/ / Bakı şəhərində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Gənclər Qolunun ikinci toplantısı keçirilib
Bakı şəhərində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Gənclər Qolunun ikinci toplantısı keçirilib
15.08.2013 [08:41]
Toplantıda 18 ölkənin 25 siyasi partiyasını təmsil edən gənclər iştirak edib
Dünən Bakı şəhəri, “Jumeirah-Bilgah” hotelində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Gənclər Qolunun ikinci toplantısı keçirilib. Toplantıda İCAPP-ın rəhbərliyində təmsil olunan şəxslər - Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, İCAPP-ın Daimi Komitəsinin üzvü Əli Əhmədov, İCAPP-ın həmtəsisçisi Xose de Venesia, təşkilatın baş katibi Çunq Ey Yonq, Pakistan Müsəlman Liqasının baş katibi, İCAPP Daimi Komitəsinin üzvü Müşahid Hüseyn, İCAPP Gənclər Qolunun sədri, Malayziya Baş nazirinin xüsusi məsləhətçisi Dato Seri Şahidan Kasım və İCAPP Daimi Komitəsinin üzvü, Taylandın nümayəndəsi Naline Tavesin iştirak ediblər.
Tədbirdə çıxış edən İCAPP-ın Gənclər Qolunun sədri, Malayziya Baş nazirinin xüsusi məsləhətçisi Dato Seri Şahidan Kasım bildirib ki, bu günün gəncləri sabahın liderləridir. Bu o deməkdir ki, gənclər ciddi qərarlar qəbul etmək imkanındadırlar.
Dato Seri Şahidan Kasım qeyd edib ki, bu kimi tədbirlər gənclər arasında fikir mübadiləsinin genişləndirilməsində, onların malik olduqları potensialın ortaya qoyulmasında əhəmiyyətli rola malikdir: “Gələcək gənclərindir. Onların potensialından maksimum dərəcədə istifadə etmək lazımdır. Müzakirə olunan məsələlərlə bağlı fikirlər müxtəlif olsa da, nəticə ümumidir. Ümidvaram ki, bu toplantı gənclər arasında əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək”.
O deyib ki, qurumun Gənclər Qolunun ilk iclası 2012-ci ildə Malayziyanın Kuala-Lumpur şəhərində bu ölkənin Baş nazirinin iştirakı ilə keçirilib: “Biz artıq növbəti mərhələyə qədəm qoyuruq. Bakıda keçirilən tədbirdə Asiya ölkələrindən olan müxtəlif baxışlara malik gənclər iştirak edirlər. Onları birləşdirən gələcəyə böyük ümidlə baxmalarıdır. Hər bir gənc öz potensialını ortaya qoyaraq, birgə səylər fonunda məqsədlərin gerçəkləşməsinə töhfə verə bilərlər”.
Dato Seri Şahidan Kasım çıxışında Azərbaycanın əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də münasibətini bildirib. Qeyd edib ki, münaqişə nəticəsində xeyli sayda gənc həlak olub ki, bu da Azərbaycan üçün böyük itkidir.
Filippin parlamentinin sabiq spikeri, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin həmsədri Xose de Venesia tədbirin yüksək səviyyədə təşkilinə görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə minnətdarlığını bildirib. Xatırladaq ki, Xose de Venesianın ilk dəfə Bakıya gəlişi 2011-ci ildə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda beynəlxalq konfransla əlaqədar olub. Həmin səfərindən öncə ölkəmiz haqqında müəyyən qədər məlumata malik olduğunu vurğulayan Xose de Venesia qeyd edib ki, səfərdən sonra təəssüratlarını daha da zənginləşdirmək imkanı əldə edib. Həmsədr deyib ki, Azərbaycan ötən dövr ərzində çox əhəmiyyətli uğurlara imza atıb. “Dahi şəxsiyyət Heydər Əliyevin düzgün qurduğu siyasət ölkənizin bütün sahələrdə böyük inkişaf yolu keçməsinə zəmin yaradıb. Bu gün Onun siyasi xəttinin cənab İlham Əliyev tərəfindən davam etdirilməsi uğurların miqyasının genişləndirilməsinə öz müsbət təsirini göstərir. Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan uğurlar Azərbaycanı dünyada tanıdır. Azərbaycan müasir dövlətdir. Ölkəniz sürətlə inkişaf edir. Azərbaycanda Avropa və Asiya dəyərləri bir araya gəlib. Ölkəniz güclü iqtisadiyyata malikdir. Yoxsulluğun aşağı düşməsi uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir. Bu uğurların fonunda Prezident İlham Əliyevi təbrik edir, Ona yeni uğurlar arzulayıram. Qısa zamanda gənc dövlətin belə mühüm, bir-birindən əhəmiyyətli uğurlara imza atması təbii ki, təqdir olunmalıdır” - deyə, qonaq vurğulayıb. Xose de Venesia hazırkı dövrün əsas çağırışı olan yoxsulluqla mübarizədə Azərbaycanın böyük uğur əldə etməsini xüsusi qeyd edib. Bildirib ki, bu gün Azərbaycanda yoxsulluq səviyyəsinin 6 faiz olması böyük nailiyyətdir. Təbii ki, bu uğura əsas verən başlıca amil dövlətin düzgün siyasətidir.
