Politoloq: Coğrafiya bizim taleyimizdir
12.01.2026 [18:17]
Napoleon Bonapartın “Coğrafiya - bizim taleyimizdir” fikri müasir dünyamızın danılmaz siyasi həqiqətidir. Odur ki, dövlətin və millətin gələcəyini düşünən hər bir məsuliyyətli iqtidar sözügedən geosiyasi həqiqəti nəzərə alaraq coğrafiyanı ölkənin silahına çevirməyə çalışır. Prezident İlham Əliyevin dövlət siyasətinə nəzər yetirəndə biz məhz qeyd olunan vəzifənin ardıcıl icra olunduğunu görə bilirik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Asif Adil deyib.
O qeyd edib ki, İranda baş verən hadisələri görməzdən gəlmək olmaz: “Bəli, ola bilsin ki, təfərrüatlardan uzağıq, ancaq bilməyimiz vacib olan əsas siyasi həqiqət odur ki, orada baş verənlər əsla kortəbii hadisələr deyil. Şübhəsiz ki, hadisələr kənardan yönəldilir və hətta idarə olunur. Odur ki, burada proseslərin, sadəcə, kənardan izlənilməsi ilə məhdudlaşmaq olmaz. Mütləq müvafiq təhlillər aparılmalı, habelə təhrif və qərəzli manipulyasiyaların qarşısını almaq üçün cəmiyyətdə davamlı zəruri maarifləndirmə işləri görülməlidir. Proseslərin bütün regionda yoluxulucu şəkildə yayılması yolverilməzdir. Onu da unutmamalıyıq ki, vəhşi təbiətdə leş ilə qidalanan bəzi yırtıcılar kimi, daim fürsətlər axtarışında olan siyasi radikallar da adətən bu cür proseslərin ətrafında dolaşır.
Dünya ölkələrinin siyasi təcrübəsi deməyə əsas verir ki, əslində hakimiyyətin devrilməsi məsələsi İranda baş verən hadisələrin strateji təyinatı olmaya da bilər. Aydın məsələdir ki, yaşanan hadisələr vasitəsilə, eyni zamanda, müxtəlif vəzifələr icra olunur. Odur ki, ixtisaslaşmış təhlillər sayəsində bütün, hətta hepatetik hesab olunan fərziyyələr də mütləq müəyyən olunmalıdır. Burada digər önəmli bir geosiyasi həqiqəti də vətəndaşların yadına salmalıyıq: qlobal güclər tarixən çalışıblar ki, coğrafiyamız daim siyasi seysmik region hesab edilsin. Çünki coğrafiyamızda davamlı şəkildə sürən siyasi seysmik vəziyyət bütöv regionu təsir altına salınmasını mümkün edə bilər. Tarixçi alimlərimiz sözügedən mülahizəni olduqca rahat şəkildə isbat edə bilərlər. Azərbaycanın həm yeni, həm qədim tarixi sözügedən mülahizəni dolayısilə təsdiq edir.
Bəzi məsələləri daha aydın şəkildə təsəvvür etmək üçün maraqlı və bir o qədər də bəsit olan müşahidəni bölüşək. Tərəddüd etmədən deyə bilərik ki, dünya ölkələrinin mütləq əksəriyyəti öz inkişaf tarixlərində dəfələrlə müxtəlif iqtisadi çətinliklər ilə rastlaşıb. Müasir qlobal proseslərin mürəkkəb mahiyyəti səbəbindən dünyanın heç bir ölkəsi iqtisadi böhranlardan sığortalanmayıb. Bəs dünya ölkələrinin mütləq əksəriyyətində iqtisadi böhran yaşandığı halda faiz etibarilə cəmi neçə ölkədə sırf iqtisadi amillər səbəbindən hakimiyyət çevrilişi baş vermişdir? Bəli, bu sualın obyektiv cavabını axtaran zaman olduqca kiçik rəqəmlər ilə ifadə olunan faizlərlə rastlaşırıq. Demək ki, “iqtisadiyyat”, sadəcə, bəhanədir. Tarixdə hətta elə bir nümunələr var ki, yaşanan “məhrumiyyətlər” xalqın və dövlətin sıçrayışlı inkişafına səbəb olmuşdur. Odur ki, çevriliş və “rəngli inqilabların” əsas təkanverici səbəblərini digər amillərin arxasında axtarmalıyıq”.
