Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda prezident seçkiləri şəffaf, ədalətli, azad və dinc şəraitdə baş tutub

Azərbaycanda prezident seçkiləri şəffaf, ədalətli, azad və dinc şəraitdə baş tutub

11.10.2013 [10:11]

“Azərbaycanda prezident seçkiləri şəffaf, ədalətli, azad və dinc şəraitdə baş tutub”.
Bu sözləri Asiya və Sakit Okean Beynəlxalq Demokratlar Mərkəzinin üzvləri oktyabrın 10-da prezident seçkiləri ilə bağlı keçirdikləri mətbuat konfransında deyiblər.
Mərkəzin üzvü, Filippinin nümayəndələr palatasının keçmiş sədri Jose de Venesiya seçkilərin təşkilatçılığını yüksək qiymətləndirib, Azərbaycanın nəinki Cənubi Qafqazda, hətta dünyada gündən-günə artan nüfuzunu qeyd edib.
Mərkəzi Seçki Komissiyasının fəaliyyətinə də toxunan J.Venesiya qurumun səmərəli və peşəkar səviyyədə işləməsini xüsusi vurğulayıb.
Məntəqələrdə olarkən seçicilərin seçimində qərarlı olduğunu bildirən Mərkəzin digər üzvü Şeyla Kops seçkilərə hazırlıq dövründə prosesin KİV-lərdə işıqlandırılması, namizədlərin təbliğat imkanlarının olmasına nəzarət etdiyini vurğulanıb.
Məntəqələrdə seçici fəallığının yüksək olduğunu diqqətə çatdıran Ş.Kops dairə və məntəqə seçki komissiyalarının rəhbərlərinin seçkilərə tam hazırlığını, məntəqələrdə qanun pozuntusu barədə heç bir məlumat və şikayətin müşahidə olunmadığını xüsusi qeyd edib.

Paylaş:
Baxılıb: 960 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31