/ / Avropa Parlamentinin müşahidə missiyası da Azərbaycanda prezident seçkilərinin azad və ədalətli keçirildiyini bəyan edib
Avropa Parlamentinin müşahidə missiyası da Azərbaycanda prezident seçkilərinin azad və ədalətli keçirildiyini bəyan edib
11.10.2013 [10:19]
“Azərbaycanda 9 oktyabr prezident seçkiləri çox sakit və dinc şəraitdə keçirilib. Səsvermə günü seçki məntəqələrində, eləcə də, məntəqələrdən kənarda heç bir qanun pozuntusu halı, yaxud hər hansı bir münaqişə qeydə alınmayıb. Seçki məntəqələrində səsvermənin məxfiliyi tam təmin olunub, seçicilər kabinələrdə sərbəst şəkildə istədikləri namizədə səs verə biliblər. Apardığımız müşahidələr onu deməyə əsas verir ki, prezident seçkilərində, ölkədə keçirilmiş əvvəlki seçkilərlə müqayisədə bir çox irəliləyişlərin şahidi olduq. Məhz bu səbəbdən də seçki prosesinin yaxşı təşkil olunduğunu, seçkilərin isə azad və ədalətli şəkildə keçirildiyini bildiririk”.
Bu fikirləri Avropa Parlamentinin (AP) üzvü, AP-nin Xarici əlaqələr komitəsinin vitse-prezidenti Fiorello Provera ötən gün “Hilton” mehmanxanasında keçirdiyi mətbuat konfransında səsləndirib. Azərbaycana ilk dəfə səfər etmədiyini xatırladan natiq, hər dəfə bu gözəl ölkəyə gələrkən çox böyük dəyişikliklər gördüyünü, regionlarda, eləcə də, paytaxt Bakıda yeni-yeni tikililərin aparıldığını, həmin tikililərin şəhərə xüsusi yaraşıq verdiyini, insanların həyat səviyyəsinin ildən-ilə yaxşılaşdığının şahidi olduğunu vurğulayıb.
Seçkiləri izləmək üçün Azərbaycana gələn Avropa Parlamenti müşahidə missiyasına 7 parlamentarinin daxil olduğunu xatırladan Fiorello Provera, səsvermə günü bir sıra məntəqələrdə olduqlarını bildirib. Onun sözlərinə görə, seçki məntəqələrində həm müşahidəçilər, həm də seçicilər üçün çox əlverişli şərait yaradılıb. Beynəlxalq müşahidəçilər isə istədikləri seçki məntəqələrinə tam sərbəst şəkildə daxil ola və səsvermə prosesini izləyə biliblər, onlara heç bir məhdudiyyət qoyulmayıb.
Fiorello Provera, daha sonra, Avropa Parlamenti müşahidə missiyası üzvlərinin Azərbaycandakı prezident seçkisi ilə bağlı rəylərinin Avropa Şurası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəylərindən fərqləndiyini də bildirib.
“Gəlin səmimi olaq. Bəzi insanlar, qruplar, yaxud da ölkələr var ki, onlar özlərində görmədikləri kamil demokratiyanı başqa ölkələrdə axtarmağa çalışırlar. Düşünürəm ki, Avropa İttifaqına üzv olan ölkələrin vəzifəsi ondan ibarətdir ki, demokratiya yolunda addımlamaqda gənc müstəqil dövlət olan Azərbaycana kömək etsinlər. Biz Azərbaycana hakimlər kimi deyil, dostlar kimi gəlməliyik, daha müəllimlik etmək üçün yox”, - deyən Fiorello Provera əlavə edib ki, Azərbaycanı mühakimə etməzdən əvvəl, ilk növbədə, ölkənin Avropa üçün əhəmiyyətini, onun enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəni, eləcə də, yerləşdiyi coğrafiyada oynadığı geosiyasi rolu nəzərdən qaçırmamaq lazımdır.
Seçki prosesi ərzində baş verən hansısa qanun pozuntuları ilə bağlı Azərbaycanın ünvanına səsləndirilən ittihamlara münasibət bildirən Fiorello Provera, bu kimi məsələlərin istənilən ölkədə keçirilən seçkilər zamanı qaldırıldığını vurğulayıb. “Bəzi jurnalistlər Azərbaycanın ünvanına tənqidi fikirlər səsləndirirlər. Xatırladım ki, mənim vətənimdə-İtaliyada 4 jurnalist təkcə diffamasiyaya görə həbsxanadadır və onlardan birinin 74 yaşı var. Bundan əlavə, Azərbaycanda guya demokratiyanın olmaması ilə bağlı irəli sürülən digər tənqidi fikirlər prezident seçkilərində qadın namizədin olmaması ilə əsaslandırılır. Xatırladım ki, ABŞ-da keçirilən son seçkilərdə də prezidentliyə namizədlər arasında qadınlar yox idi. Ümumiyyətlə, son illərdə biz bunu heç müşahidə etməmişik. Bu o deməkdir ki, ABŞ demokratik ölkə deyil? Yaxud, digər bir irad-gender məsələsi. İddia olunur ki, guya ölkədə, bu, problemə çevrilib. Bunu iddia edənlər unudurlar ki, Azərbaycan hələ 1918-ci ildə, ilk müstəqillik qazandığı dövrdə qadınlara səsvermə hüququ vermişdi. Halbuki, bu hüquq Avropada qadınlara çox illər sonra verildi. Azərbaycan cəmi 22 ildir müstəqilliyini yaşayır. Odur ki, burada proseslərin addım-addım irəliləməsi heç də təəccüblü deyil. Məsələn mənim ölkəm İtaliyada zaman-zaman demokratiya ilə bağlı müxtəlif problemlər meydana çıxır. Elə problemlər var ki, hələ də öz həllini tapmayıb. Odur ki, müstəqilliyə yenicə qovuşmuş ölkələrə yardım etmək lazımdır, onunla dost olmaq lazımdır, dost kimi məsləhət vermək lazımdır”, - deyən avropalı parlamentari Azərbaycanın azad bir ölkə olduğunu və onun xalqının öz hakimiyyətini seçməkdə sərbəst olduğunu vurğulayıb.
Fiorello Provera, daha sonra, Azərbaycanın Avropa Parlamentində lobbiçilik etməsi məsələsinə də münasibət bildirib: “Bu, niyə də olmasın? Mən bu məsələyə çox müsbət baxıram. Bu gün erməni lobbiçiliyi bütün dünyaya yayılıb və bu ölkənin milli maraqları üçün çox səmərə də verir. Azərbaycan torpaqları isə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Ölkədə 1 milyon məcburi köçkün var. Mənim fikrimcə, beynəlxalq ictimaiyyətin diqqəti məhz bu problemə yönəlməlidir. Çünki həmin problemlər, öz həllini tapmadan bütün digər məsələləri həll etmək çox çətin olacaq”.
Sonda, avropalı parlamentari Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçilməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib, ölkəyə uğurlu gələcək arzulayıb.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48