Yoxsulluqla mübarizənin günümüzün əsas tələblərindən olduğunu önə çəkən qurumun həmsədri deyib ki, bu kimi məsələlərin həllində gənclərin səylərinin birləşdirilməsi də əsasdır: “Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Gənclər Qolunun yaradılmasında da əsas məqsəd, məhz Asiya gənclərinin birgə əməkdaşlığını təmin etmək, təmsilçisi olduqları ölkələrin təcrübəsinin mübadiləsi əsasında qarşıya qoyulan məqsədlərə nail olmaqdır. Birgə səylər inkişafa, qarşıda duran vəzifələrin icrasına stimul verən addımlardandır”.
Xose de Venesia belə bir tədbirin Azərbaycanda keçirilməsinin səbəbsiz olmadığını da söyləyərək deyib ki, Azərbaycanda gənclərin ictimai-siyasi fəallığı yüksək səviyyədədir. Bu potensialdan və imkanlardan bəhrələnərək Azərbaycanın gənc siyasətçiləri Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Gənclər Qolunun işinə, fəaliyyətinə öz töhfələrini verə bilərlər.
O, təsisçisi olduğu qurum haqqında da geniş məlumat verib. Bildirib ki, qurumun çoxlu sayda siyasi partiyaları bir araya gətirməsi müsbət haldır: “Təşkilatı yaradanda məqsəd bundan ibarət olmuşdu ki, Asiyada fəaliyyət göstərən iqtidar və müxalifət partiyalarını bir araya gətirib, müəyyən mövzular ərafında fikir mübadiləsi aparılsın, gələcək inkişaf üçün istiqamətlər müəyyənləşdirilsin. Bunun mümkünsüzlüyü barədə fikirlər səslənsə də, ilk iclasdan qarşıya qoyulan məqsədə nail olmağın mümkünlüyünün şahidi olduq. Belə ki, ilk iclasımız 2000-ci ildə Manilada keçirildi. İclasda Filippinin hakim və müxalifət partiyaları iştirak etdi. İlk iclasdan məmnun olduq. Çünki iclasın gedişi zamanı partiyaların öz aralarında müzakirələr aparmalarına imkanlar yaradıldı. İlk iclasın uğurlu olması təşkilatın sonrakı fəaliyyətinə stimul verdi. Əsas məqsəd bütün siyasi partiyaları bir araya gətirib, hər bir ölkənin inkişafına töhfə verməkdir. Qurum 32 ölkədən 330 siyasi partiyanı özündə birləşdirir”.
İCAPP-ın müxtəlif siyasi partiyaları özündə birləşdirdiyini nəzərə alsaq, onlar arasında təcrübə mübadiləsinin hansı səviyyədə həyata keçirilməsi məsələsinə də aydınlıq gətirən Xose de Venesia qeyd edib ki, biz fəaliyyətimiz çərçivəsində müxtəlif siyasi partiyalardan olan liderlərin bir araya gəlməsinə çalışmışıq: “Müxtəlif məsələlər ətrafında müzakirələr aparılır. Keçirilən konfranslarda müxtəlif siyasi partiyalardan olan liderlər öz təcrübələrini ortaya qoyaraq, ümumi fikrin formalaşması üçün səylər göstəriblər. Bu isə sözsüz ki, öz növbəsində siyasi partiyalar arasında dialoqun yaranmasına və inkişafına öz müsbət təsirini göstərir. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının ötən il ölkəmizdə keçirilən VII Baş Assambleyasının mövzusuna da diqqət yetirsək, Asiya qitəsində təhlükəsizliyin, sülhün və əməkdaşlığın yaradılmasına böyük zərurətin duyulduğunu aydın görərik. Qurumun Gənclər Qolu öz uğurlu fəaliyyəti ilə qarşıya qoyulan məqsədlərə nail olmaq üçün ciddi səylər göstərəcəklər”.
