Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan və Pakistan XİN başçıları Yaxın Şərqdə artan gərginliyi müzakirə etdilər

Azərbaycan və Pakistan XİN başçıları Yaxın Şərqdə artan gərginliyi müzakirə etdilər

03.03.2026 [12:31]

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, nazirlər Yaxın Şərq regionunda müşahidə olunan hərbi eskalasiya və artan gərginliklə bağlı fikir mübadiləsi aparıblar.

Mövcud vəziyyətin regional və qlobal təhlükəsizliyə təsiri vurğulanaraq, humanitar hüquqa riayət edilməsinin, mülki əhalinin və obyektlərin qorunmasının, məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında, dialoq və diplomatik vasitələrlə həllinin vacibliyi qeyd edilib. Pakistan tərəfi, eyni zamanda, Pakistan–Əfqanıstan sərhədində baş vermiş toqquşmalarla bağlı mövcud vəziyyət barədə məlumat verib.

Telefon danışığı zamanı, həmçinin Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və gələcək inkişaf perspektivləri də müzakirə edilib.

Paylaş:
Baxılıb: 761 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30