Barak Obama: İlham Əliyevlə sıx əməkdaşlığımızın davam etdirilməsini səbirsizliklə gözləyirəm
08.11.2013 [09:30]
ABŞ Azərbaycanı öz strateji tərəfdaşı hesab edir və qarşıdan gələn dövrdə iki ölkə arasındakı əlaqələri daha da inkişaf etdirmək əzmindədir
Məlum olduğu kimi, 9 oktyabrda Azərbaycanda növbəti prezident seçkiləri keçirildi və dövlətimizin başçısı İlham Əliyev böyük səsçoxluğu ilə möhtəşəm qələbə qazandı. Əlbəttə ki, bu, Azərbaycan xalqının ötən 10 ildə həyata keçirilən siyasi kursa və cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlara münasibətinin ifadəsi və xalqımızın iradəsinin nümayişi idi. Eyni zamanda, Azərbaycan dövlətinin seçkilərin şəffaf, ədalətli keçirilməsi və xalqımızın iradəsini tam əks etdirməsi üçün gördüyü tədbirlər seçkilərin yüksək səviyyədə təşkilinə şərait yaratmaqla ölkəmizin demokratik dəyərlərə sadiqliyini ortaya qoydu. Ona görə də nüfuzlu beynəlxalq təşkilatlar, çoxsaylı xarici müşahidə missiyaları, ekspertlər, yerli və xarici QHT-lər 2013-cü il oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkilərini müsbət qiymətləndirdilər. Həmçinin, dünyanın aparıcı dövlətlərinin liderləri Azərbaycan Prezidentinə təbrik məktubları ünvanlayaraq, xalqımızın iradəsi ilə hesablaşdıqlarını və ölkəmizdə demokratiyanın inkişafı, ölkəmizin beynəlxalq norma və pinsiplərə sadiqliyinə münasibətlərini göstərdilər. Son olaraq isə Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayaraq, həm dövlətimizin başçısını növbəti dəfə bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib, həm də ölkəmizlə münasibətlərin perspektivləri, Azərbaycanın Birləşmiş Ştatlar üçün əhəmiyyəti və beynəlxalq aləmdə rolu, iki dövlət arasında əməkdaşlıqla bağlı yüksək fikirlərini bildirib.
Sirr deyil ki, xarici dövlətlərlə bərabərhüquqlu münasibətlərin formalaşması, yaranmış münbit zəmin üzərində bu əlaqələrin inkişafı Azərbaycanın xarici siyasət strategiyasında mühüm prioritetlərdir. Ölkəmizin ABŞ-la münasibətləri də bu kriteriyalara söykənir. Bu gün ABŞ Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, tərəflər arasında bir çox istiqamətləri əhatə edən yüksək münasibətlər mövcuddur. ABŞ Prezidenti Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrikdə də bu məqam öz əksini tapır. Birləşmiş Ştatların dövlət başçısı Prezident İlham Əliyevi təbrik edərək qeyd edib ki, ABŞ Azərbaycanı öz strateji tərəfdaşı hesab edir və qarşıdan gələn dövrdə iki ölkə arasındakı əlaqələri daha da inkişaf etdirmək əzmindədir. ABŞ Prezidenti öz administrasiyasının ortaq çağırışlar üzrə iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirmək siyasətinə sadiq qaldığını ifadə edib. O, xüsusi olaraq vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə iki ölkə arasında inkişaf edən əlaqələr regional sabitliyə mühüm töhfələr verib: “Strateji tərəfdaşlığımız üzrə önəmli məsələlərə dair müzakirələrimizi davam etdirməyi səbirsizliklə gözləyirəm. İyirmi ildən artıq davam edən ikitərəfli əlaqələrimiz regional sabitliyə mühüm töhfələr vermişdir. Biz bu müddət ərzində Azərbaycanın əldə etdiyi uğurlu iqtisadi və sosial tərəqqini alqışlayır və tərəfdaşlığımızın gücləndirilməsinə, eləcə də ortaq çağırışlar üzrə əməkdaşlığımızın dərinləşdirilməsinə sadiq qalırıq”.