Təşkilat yaradılarkən belə uğur qazanacağını düşünmədiklərini qeyd edən Xose de Venesia Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının fəaliyyət dairəsini belə genişləndirməsində ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının rolunu yüksək dəyərləndirib. Qeyd edib ki, YAP Asiyanın ən fəal partiyasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən, günbəgün güclənən, qüdrətlənən, beynəlxalq nüfuzunu artıran Azərbaycan belə bir tədbirin keçirilməsinə qapısını açmaqla bir daha əməkdaşlığa, səylərin birləşdirilməsinə böyük önəm verdiyini təsqidlədi. Müxtəlif siyasi partiyaları özündə birləşdirən İCAPP-ın gələcəyinə böyük inam bəsləyən Xose de Venesia bu əminliyi ifadə etməyə əsas səbəb kimi, qurumda təmsil olunan partiyaların, onların təmsil etdiyi ölkələrin dəstəyini vurğulayıb, Azərbaycan dövlətinin, Yeni Azərbaycan Partiyasının dəstəyini yüksək dəyərləndirib.
Tədbirdə çıxış edən YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov qonaqları salamlayaraq, onları Azərbaycanda görməkdən məmnunluq hissi keçirdiyini bildirib: “Hesab edirəm ki, hər bir cəmiyyətin, hər bir millətin, xalqın gələcəyi gənclərdir. Bütövlükdə bizim yaşadığımız dünyanın, planetin gələcəyi gənclərlə bağlıdır. Dünyanın gələcəyini gənclərsiz təsəvvür etmirik. Bugünkü gənclər necə formalaşırsa, planetin gələcəyi də elə olacaq. Ona görə də, İCAPP-ın qarşısında dayanan ən mühüm vəzifələrdən biri də ondan ibarət olmalıdır ki, bu partiyalar qurumunun ətrafında birləşmiş gəncləri gələcəyə hazırlayaq. Hər bir dövlət, xalq gələcəyini gəncləri ilə bağladığı üçün gəncləri gələcəyə hazırlayır. Bu gün Azərbaycanda həyata keçirilən siyasət gənclərin hərtərəfli inkişafına, dünyəvi biliklərə yiyələnməsinə və gələcək üçün layiqli vətəndaş kimi formalaşmasına yönəlib. Biz gəncliyimizlə fəxr edirik. Eyni zamanda, inanırıq ki, bu gəncliyi formalaşdıran Azərbaycanın gələcəyi də kifayət qədər uğurlu olacaq. Biz gəncliyimizə gələcəyimizə xidmət edən böyük bir kapital kimi baxırıq. Eyni zamanda, bu kapitalın qiymətini bilirik və onun gələcəyə ötürülməsi üçün böyük səylər göstəririk. Eyni səyləri bütün dövlətlər, o cümlədən də bizim partiyamızın üzv olduğu İCAPP yerinə yetirir. Asiya dünyanın böyük regionudur. Dünyanın gələcəyinə böyük töhfələr vermək iddiasını açıq şəkildə ortaya qoyur. İnanıram ki, Asiyanın malik olduğu resurslar, yüksəlməkdə olan imkanlar dünyanın gələcəyinə böyük töhfələr vermək iddiasının reallaşması üçün ciddi əsaslar yaradıb. Gənclər bütün bunları yüksək dəyərləndirməyi bacarmalıdır. Eyni zamanda, hesab edirəm ki, İCAPP-ın təşviq etdiyi ideyalara gənclərimizin yiyələnməsi gələcək inkişaf üçün etibarlı bir zəmin hazırlayır”.