Politoloqun fikrincə, Prezident İlham Əliyevin siyasi ritorikasında “Bizim xarici borcumuz çox aşağı səviyyədədir” kimi fikirlər ilə rastlaşmağımız heç də təsadüfi deyil. Əlbəttə ki, bu cür fikirlər, ilk növbədə, xaricə yönəlmiş xəbərdarlıq mesajıdır. Bu cür müsbət vəziyyəti qorumaq üçün dövlətimizin başçısı bütün, hətta populyar hesab olunmayan tədbirləri belə davamlı olaraq görür. “Populyar siyasət” və ani nəticələr naminə mövcud resursların səpilməsi ilə məşğul olan bəzi dövlət və hakimiyyətlərin aqibətini də çox gözəl bilirik. Siyasi strategiya və dövlət siyasətinin uğuru populyar addımların atılmasını yox, milli maraqların aliliyini tələb edir. Ucuz rəğbət naminə aparılan siyasətin adı yalnız demaqogiya ola bilər. Bu yolu seçmiş dövlətlərin aciz aqibətlərini tarixdən yaxşı bilirik.
Süni spekulyasiyalar səbəbindən beynəlxalq enerji bazarında davamlı olaraq yaşanan böhranlar zamanı Prezident İlham Əliyev yuxarıda qeyd etdiyimiz mesajı öz rəsmi çıxış və müsahibələrində israrla təkrarlayır. Əlbəttə ki, qeyd olunan amil yalnız siyasi iradənin təzahürü ola bilər. Bu mənada əsla təsadüfi deyil ki, təsir altına salmaq istədikləri ölkələrdə yaşanan siyasi sabitlik daim qlobal oyunçu hesab edilən dövlətlərin strateji hədəfi olub.
“Qeyd olunanları nəzərə alaraq deyə bilərik ki, İranda yaşanan proseslərin əsl hədəfi orada mövcud hakimiyyətin devrilməsi məsələsi olmaya da bilər. Baş verən hadisələr mütləq qlobal strategiyalar kontekstdə təhlil olunmalıdır. Yalnız bu halda yaşananlardan adekvat və doğru geosiyasi dərslər çıxarda bilərik. Sosial şəbəkələrdə tirajlanan videolara hətta adi istifadəçi gözü ilə baxan zaman biz iqtisadi narazıçılıqdan daha çox ideoloji müstəvidə olan üsyanı görə bilirik.
Əsasən gənclər vasitəsilə təşkil olunan qarışıqlıqlarda və orada səsləndirilən şüarlarda biz emosional etirazların kökündə daha çox ideoloji və mədəni amillərin dayandığını görə bilirik. Yalnız ideoloji “böhran” fərdi etirazları kütləvi tendensiyaya çevirə bilər. Bu mənada “iqtisadi amil”, sadəcə, konkret bir narazılığı kütləvi üsyana qədər transfer edən siyasi texnologiyadır. Dövlətin beyin mərkəzlərinin mütləq nəzərə alacağı önəmli amil budur.
N.Bonopartın yuxarıda qeyd olunan sözlərinə bir daha qayıdaraq, 2024-cü ilin 23 aprel tarixində ADA Universitetində keçirilmiş “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu zamanı Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş fikirləri yada salaq: “Qonşuluğa gəldikdə, bu, bizim coğrafiyamızdır, biz bu coğrafiyada yaşamağa öyrəşmişik. Bəlkə də Avropadan gələnlər üçün bu, çox riskli görünə bilər, amma bu, bizim həyatımızdır, biz onu dəyişə bilmərik. Beləliklə, biz bu coğrafiyada yaşamağa, təhlükəsizliyimizi, dövlətçiliyimizi, həyat tərzimizi qorumağa öyrəşmişik...” Bəli, bu cür fikirləri açıq şəkildə səsləndirmək üçün xalqın dəstəyinə arxayınlıq və dönməz siyasi iradə tələb olunur. Biz isə cəmiyyət olaraq bu həqiqətləri bilməliyik, habelə öz vətəndaş məsuliyyətimizi dərindən dərk edərək ayıq-sayıqlığımızı daim qorumalıyıq”, - deyə Asif Adil vurğulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20