Ümumiyyətlə, bu gün iqtisadi cəhətdən inkişaf etmiş və bölgədə azad əməkdaşlıq məkanının yaranması üçün tarazlaşdırılmış siyasət yürüdən Azərbaycanın regionda liderliyini qəbul edən Vaşinqton yaxşı anlayır ki, regional sabitlik üçün Azərbaycanın potensialından bəhrələnmək lazımdır. Buna ölkəmizin mövcud iqtisadi potensialı, geostrateji mövqeyi və siyasi qətiyyəti zəmanət verməkdədir. Eyni zamanda, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşan böyük enerji layihələri, o cümlədən, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrinin reallaşmasında Azərbaycanla ABŞ-ın uğurlu əməkdaşlığını qeyd etməmək mümkün deyil. Superdövlətin bu istiqamətdə dəstəyini davam etdirməsi bu gün digər regional layihələrin reallaşması üçün əlverişli zəmin yaradır. Sözügedən təbrik məktubunda da Prezident Barak Obama mühüm transmilli enerji layihələrinin reallaşdırılmasında, iqtisadiyyatın şaxələndirilməsində, regional sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsində və digər məsələlərin həllində Prezident İlham Əliyevlə sıx əməkdaşlıq siyasətinə sadiqliyini ifadə edib və bunun davam etdirilməsini səbirsizliklə gözlədiyini bildirib. Eyni zamanda, Barak Obama Azərbaycanın müəllifi olduğu və regionun, Avropanın enerji təhlükəsizliyinin təminatında vacib rol oynayacaq enerji layihələrinin həyata keçirilməsinə ABŞ-ın dəstəyini ifadə edib.
O da məlumdur ki, ABŞ-Azərbaycan münasibətləri müxtəlif sahələri əhatə etməklə çoxşaxəlidir. Hazırda ölkəmizdə yaradılmış əlverişli investisiya mühiti ABŞ-ın istər iri sənaye qrupları, istərsə də iş adamları tərəfindən artan sərmayə qoyuluşlarında özünü göstərir. Bu ölkədən olan iş adamlarının Azərbaycan iqtisadiyyatındakı fəaliyyəti neft-qaz sahəsi ilə bərabər, iqtisadiyyatın bir çox sahələrini əhatə edir. Bu, energetika, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, yeyinti sənayesi və digər bölmələrdə inkişaf edərək yeni sahələr üçün yol açmaqdadır. ABŞ coğrafi baxımdan Azərbaycanın ən uzaq tərəfdaşlarından olsa də ölkələr arasında sıx ticarət münasibətlərinin mövcudluğu əlaqələrin yüksək olmasının göstəricisi sayıla bilər.
ABŞ-ın Azərbaycanla münasibətlərə verdiyi önəm bu ölkənin Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində oynadığı roldan da aydın sezilir. Bu problemin tənzimlənməsində həmişə aktiv iştirakı ilə seçilən və rəsmi Vaşinqton mövqeyini bəyan edərkən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və sərhədlərin dəyişilməsinin qeyri-mümkünlüyünü vurğulayır. Birləşmiş Ştatlar münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Çünki baş verə biləcək müharibə regional təhlükəsizliyə zərbə ola bilər.
Ümumiyyətlə, ABŞ Azərbaycanın sülhpərvər mövqeyini alqışlayaraq ölkəmizin dünyada sabitliyin və təhlükəsizliyin təmin olunmasında fəallığını həmişə xüsusi vurğulayır. Elə Prezident Barak Obama da Azərbaycanın regionda və dünyada sülh və sabitliyin təmin olunmasına, beynəlxalq terrorizmə qarşı mübarizəyə töhfəsini xüsusi qeyd edərək dəyərləndirib: “Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası bir sıra məsələlər üzrə həm ikitərəfli şəkildə, həm də son zamanlarda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında yaxından əməkdaşlıq edir. Biz, Əfqanıstanda tərəfdaşlığınızı və terrorizmlə mübarizə sahəsində birgə əməkdaşlığımızı dəyərləndiririk”.
Əlbəttə ki, Azərbaycanla ABŞ arasında əlaqələrin mövcud vəziyyəti gələcəkdə bu əməkdaşlığın daha da dərinləşəcəyinə inam yaradır. “İlham Əliyevlə sıx əməkdaşlığımızın davam etdirilməsini səbirsizliklə gözləyirəm”, - deyən Prezident Obama da iki ölkə arasında əməkdaşlıq və tərəfdaşlığın tam potensialına nail olmaq məqsədilə, habelə Azərbaycanın uzunmüddətli sabitliyi və inkişafının təmin edilməsi üçün demokratik proseslərin daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib. Hər iki ölkənin əməkdaşlığın bütün sahələrində birgə mövqe nümayiş etdirməsi və əlaqələrin gələcək inkişafı üçün baza yaradan siyasi qərarlar qəbul etməsi Azərbaycan-ABŞ müttəfiqliyinin uzunmüddətli və davamlı olacağını şərtləndirir. Bu isə nəticə etibarilə onu deməyə əsas verir ki, ABŞ Azərbaycanı öz strateji tərəfdaşı hesab edir və qarşıdan gələn dövrdə iki ölkə arasındakı əlaqələri daha da inkişaf etdirmək əzmindədir.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