Əli Əhmədov qeyd edib ki, bu gün dünya bir tərəfdən sürətlə inkişaf edir, digər bir tərəfdən isə, bu sürətli inkişaf bir sıra ciddi problemlərlə müşayiət olunmaqdadır: “Böyük inkişaf bir çox yerlərdə tənəzzüllə, zənginlik kasıblıqla, sabitlik dağıntılarla, dostluq separatizmlə və xalqlar arasında düşmənçilik toxumlarının səpilməsi ilə müşayiət olunur. İndi dünya o qədər sürətlə inteqrasiya etməkdədir ki, heç bir xalq, dövlət özünü ayrı adada hiss edə bilməz. Bir yerdə əmin-amanlıq başqa yerdəki qeyri-sabitliklə pozula bilər və beləliklə də bir yerdə baş verən fəlakətlər bu və ya digər formada öz təsirini digər yerlərə də ötürməkdədir. Təklikdə yaşamaq, təklikdə xoşbəxtlik tapmaq artıq təsdiqini tapıb ki, mümkünsüzdür. 2008-ci ildə dünyada başlanan iqtisadi böhran nə qədər rezonans doğurdu. O qədər geniş şaxələndi ki, bu günün özünə qədər də onu aradan qaldırmaq mümkün olmur. Eyni ilə də dünyanın bir yerində baş verən terrorizm, qeyri-sabitlik, fəlakətlər, dağıntılar, tökülən qanlar istər-istəməz qonşu ölkələrə də keçir və sabitliyi pozur. Dünyanın gələcəyini təmin etməyin yeganə yolu bütün millətlərin, xalqların, dövlətlərin, siyasi qurumların birləşməsindən ibarətdir. O yerdə ki, sabitlik pozulur, separatizm baş qaldırır, təbii ki, həmin yerdə dünyanın gələcəyi üçün ciddi təhlükələr baş verməkdədir. Buna görə də, gənclər separatizmə, terrorizmə, işğalçılığa qarşı mübarizənin ön sırasında getməlidirlər. Çünki bu gün bəşəriyyət üçün, bəşəriyyətin gələcəyi üçün ciddi təhlükələrə çevrilmiş bu bəlalar ən çox gəncliyi hədəfə alıb. Buna görə də, dünya gəncləri öz güclərini birləşdirmək məcburiyyətindədirlər”.
“Güman edirəm ki, gənclik gələcəyin simasıdır” deyən Əli Əhmədov bildirib ki, biz bu gün gəncləri necə görürüksə, gənclik necə formalaşırsa, necə təhsil alırsa, gələcək o cür olacaq. Onun fikrincə, gənclik həm də dəyişiklik tərəfdarıdır: “Dünyanı dəyişdirən həlledici qüvvə artıq gənclərin simasında özünü büruzə verməkdədir. Güman edirəm ki, istər Azərbaycanda, istərsə də dünyada işıqlı gələcəyin qurulmasına ünvanlanmış yeniləşmə prosesi gənclərin iştirakı olmadan mümkün deyil. Biz bir yandan gənclərə gələcəyə aparılan xoşbəxt insanlar kimi baxırıq, digər tərəfdən o gələcəyin qurulmasının aparıcı qüvvəsi kimi yanaşırıq. Düşünürəm ki, gənclər bu məsuliyyəti öz üzərində hiss edir və öz fəaliyyətində bu dəyərlərə xidmət edəcəkdir. Məmnunluq hissi ilə ilə qeyd etmək istəyirəm ki, Bakıda toplaşan gənclər bütün bu məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparacaq, dostluq əlaqələri quracaq, bir-birləri ilə sıx ünsiyyət yaradacaq və birlikdə gələcəyin qurulmasında yaxından iştirak edirəcəklər”.
YAP İcra katibi bildirib ki, Azərbaycan gənc, sürətlə inkişaf edən bir dövlətdir. Əli Əhmədovun fikrincə, Azərbaycanın üstünlüklərindən biri də ondan ibarətdir ki, əhalisinin böyük hissəsini gənclər təşkil edir: “Gənclər harada çoxdursa, o ölkənin gələcəyi kifayət qədər ümidvericidir. Azərbaycanda belə gənclər formalaşıb. Əlbəttə, ölkəmizdə olduğunuz müddətdə sürətli inkişafın, insanlar üçün layiqli həyat şəraitinin yaradıldığının, gələcəyə ümidlə baxmaq üçün hər bir zəminin hazırlandığının şahidi olursunuz”.
