/ / Azərbaycan ilə Fransa arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
Azərbaycan ilə Fransa arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
31.10.2013 [09:41]
Oktyabrın 30-da Fransanın Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının prezidenti Andre Vilyenin başçılıq etdiyi nümayəndə heyəti Kənd Təsərrüfatı Nazirliyində olub.
AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan ilə Fransa arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.
Kənd təsərrüfatı naziri Heydər Əsədov görüşün iki ölkənin aqrar sahədə əməkdaşlığının genişləndirilməsinə töhfə verəcəyini bildirib. Azərbaycan ilə Fransa arasında əlaqələrin uğurla davam etdirildiyini deyən nazir kənd təsərrüfatı sahəsində də əməkdaşlığın inkişaf etdiyini vurğulayıb.
Nazir Azərbaycanda üzümçülük və şərabçılıq sahəsinin inkişafı barədə qonaqlara məlumat verib. Bildirilib ki, ölkəmizdə üzümün yetişdirilməsi və onun emalı qədim və ənənəvi sahələrdən biridir. Ötən əsrin 70-80-ci illərində Azərbaycanda üzümçülük və şərabçılıq ən yüksək inkişaf dövrünü yaşayıb. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində üzümçülüyün yüksək templə inkişafına nail olunub, emal müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib, güclü kadr potensialı yaradılıb. Fransanın üzümçülük və şərabçılıq sahəsindəki tarixi təcrübəsindən istifadə edərək əməkdaşlığı genişləndirmək, fransız mütəxəssisləri ilə fikir mübadiləsi aparmaq zəruridir. Azərbaycanda fəaliyyət göstərən şərab zavodları ilə Avropa ölkələrinin şərabçılıq müəssisələri arasında əməkdaşlıq əlaqələrinin qurulması, yeni müştərək müəssisələrin yaradılması ölkəmizdə üzümçülük və şərabçılığın inkişafına güclü təkan verə biləcək amillərdən biridir.
Azərbaycanda Prezident İlham Əliyev tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğıdan, əldə olunan nailiyyətlərdən danışan nazir bildirib ki, kənd təsərrüfatı istehsalının artırılması üçün böyük potensial var.
Heydər Əsədovu gələn ilin mart ayında Fransada keçiriləcək kənd təsərrüfatı sərgisinə dəvət edən Andre Vilye iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirib, bu sahənin inkişafına dəstək verəcəklərini söyləyib.
Beynəlxalq Üzüm və Şərab Təşkilatının Baş katibi Federiko Kasteluççi Azərbaycanın bu təşkilata üzv olduğunu və ölkənin süfrə və texniki üzüm sortları baxımından böyük potensiala malik olduğunu bildirib. O, fransalı ekspertlərin Azərbaycana göndərilməsini, hər iki ölkə arasında kadr hazırlığı üzrə proqramların həyata keçirilməsini məqsədəuyğun hesab edib.
Yekunda nazir Heydər Əsədov bu görüşlərin mütəmadi olacağını və gələcək əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə töhfə verəcəyini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37

