Milli Məclisin iclasında...
25.10.2025 [11:22]
17 məsələ müzakirə olunub
Oktyabrın 24-də Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 17 məsələ daxil edilib. Əvvəlcə spiker Sahibə Qafarova
parlament nümayəndə heyətinin oktyabrın 19-dan 21-dək İsveçrə Konfederasiyasının Cenevrə şəhərində işgüzar səfəri barədə məlumat verib. Onun sözlərinə görə, səfərdə məqsəd Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında iştirak etmək idi. Oktyabrın 20-də Assambleyada “Böhran zamanı humanitar normaların qorunması və humanitar fəaliyyətin dəstəklənməsi” mövzusunda müzakirələr aparılıb və MM sədri bu müzakirələrdə çıxış edib. S.Qafarova çıxışında Ermənistanın silahlı təcavüzünün faciəli nəticələri barədə məlumat verdim. Həmçinin, Assambleya çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı ilə Milli Məclis arasında təşkilatın 20-ci sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
Bundan əlavə, Cenevredə S.Qafarovanın sədrliyi ilə Asiya Parlament Assambleyasının Koordinasiya görüşü keçirilib. Cenevrəyə səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirilib. Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq, eləcə də Bosniya və Herseqovina və Namibiya parlamentlərinin sədrləri ilə danışıqlarda parlamentlərarası əməkdaşlığın inkişafı yolları nəzərdən keçirilib. Bununla əlaqədar Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti yüksək qiymətləndirilib, təşkilatın institusional inkişafı və beynəlxalq nüfuzunun artırılması istiqamətində görülən işlərdən danışılıb.
Oktyabrın 21-də isə spiker S.Qafarova Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşüb. “Bu, Parlamentlərarası İttifaq çərçivəsində üçüncü görüş idi. Görüşdə Vaşinqton sammitində əldə olunmuş razılaşmaların və münasibətlərin normallaşması üçün görülən tədbirlərin böyük əhəmiyyəti vurğulandı. Konstruktiv dialoqun davam etdirilməsinin vacibliyi qeyd edildi”, -deyən S.Qafarova bütövlükdə, Cenevrə səfərinin uğurlu olduğunu söyləyib.
Spiker, həmçinin 25 oktyabr tarixinin Qubadlı Şəhəri Günü olduğunu xatırladıb: “Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda döyüşlər 44 günlük Vətən müharibəsinin şanlı səhifələrindən biridir. Bu gün quruculuq dövrünü yaşayan Qubadlı Qarabağın və Şərqi Zəngəzurun yeni həyatını təcəssüm etdirir”.
Gündəliyin müzakirəsi zamanı iclasda ilk olaraq bir sıra məhkəmələrə yeni hakimlərin təyin olunması məsələsinə baxılıb. Qanun layihəsinə əsasən, Xəyalə Adil qızı Cəmilova və Zaur Nazim oğlu Hüseynovun Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək, Ali Məhkəmənin hakimi təyin olunması təklif edilib. Həmçinin Bakı, Sumqayıt və Gəncə Apellyasiya Məhkəmələrinə hakimlər təyin olunub. Həmid Azər oğlu Ağalarov, Fəhmin Zaur oğlu Hümbətov, Vidadi Kamal oğlu Qasımov, Fərid İlham oğlu Mədətli, Günel Arif qızı Sevdimalıyevanın Bakı Apellyasiya Məhkəməsinə, Əkrəm Sabir oğlu Qəhrəmanov, Turan Nurulla oğlu Məmmədovun Gəncə Apellyasiya məhkəməsinə, Ramin Adilxan oğlu Xəlilovun isə Sumqayıt Apellyasiya Məhkəməsinə hakim təyin edilməsi təklif olunub. Müzakirələrdən sonra məsələlər səsverməyə qoyularaq qəbul edilib.
Eyni zamanda, iclasda Fərman Abbasov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi ilə bağlı qanun layihəsi də təsdiqlənib.
İclasda, həmçinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna dəyişiklik edilib. Layihəyə əsasən, sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Qanun layihəsi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsi sahəsində normativ-hüquqi bazanın yenilənməsi zərurəti ilə əlaqədar hazırlanıb. Bu çərçivədə adıçəkilən qanunun 19,2-ci maddəsinin dəqiqləşdirilməsini nəzərdə tutur. Belə ki, qanun layihəsi qəbul edildikdən sonra sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsinin yeni qaydaları qüvvəyə minəcək.
Bundan başqa, Milli Məclis Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidentinin sənaye parkındakı həmin fəaliyyətdən əldə etdiyi mənfəət - 2025-ci il yanvarın 1-dən 6 il müddətinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti həmin fəaliyyət prosesində istifadə etdiyi sənaye parkındakı əmlakına görə 2025-ci il yanvarın 1-dən 6 il müddətinə əmlak vergisini ödəməkdən azad edilməsi təklif edilir.
Eyni zamanda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti həmin fəaliyyət prosesində istifadə etdiyi sənaye parkındakı torpaqlara görə 2025-ci il yanvarın 1-dən 6 il müddətinə torpaq vergisini ödəməkdən azad edilməsi təklif olunur. “Gömrük tarifi haqqında” qanunun 20.0.20-ci maddəsində isə “10” rəqəminin “14” rəqəmi ilə əvəz edilməsi təklif olunub. Müzakirələrdən sonra layihə qəbul olunub.
Millət vəkilləri iclasın gündəliyində olan digər qanun layihələrini də qəbul ediblər.
Narda Bayramlı
Xəbər lenti
Hamısına baxSosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11
YAP xəbərləri
07 Noyabr 16:09
Xəbər lenti
07 Noyabr 15:44
Xəbər lenti
07 Noyabr 15:32
Dünya
07 Noyabr 15:29
Sosial
07 Noyabr 14:46
İqtisadiyyat
07 Noyabr 14:44
İqtisadiyyat
07 Noyabr 14:43
YAP xəbərləri
07 Noyabr 14:08
Dünya
07 Noyabr 13:47
Gündəm
07 Noyabr 13:41
Mədəniyyət
07 Noyabr 13:21
YAP xəbərləri
07 Noyabr 12:27
Gündəm
07 Noyabr 11:41