YAP Sədrinin müavini vurğulayıb ki, Azərbaycanın yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. O deyib ki, torpaqlarımızın 20 faizinin işğalı bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələnib. “Onların arasında da gənclər çoxluq təşkil edir. Onlar da gələcəklərinə ümidlə baxmaq istəyirlər. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu günə qədər davam edən işğal və onun nəticələri o insanların taleyinə çox ciddi təsir göstərib. Düşünürəm ki, bütün gənclər terrorizmə, işğalçılığa qarşı mübarizə aparmaqla təkcə ayrı-ayrı ölkələrdə baş vermiş xoşagəlməz hadisələrə qarşı mübarizə etmirlər, eyni zamanda, özlərinin xoşbəxt gələcəyinin təmin edilməsi kimi bir vəzifəni yerinə yetirməyə enerjilərini sərf etmiş olurlar” - deyə, Əli Əhmədov qeyd edib.
Çıxışının sonunda YAP İcra katibi toplantının işinə uğurlar diləyib və əminliyini ifadə edib ki, gənclər onları düşündürən məsələlər ətrafında geniş fikir mübadiləsi aparmaqla ümumi nəticələr əldə edəcək və gələcək inkişafa öz töhfələrini verəcəklər.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov da tədbirdə çıxış edərək Asiya gənclərini salamlayıb, onlara Azərbaycanda həyata keçirilən gənclər siyasəti barədə məlumat verməkdən qürur hissi keçirdiyini bildirib: “Azərbaycanda həyata keçirilən gənclər siyasəti son 10 ildə inkişaf dinamikasına görə yeni bir mərhələyə keçid alıb. Belə ki, dövlətin gənclər siyasətinin maddi-texniki bazası gücləndirilib, gənclərlə bağlı normativ baza təkmilləşib, infrastrukturun inkişafı sürətlənib. Paytaxt və bölgələrdə gənclərin intellektual və yaradıcılıq potensialının inkişafına, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, məşğulluğun təmin edilməsinə geniş şərait yaradılıb. Ölkənin ictimai-siyasi həyatında, dövlət idarəetmə və seçki orqanlarında gənclərin iştirakı və rolu əhəmiyyətli dərəcədə artıb. Bunları təsdiqləyən rəqəmlərə diqqət yetirək. Ölkə əhalisinin 30 faizdən çoxunu gənclər təşkil edir. Son 10 il ərzində gənclərlə iş sahəsində Azərbaycan gəncliyinin inkişafına yönəlmiş 2 Dövlət Proqramı qəbul edilərək həyata keçirilir. Dövlət gənclər siyasəti sahəsində ayrılmış büdcə 100 dəfə artırılıb. 2003-cü ildə bu rəqəm 2045 min manat idi, 2012-ci ildə isə 25 milyon manat təşkil edib. Gənclərin hərtərəfli inkişafını təmin etmək məqsədilə sahənin infrastukturu yaradılır. Ölkədə ilk dəfə olaraq gənclərə xidmət göstərən Gənclər mərkəzlərinin inşasına başlanıb. 2006-cı ildən ötən dövr ərzində artıq 19 belə mərkəz yaradılıb. Növbəti üç ildə daha 14 mərkəzin inşası nəzərdə tutulub. 2011-ci ilin sonunda dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Gənclər Fondu yaradılıb. Fonda gənclərin təşəbbüslərini dəstəkləmək üçün 5 milyon manat vəsait ayrılıb”.
