Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçiriləcək “dəyirmi masa” rəhbərlərinin çıxışları dinlənilib

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçiriləcək “dəyirmi masa” rəhbərlərinin çıxışları dinlənilib

01.11.2013 [15:38]

Noyabrın 1-də III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçiriləcək “dəyirmi masa” rəhbərlərinin çıxışları dinlənilib.
İclasa sədrlik edən təhsil naziri Mikayıl Cabbarov qonaqları salamlayıb və Forumun əhəmiyyətindən danışıb. Nazir bildirib ki, Forumun rəsmi hissəsində və plenar iclasında səslənən fikirlər noyabrın 1-də keçiriləcək “dəyirmi masa”ların əsasını təşkil edir. Elm və təhsil sahəsində son illərdə ölkəmizdə mühüm işlərin görüldüyünü bildirən nazir vacib islahatların həyata keçirildiyini, bu günlərdə təhsilin inkişafı ilə bağlı dövlət strategiyasının təsdiq olunduğunu vurğulayıb.
“Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda “dəyirmi masa”ya rəhbərlik edəcək Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün (IDEA) təsisçisi və direktoru Leyla Əliyeva bu gün Bakının dünyanın sürətlə dəyişən şəhərlərindən biri olduğunu, Forumun keçirildiyi Heydər Əliyev Mərkəzinin bunu tam əks etdirdiyini bildirib. Leyla Əliyeva tolerantlığın bizim üçün yeni ideya deyil, mədəniyyətimizin və həyatımızın bir hissəsi olduğunu qeyd edib, ekoloji məsələlərə diqqət yetirməyin vacibliyini vurğulayıb.
IDEA-nın təsisçisi bildirib ki, ekoloji sivilizasiyanın yaradılması bəşəriyyətin arzusudur. İnsanlar ətraf mühitə baxışlarını dəyişməsələr, gələcəkdə ekoloji fəlakətlər bəşəriyyətin həyatı üçün real təhlükəyə çevriləcək. Leyla Əliyeva IDEA kampaniyası çərçivəsində ölkədə 14 milyon ağacın əkildiyini, dünyanın bir sıra ekoloji şirkətləri ilə əməkdaşlığın qurulduğunu, nəsli kəsilməkdə olan heyvanların qorunmasına yönələn bir çox təşəbbüslərin dəstəkləndiyini, 90 ölkədə 1400 uşağın iştirakı ilə ekologiya mövzularına həsr olunan müsabiqənin təşkil edildiyini diqqətə çatdırıb. Forumda müzakirələr zamanı yeni terminlərin - ekoloji mədəniyyət, ekoloji jurnalistika, ekoloji təhlükəsizlik, ekobiznes və digər anlayışların yarandığını qeyd edən Leyla Əliyeva əminliklə bildirib ki, birgə səylərlə ətraf mühitin qorunmasında mühüm nailiyyətlər əldə olunacaq.
“Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları” adlı “dəyirmi masa”nın rəhbəri, ABŞ-ın Roçester Universiteti Optika İnstitutunun direktoru Si-Çenq Çjan Kvant kompyuterləri texnologiyasının müasir dövr üçün əhəmiyyətinə toxunaraq yenilənmiş enerji ilə bağlı tədqiqatların artırılmasının vacibliyini vurğulayıb. O, humanitar Forumun elm adamlarına təcrübə mübadiləsinin aparılması üçün geniş imkanlar yaratdığını bildirib.
Kanadanın Vaterloo Universitetinin rektoru, “Elmi innovasiyalar və onların təhsil mühitinə transferi” mövzusunda “dəyirmi masa”ya sədrlik edəcək professor Feridun Hamdullahpur müasir dövrdə elmin inkişafı ilə bağlı görülən işlərin diqqəti cəlb etdiyini, dünyanın hər yerində təhsil imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb. Bunun üçün dünyanın müxtəlif ölkələrində işsizlik probleminin həll edilməsinin vacibliyini qeyd edən kanadalı alim məhz bu halda dünyada təhsil imkanlarının genişlənəcəyini və gələcəyin liderlərinin yetişəcəyini diqqətə çatdırıb.
Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy rəhbərlik edəcəyi “Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında” adlı “dəyirmi masa”da müzakirə olunacaq məsələlərdən danışıb. O, multikulturalizmin həyatda əksər proseslərə təsir etdiyini, bu sahədə yaranan böhranının isə son dərəcə mürəkkəb problemlərə səbəb olduğunu vurğulayıb.
ABŞ-ın Şimal-Qərb Universitetinin immunoterapiya bölməsinin rəhbəri Riçard Bert sədrlik edəcəyi “Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə” mövzusunda “dəyirmi masa”da müasir tibb elminin problemlərinə nəzər salınacağını bildirib, müasir tibdə hüceyrə tədqiqatları sahəsində əldə edilən uğurlardan danışıb.
Avstraliyanın Sosial Texnologiyalar Konsaltinqinin rəhbəri Frank Kemp Salter “Postmodern dövründə milli özünüdərk” mövzusunda “dəyirmi masa”da müzakirə olunacaq məsələlərdən söz açıb. O, modern dünyada milli özünəməxsusluğun əhəmiyyətinin getdikcə artdığını və postmodernizmin qloballaşma, internet və digər vasitələrlə ixrac edildiyini diqqətə çatdırıb.
“İqtisadi inkişafın humanitar aspektləri” mövzusunda “dəyirmi masa”ya rəhbərlik edəcək Böyük Britaniyanın Qlobal Tədqiqatlar Mərkəzinin direktoru, Uorvik Universitetinin fəxri professoru Robert Skidelski bu sahədə müasir yanaşmaların ciddi maraq doğurduğunu söyləyib, mövzu ilə bağlı fikirlərini bildirib.
“Qloballaşan informasiya məkanında medianın aktual məsələləri” mövzusunda isə Türkiyənin “Anadolu” xəbər agentliyinin baş direktoru və idarə heyətinin sədri Kamal Öztürk danışıb. Türkiyəli qonaq bildirib ki, regionda davam edən qanlı toqquşmalar nəticəsində medianın fəaliyyət imkanları məhdudlaşıb, bunun qarşısının alınması üçün dünyada sabit sülhün əldə edilməsi qaçılmaz fakta çevrilib.
M.Cabbarov tədbirin iştirakçılarına təşəkkürünü bildirib, onlara uğurlar arzulayıb.

Paylaş:
Baxılıb: 1118 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31