. O, korsikalı deputatları Azərbaycana dəvət edərək əməkdaşlığa hazır olduqlarını deyib.
Konfrans zamanı Bakı Təşəbbüs Qrupu və “Nazione” Hərəkatı arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədə əsasən, BTQ və “Nazione” kolonializm və neokolonializmə qarşı mübarizə aparmaq və insan hüquqlarının müdafiəsi məsələsində əməkdaşlıq etməyə dair razılığa gəliblər. Bu məqsədlə tərəflər müştərək təşəbbüslər həyata keçirəcəklər. Bundan əlavə, BTQ və “Nazione” beynəlxalq platformalarda birgə addımlar atacaq.
N. BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Siyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30