Gənclərin ictimai-siyasi fəallığının artdığını da deyən nazirin sözlərinə görə, gənclərin qeyri-hökumət təşkilatlarının sayı bu illər ərzində 5 dəfə artaraq 51-dən 240-dək yüksəlib. A.Rəhimov bildirib ki, gənclərin təşəbbüslərini və ictimai fəallıqlarını stimullaşdırmaq, yeni menecerləri formalaşdırmaq məqsədilə, dəstəklənmiş layihələrin sayı 2006-cı illə müqayisədə 25 dəfə, layihələrə ayrılmış maliyyə vəsaiti isə 38 dəfə artıb. O qeyd edib ki, cari ilin iyul ayında Prezident İlham Əliyevin Sərəncamı ilə gənclər üçün Prezident mükafatı təsis edilib. Mükafat ölkə və beynəlxalq səviyyədə elm, təhsil, mədəniyyət və ictimai fəaliyyət sahələrində xüsusi nailiyyətlər qazanmış gənclərə təqdim olunacaq. Hər biri 10 min manat məbləğində olan bu mükafatlar gənclərin təşəbbüskarlıqlarını artırmaq və qazanılan nəticələri qiymətləndirmək məqsədinə xidmət edir. “Gənclərin inkişafı üçün yaradılan şərait və imkanların nəticəsidir ki, bu gün gənclər dövlət orqanlarında rəhbər və digər vəzifələrdə təmsil olunurlar. Hazırda ölkədə bələdiyyə üzvlərindən təxminən 4 min nəfəri, yəni 30 faizi, bələdiyyə sədrlərinin 326-sı gəncdir. 82 ali və orta ixtisas təhsil müəssisəsində müstəqillik dövrünün ilk tələbə gənclər təşkilatları və onları birləşdirən Azərbaycan tələbə gənclər təşkilatı ittifaqı yaradılmışdır” - deyə, o vurğulayıb.
A.Rəhimov onu da bildirib ki, Azərbaycan gəncləri bu gün 30-a yaxın beynəlxalq təşkilatda təmsil olunurlar. Gənclərin xarici ölkələrdə təhsilinə dair Dövlət Proqramına uyğun olaraq hər il gənclərimiz müxtəlif ölkələrin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilir. Nazir çıxışında bu inamı da ifadə edib ki, dünya gəncləri Azərbaycanda olduqları bu müddət ərzində qeyd olunan reallıqların şahidi olacaq.
Daha sonra tədbirdə qonaq qismində iştirak edən Fransa Milli Assambleyasının üzvü Thierri Marioni də çıxış edib. Toplantının Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayan Thierri Marioni Azərbaycanın yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. O, bildirib ki, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində yaşaması Azərbaycanın nə dərəcədə tolerant respublika olduğunu bir daha sübut edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Thierri Marioni vurğulayıb ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: “Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində təqdirəlayiq işlər görülür”.
Pakistan Müsəlman Liqasının baş katibi, İCAPP Daimi Komitəsinin üzvü Müşahid Hüseyn də toplantıda çıxış edərək qurumun fəaliyyətindən və əldə etdiyi uğurlardan danışıb. O, Asiya gənclərinin əməkdaşlıq modellərinin yaranmasının vacibliyini vurğulayıb. Qonağın fikrincə, bu modellər gənclərin düzgün formalaşmasında böyük əhəmiyyətə malikdir. Azərbaycanın sürətli inkişafını da təqdir edən Pakistan nümayəndəsi ölkəmizin Avropa ilə Asiya arasında körpü olduğunu vurğulayıb.
Açılış mərasiminin sonunda xatirə şəkli çəkdirilib.
Sonra toplantı plenar sessiyalarda davam etdirilib. Moderatoru YAP Gənclər Birliyinin sədr müavini, İCAPP-ın Gənclər Qolunun vitse-prezidenti Ramin Məmmədovun olduğu plenar iclasda gənclər arasında geniş fikir mübadiləsi aparılıb. R.Məmmədov bildirib ki, tədbirdə 18 ölkənin 25 siyasi partiyasını və 4 beynəlxalq təşkilatı təmsil edən gənclər iştirak edir: “Birinci hissənin açılışında rəsmi şəxslər, siyasi partiyaların və qurumların rəhbərləri gənclərə gələcəkdə fəaliyyətlərini hansı istiqamətdə quracaqlarına dair öz tövsiyələrini verdilər. Plenar sessiyalarda isə gənclər öz layihələrini və proqramlarını tədbir iştirakçılarının diqqətinə çatdıracaqlar”.
