Prezident İlham Əliyev Azərbaycanda və dünyada yüksək nüfuza malik liderdir
28.09.2013 [11:09]
Böyük Britaniya Parlamentinin deputatları arasında keçirilən sorğuda respondentlərin 72 faizi Prezident İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirib
Məlum olduğu kimi, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan daxili və xarici siyasət kursu ölkəmizə bütün sahələrdə uğurlar qazandırıb. Bu kursun Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun olaraq inkişaf etdirilməsi Azərbaycanı dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevirib. Təbii ki, ötən 10 il ərzində əldə edilən uğurlar, eyni zamanda, cənab İlham Əliyevin beynəlxalq aləmdə nüfuzunun daha da artmasına səbəb olub.
Onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyevin gördüyü işlərin, daxili və xarici siyasət kursunun uğurlarının beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi bu vaxtadək ayrı-ayrı xarici sorğu mərkəzlərinin və nüfuzlu xarici jurnalların müxtəlif ölkələrdə keçirdikləri sorğulardan, ekspert rəylərindən, həmçinin, dövlət başçımızın dəfələrlə “İlin adamı” elan edilməsindən də bəllidir.
Prezident İlham Əliyevin dünya səviyyəsində nüfuzlu dövlət başçılarından biri olması faktı bu dəfə də Böyük Britaniyada və Avropada sorğu, siyasi informasiya təhlili və ictimai kommunikasiya platformalarının yaradılması və inkişafı üzrə fəaliyyət göstərən ən təcrübəli təşkilatlardan biri olan “Dods Polling”in keçirdiyi sorğunun nəticəsində öz təsdiqini tapıb. Belə ki, Britaniyanın sözügedən nüfuzlu sorğu təşkilatı Birləşmiş Krallıq Parlamentinin 100 millət vəkili arasında parlamentin İcmalar Palatasının partiya, region və gender tərkibinə uyğun olaraq paritet əsasda sorğu keçirib. Bütövlükdə, sorğunun nəticələri Azərbaycanın daxili və xarici siyasətinin müsbət beynəlxalq əks-sədasından xəbər verir.
AZƏRBAYCANIN QƏRBƏ İNTEQRASİYASININ UĞURU ETİRAF OLUNUR
Məlumatlara görə, respondentlərin 72 faizi Prezident İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirib, Onun Qərbin və xüsusilə də Böyük Britaniyanın etibarlı müttəfiqi və Avropaya inteqrasiyaya dəstək verən lider olması fikrini ifadə ediblər. Sözügedən məqam ondan xəbər verir ki, Azərbaycanın Qərbə inteqrasiya siyasətini ardıcıl və inamla həyata keçirməsi ölkəmizin xarici siyasət oriyentirləri ilə bağlı digər ölkələrin rəsmilərində aydın təsəvvür formalaşdırır. Bu isə öz çıxışlarında “Azərbaycanın xarici siyasəti olduqca aydın və proqnozlaşdırılandır” deyən Prezident İlham Əliyevin sözlərinin təsdiqidir.
DAĞLIQ QARABAĞLA BAĞLI HƏQİQƏTLƏRİN TƏBLİĞİNİN MÜSBƏT NƏTİCƏSİ
Sorğunun nəticələrinə əsasən, BMT Təhlükəsizlik Şurasının (TŞ) erməni işğalçı qüvvələrini Azərbaycanın suveren torpaqlarından geri çəkilməyə çağıran 822, 853, 874 və 884 saylı qətnamələri ilə bağlı suala böyük əksəriyyət qətnamələrin icra və tətbiq edilməsinin labüd olması cavabını verib. Həmin sualı cavablandıran millət vəkillərinin müsbət rəyi mənfi rəydən 18 dəfə çox olub ki, bu da öz növbəsində BMT-yə, Azərbaycanın ərazi bütövlüyünə və məcburi köçkünlərin hüquqlarına olan güclü dəstəyi əks etdirir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin həyata keçirilmədiyi müddətdə Azərbaycanda olan bir milyona yaxın qaçqın və məcburi köçkün öz doğma yurdlarına qayıtmaq iqtidarında deyil. Britaniya parlamentinin üzvlərinin cavabından aydın olur ki, bir çox xarici rəsmilər münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin və bunun üçün BMT TŞ-nin qətnamələrinin icrasının vacibliyini anlayırlar. Sözsüz ki, bu, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən yorulmaz diplomatik və maarifləndirmə fəaliyyətinin nəticəsidir.
AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ BEYNƏLXALQ ALƏMDƏ DƏSTƏKLƏNİR
Qeyd edək ki, “Dods Polling”in keçirdiyi sorğuda respondentlərin 94 faizi Transadriatik qaz kəmərinin (TAP) Avropanın enerji təhlükəsizliyini gücləndirəcəyinə əmin olduqlarını bildirib. Bu bir daha təsdiq edir ki, Azərbaycanın həyata keçirdiyi enerji siyasəti, ölkəmizin təşəbbüsü və iştirakı ilə gerçəkləşən və təməli qoyulan enerji layihələri dünya miqyasında yüksək qiymətləndirilir, ölkəmizə olan etimadı artırır. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən Azərbaycanın enerji siyasətinin ən böyük uğuru milli mənafelərin və xarici tərəfdaşların maraqlarının uzlaşdırılması yolu ilə Azərbaycan xalqının rifahına, istəklərinə ən yüksək səviyyədə cavab verən nəticənin əldə edilməsidir. Enerji mənbələrini şaxələndirməklə özünün enerji təhlükəsizliyini təmin edən Avropa dövlətləri isə Azərbaycanın enerji siyasətinə hərtərəfli dəstək verirlər.
PREZİDENT İLHAM ƏLİYEVİN REYTİNQİ DAİM YÜKSƏKDİR
Ümumilikdə, 2003-2013-cü illərdə dünyanın nüfuzlu sosioloji təhqiqat mərkəzlərinin ölkəmizdə və xaricdə keçirdiyi rəy sorğuları birmənalı şəkildə təsdiq edir ki, son 10 ildə Azərbaycan Prezidenti İlham Əliyevin reytinqi dinamik şəkildə yüksəlib. Məsələn, ABŞ-ın Beynəlxalq Seçki Sistemləri Fondu (İFES) tərəfindən 2006-cı ildə keçirilmiş sorğu əhalinin 85 faizinin Azərbaycan Prezidentinə olan etimadını əyani şəkildə nümayiş etdirdi. ABŞ-da yerləşən və dünya üzrə insan resurslarını öyrənən, statistik araşdırma xidmətləri göstərən nüfuzlu “Gallup” təşkilatının 2009-cu ildə keçmiş Sovet respublikaları üzrə keçirdiyi sorğusunda “Sizcə, ölkə rəhbərliyi işinin öhdəsindən necə gəlir” sualına cavab olaraq Azərbaycanda rəyi soruşulanların 77 faizi hakimiyyətin fəaliyyətindən razılığını ifadə etmişdi. 2011-ci ilin son aylarında “Gallup İnternational”ın dünyanın 51 ölkəsində apardığı “Qlobal Ümid və Ümidsizlik Barometri” adlı sorğusuna əsasən Azərbaycan inkişaf etməkdə olan ölkələr qrupu üzrə 51 ölkə içərisində 8-ci yeri tutdu. Avropa Qonşuluq Siyasəti ölkələrində ictimai rəyin öyrənilməsi üzrə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Avropa Qonşuluğu Barometri” layihəsi çərçivəsində 2012-ci ilin noyabr-dekabr aylarında keçirilən sorğuya əsasən respondentlərin 92 faizi öz hökumətinə inandığını bildirmişdi. 2013-cü ilin avqust-sentyabr aylarında ABŞ-ın “Arthur J. Finkelstein and Associates” şirkətinin Azərbaycanda seçki öncəsi keçirdiyi sorğuda rəyi soruşulanların 86 faizi Prezident İlham Əliyevi dəstəkləyib.
Bir sözlə, bütün sorğuların nəticələri göstərir ki, cənab İlham Əliyevin reytinqi Onun dövlət başçısı postunda fəaliyyətinə paralel şəkildə yüksəlib və bu gün ən yüksək həddə çatıb. Beləliklə, cəmiyyət öz liderini görür, tanıyır, qəbul edir və Ona növbəti dəfə etimad göstərməyə hazırdır.
Hülya
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

