Qayıdış hüququ uğrunda!
24.05.2025 [10:15]
Ermənistan Qərbi Azərbaycan mövzusundan niyə narahatdır?
Ermənistan Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı mövzusunun beynəlxalq müstəviyə çıxarılmasından təşvişə düşüb. Bir neçə gün öncə Türkiyənin paytaxtı Ankara şəhərində Qərbi Azərbaycan İcmasının və “Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tərəfdaşlığı ilə “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfransın keçirilməsi, Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciət etməsi rəsmi İrəvanda “ciddi narahatlıq” yaradıb.
Ani Badalyanın yanlış şərhi...
Belə ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ani Badalyan “Armenpress”in sualını cavablandırarkən deyib ki, “Ermənistan Respublikasının ərazisində “Qərbi Azərbaycan” yoxdur, Qərbi Azərbaycan Azərbaycan Respublikasının qərb rayonlarıdır”. Erməni tərəfi Qərbi Azərbaycan məsələsini guya, Ermənistana qarşı ərazi iddiası hesab edir.
Əslində, bu iddiaların heç bir əsası yoxdur. Çünki Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasında insanların Ermənistan Respublikasının vətəndaşı olaraq doğma yurdlarına dönməsi nəzərdə tutulur. Qərbi azərbaycanlılarının doğma yurdlarına qayıtması onların fundamental haqqıdır və bu da beynəlxalq hüquqla təsbit olunub. İnsan Hüquqları Ümumi Bəyannaməsində, Mülki və siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt, BMT-nin Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası və 1967-ci il Protokolu və digər sənədlərdə həmin hüquq öz əksini tapıb. BMT-nin insan hüquqları və beynəlxalq hüquq sahəsində qəbul etdiyi mühüm prinsiplərdən biri olan qayıdış hüququ Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinin 2-ci bəndində qeyd olunur. Bu bənddə açıq mətnlə deyilir ki, “Hər kəsin öz ölkəsi daxilində sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququ var” və “hər kəsin öz ölkəsinə qayıtmaq hüququ var”.
İcma: Ermənistanın inkarçılıq xətti tutması qəbuledilməzdir
Məsələ ilə bağlı Qərbi Azərbaycan İcması bəyanat verib. İcma Prezident İlham Əliyevin mayın 21-də Ankarada “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilmiş konfransın iştirakçılarına ünvanladığı müraciətə dair Ermənistan Xarici İşlər Nazirliyinin verdiyi bəyanatı qınayıb. Bildirilib ki, Ermənistan hökumətinin əsas insan hüququ olan qayıdış hüququnu təmin etmək əvəzinə, təhrif olunmuş bəyanatlar yayması, məsələnin mahiyyətini danaraq inkarçılıq xətti tutması qəbuledilməzdir. “Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqdan qaçması, öz ərazisində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə iş aparan keçmiş qondarma rejimin tör-töküntülərinin fəaliyyətinə imkan verməsi bu ölkənin regionda davamlı sülhdə maraqlı olmasına dair verdiyi bəyanatlarla tam ziddiyyət təşkil edir. İcmamız bir daha vurğulayır ki, beynəlxalq hüquq çərçivəsində və sülh yolu ilə qayıdış hüququ uğrunda əzmlə mübarizəsini davam etdirəcək”, - deyə bəyanatda qeyd olunub.
Ermənistan rəhbərliyinin azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri qayıtması hüququnu təkzib etməsi, yüz minlərlə azərbaycanlının daxil olduğu Qərbi Azərbaycan İcmasının Ermənistan rəhbərliyini bu istiqamətdə dialoqa çağırışına qarşı çıxması, bu hüquqların tələbinin “ərazi iddiası” kimi təqdim edilməsi Ermənistanın “insan hüquqlarına” heç bir dəyər verməyən və “etnik təmizləmə əsasında monoetnik dövlət titulunu” qorumaq üzrə məkrli siyasətinin bir göstəricisidir. Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır. Lakin İcmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir. Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir.
Ermənistandan azərbaycanlıların qovulması nəinki tarixi faktdır, eynilə, həm sovet Ermənistanı dövründə, həm də 1990-cı illərdən bəri minlərlə Azərbaycan toponimlərini məqsədyönlü şəkildə dəyişən, tarixi torpaqlarımızdan xalqımızın irsini məhv edən, tarixi abidələri dağıdan, bununla Azərbaycanın tarixi torpaqlarını erməniləşdirməyə cəhd göstərən Ermənistanın ölkəmizin Qərbi Azərbaycan İcması ifadəsindən istifadə etməsini yanlış təqdim etməsi ən azı riyakarlıqdan başqa bir şey deyil.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32