R.Məmmədov İCAPP-ın Gənclər Qolunun yaradılmasını şərtləndirən amillərdən bəhs edərkən bildirib ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı 56 ölkədən 300-dən çox siyasi partiyanı birləşdirir: “Nüfuza görə Asiyanın ən böyük siyasi təşkilatlarından biridir. Belə bir qurumun Gənclər Qolunun yaradılması gələcəkdə gənclərin ictimai-siyasi aktivliyə, idarəetməyə qoşulmasını təmin edəcək, eyni zamanda gənc liderlərin öz aralarında gələcək platformaları müzakirə edərək, ölkələr arasında siyasi dostluq deyil, şəxsi müstəvidə əlaqələrinin qurulmasına nail ola biləcəklər. Belə tədbirlərin keçirilməsi, Gənclər Qolunun fəaliyyəti, həmçinin, ölkələr üçün öz gənclərinin potensialını nümayiş etdirmək üçün əhəmiyyətlidir. Necə ki, YAP gəncləri bu gün öz potensiallarını, beynəlxalq aləmdə apardıqları fəaliyyəti ortaya qoyur”.
R.Məmmədov Gənclər Qolunun 2-ci toplantısının Azərbaycanda keçirilməsinin də səbəbsiz olmadığını qeyd edib. Ölkəmizin sürətli inkişafını önə çəkən YAP Gənclər Birliyinin sədr müavini eyni zamanda bunları da diqqətə çatdırıb: “Bu, həmçinin, Yeni Azərbaycan Partiyasının İCAPP çərçivəsində çox böyük müstəvidə aktivliyindən irəli gəlir. Bilirsiniz ki, İCCAP-ın VII Baş Assambleyası, qurumun idarə heyətinin iclası, Qadınlar Qolunun təsis konfransı da Bakıda keçirilib. Gənclər Qolunun 2-ci iclasının ölkəmizdə keçirilməsi bir daha onu göstərir ki, İCAPP sıralarında Yeni Azərbaycan Partiyasının xüsusi rolu var”.
O da qeyd olunub ki, YAP-ın gəncləri bu kimi beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak edərək, həm zəngin təcrübə əldə edir, həm də digər ölkələri təmsil edən gənclərlə ünsiyyət qururlar. Bu da təbii ki, onlar arasında, dostluq, siyasi əməkdaşlığın təməlinin qoyulması kimi xarakterizə olunur.
Çıxış edən Çin Kommunist Partiyasının Gənclər Liqasının üzvü Lin Xon tədbirin əhəmiyyətindən, YAP-ın təşkilatçılığından, Azərbaycan xalqının qonaqpərvərliyindən, sülhsevərliyindən bəhs edib: “Asiyada sülh və sabitliyin təmin olunmasında gəncləri səfərbər etmək xüsusi önəm daşıyır. Onlar arasında dialoq yaratmaqla qarşıya qoyulan məqsədə nail olmaq olar”.
İran təmsilçisi Mahdi Soli isə bildirib ki, hazırda Asiyada əhalinin 60 faizini gənclər təşkil edir: “İCAPP gənclər arasında əlaqələrin genişləndirilməsi üçün əsas rolunu oynaya bilər. Məqsədə nail olmaq üçün birgə səylərin göstərilməsi mütləqdir”.
Kambocadan olan Suos Yara qeyd edib ki, İCAPP-ın Gənclər Qolunun 2-ci iclasının Bakıda keçirilməsi bizə kömək edəcək ki, müxtəlif siyasi partiyaların təkliflərini bir platformada birləşdirək.
Koreya Respublikasının Respublika Partiyasının nümayəndəsi Li Ha Yun gənclərimizin xoşbəxt olmasını istədiklərini deyib: “Bunun üçün birgə səylər göstərmək, təcrübə mübadiləsi həyata keçirmək, əlaqələri daha da möhkəmləndirmək gərəkdir”.
İCAPP-ın Cənubi Asiya üzrə Gənclər Qolunun üzvü Brayn Bhattari təşkilatçılığa görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə minnətdarlığını ifadə edərək deyib ki, tədbir bir daha YAP-ın beynəlxalq nüfuzunun yüksək səviyyədə olduğunu təsdiqlədi. Onun fikrincə, müxtəlif siyasi partiyaların təmsilçilərinin təklifləri ümumi nəticənin əldə olunmasına yol açır.
İCAPP-ın Gənclər Qolunun üzvü Tuçen Sin dünyada gənclərin çoxluq təşkil etdiyini önə çəkərək, onların problemlərinin həllinə diqqətin artırılmasını əhəmiyyətli addım kimi qeyd edib. Bildirib ki, işsizlik, məşğulluq problemlərinin həlli vacibdir. Bunsuz ictimai rifahı təmin etmək qeyri-mümkündur.
YAP Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva çıxışında Azərbaycanın uğurlarından, beynəlxalq münasibətlər sistemində artan yeri və rolunan geniş bəhs edib. O bildirib ki, ölkəmizin 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi böyük uğur olmaqla yanaşı, ölkəmizin malik olduğu imkanların, uğurlu siyasətin bir daha təsdiqidir. Bu gün ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi nüfuz qazanıb və Azərbaycanın dostlarının sayı günbəgün artır. A.Əliyeva yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də bəhs edərək bildirib ki, 20 faiz torpaqlarımız Ermənistan tərəfindən işğal olunub, bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətində yaşayır.
Toplantının ikinci hissəsində Asiya Ölkələri Parlament Assambleyasının sədri Mahmud əl-Avşar çıxış edərək belə tədbirlərin Asiya ölkələri arasında inteqrasiyanın sürətlənməsində vacib rol oynadığını bildirib. Mahmud əl-Avşar qeyd edib ki, bütün bunlar əməkdaşlığa böyük töhfələr verir. Onun fikrincə, İCAPP-a üzv dövlətlər öz aralarında qarşılıqlı etimad qura bilib.
Tədbirdə Nepalın nümayəndəsi Rakeş Şresta, Pakistanın Xalq Partiyasının təmsilçisi Mahviş Şeyk, Rusiya Ədalət Partiyasının nümayəndəsi, Dövlət Dumasının üzvü Dmitri Uşakov, Əfqanıstan Milli Koalisiyasının nümayəndəsi Əhməd Masih Hami, Türkiyənin Ədalət və İnkişaf Partiyasının təmsilçisi Gökan Bahcecik, İsrailin nümayəndəsi Kiril Rabin, Yaponiya Kommunist Partiyasının üzvü Toşiya Kobayaşi, YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü Əli Pənahov və başqaları çıxış edərək Asiyanın siyasətçi gənclərinin əməkdaşlığının əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, belə bir platforma bütövlükdə Asiya ölkələri arasında qarşılıqlı əməkdaşlığın daha da güclənməsinə imkanlar yaradır.
Sessiyada çıxışlar zamanı Azərbaycanın demokratiya, tolerantlıq təcrübəsindən geniş bəhs olunaraq bildirilib ki, Asiya ilə Avropa arasında körpü rolunu oynayan Azərbaycanın siyasətində yeniləşmə, müasirləşmə öndə dayanır. Azərbaycan düzgün qurulan siyasətin nəticəsində gələcəyə inamla irəliləyir.
Toplantıda, həmçinin, Afrika Siyasi Partiyaları Təşkilatının (CAPP) nümayəndəsi Abdelmouneim Elsoni və Latın Amerikası Siyasi Partiyaları Təşkilatının (COPALL) təmsilçisi Antonio Tarin çıxış edərək İCAPP-ın Gənclər Qolunun işinə uğurlar arzulayıblar.
YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev isə çıxışında İCAPP-ın beynəlxalq müstəvidəki artan rolunun əhəmiyətini vurğulayıb. O qeyd edib ki, Asiya gənclərinin birliyinin güclənməsi bütövlükdə xalqlar və dövlətlər arasında münasibətlərin inkişafına böyük töhfələr verə bilər. Onun fikrincə, gənclərin gələcək üçün hazırlanmasına xüsusi diqqət yetirilməlidir. Çünki xoş gəçləcək naminə gəncliyin inkişafına ciddi fikir verilməlidir.
İCAPP-ın baş katibi Çunq Ey Yonq bildirib ki, təşkilatın Gənclər Qolunun fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində müvafiq işlər həyata keçiriləcək.
Daha sonra Asiya Gənclərinin Bakı Bəyannaməsi qəbul olunub. Qərara alınıb ki, İCAPP-ın növbəti Baş Assambleyası və təşkilatın Gənclər Qolunun 3-cü iclası 2014-cü ilin may ayında Kambocada keçirilsin.
İCAPP Gənclər Qolunun sədri, Malayziya Baş nazirinin xüsusi məsləhətçisi Dato Seri Şahidan Kasım təşkilatın toplantısına yekun vurub.
Avqustun 15-də isə toplantı iştirakçıları Bakı şəhərinin tarixi yerləri, mədəni abidələri və Bayraq Meydanı ilə tanış olacaqlar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

