AZƏRBAYCAN RƏHBƏRLİYİNƏ VƏ SİYASİ QURUMLARINA QARŞI TƏNQİDLƏR BÖHTANDIR
13.03.2026 [10:43]
Türkiyə və Azərbaycan xalqları bir ailədir.
Ailənin böyüklərini tənqid etmək nə etik, nə də doğrudur. Ailənin böyüklərinə ünvanlanan tənqidlər düşmənlərimizi sevindirir.
Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın mövcud səviyyəsi məmnuniyyətlə qarşılanır, bundan məmnunluq və qürur duyulur.
Can Azərbaycanın torpaqları 30 il işğal altında qalmış, həmin dövrdə Azərbaycanın yanında yalnız Türkiyə olmuşdur. Qonşu İranın 30 illik işğal müddətində işğalçı Ermənistanla siyasi, iqtisadi və hərbi əlaqələri davam etmişdir. İşğal dövründə heç bir ərəb və ya müsəlman ölkəsi Azərbaycanı dəstəkləməmişdir.
Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə vəfatından sonra Prezident seçilən Zati-aliləri cənab İlham Əliyev atasının qaldığı yerdən Türkiyə ilə münasibətlərini davam etdirmişdir. Belə ki, o, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilən Bakı-Tbilisi-Ceyhan xam neft kəmərinin tamamlanmasını təmin etmiş və 2006-cı ildə açılışını etmişdir.
“Əsrin Müqaviləsi”ndən başqa, Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri, TANAP (Trans-Anadolu Təbii Qaz Kəməri), PETKIM müəssisələrinin alınması, STAR və PETLIM kimi meqalayihələri Türkiyədə həyata keçirmişdir. Beləliklə, milyonlarla Türkiyə vətəndaşı üçün iş yeri təmin etmişdir.
Prezident İlham Əliyev Qarabağ məsələsində diplomatiyaya üstünlük və fürsət vermiş, məsələnin diplomatik yollarla həll olunmasını istəmişdir. Lakin bunun qeyri-mümkünlüyünü görərək 44 günlük Vətən Müharibəsinə başlamış və 30 ildir işğal altında olan əraziləri azad etmişdir. Bununla beynəlxalq ədaləti bərpa etmişdir.
Prezident İlham Əliyev Vətən Müharibəsindən əvvəl neft və təbii qazdan əldə edilən gəlirin bir hissəsini infrastrukturun təkmilləşdirilməsinə ayırmış, qalan hissəsindən isə müasir silahlarla təchiz olunmuş və güclü vətənpərvərlik hissi aşılanmış, təlim keçmiş bir ordu yaratmaq üçün istifadə etmişdir. Qurduğu güclü ordu və ən müasir silahlar sayəsində 10 noyabr 2020-ci il tarixdə, 44 gündə 30 illik işğala son vermişdir. Beləliklə, ölkə ərazisini 20% genişləndirən Prezident İlham Əliyevin rəhbərliyi altında son beş ildə Qarabağda yeni müasir magistral yollar, körpülər, tunellər, yaşayış binaları və hava limanlarının tikintisi ilə Qarabağ cənnətə çevrilmiş, Şuşa və Xankəndi çoxsaylı beynəlxalq konfranslara ev sahibliyi etmişdir.
Yenilənmiş infrastrukturu və nüfuzlu binaları ilə Bakı regionda müasir bir cazibə mərkəzinə çevrilmişdir. Azərbaycan dörd il Qoşulmama Hərəkatına sədrlik edərək ölməkdə olan bir təşkilatı dirçəltmişdir. Qısa 8 ay ərzində COP-29 İqlim Dəyişikliyi Zirvə Toplantısını təşkil etmiş, qeyd olunan Zirvədə 70 dövlət və hökumət başçısı iştirak etmiş, tədbiri 80.000 insan izləmişdir. Azərbaycan həmçinin Türk Dövlətləri Təşkilatının Zirvə Toplantılarına ev sahibliyi etmiş və Türk Dövlətləri Təşkilatına əhəmiyyətli töhfələr vermişdir. Azərbaycan 2008-ci ildə Bakıda yaradılan Türk Parlament Assambleyasına, 2015-ci ildə yaradılan Türk Mədəni İrsi Fonduna ev sahibliyi edir.
Azərbaycana gələn qonaqlar Azərbaycan xalqının qonaqpərvərliyindən və ölkənin inkişaf səviyyəsindən xoş təəssüratla ayrılırlar.
Biz türk xalqları olaraq, Azərbaycanın hər cəhətdən inkişafı ilə fəxr edirik.
Dem Partiyasından olan Kocaeli millət vəkili Ömer Faruk Gergerlioğlunun Azərbaycan rəhbərliyinə və siyasi qurumlarına qarşı verdiyi açıqlamaları qətiyyətlə pisləyirəm. Bu açıqlamaların yersiz, əsassız və böhtan xarakterli olduğunu vurğulamaq istəyirəm. Cənab Gergerlioğlu öz məsuliyyətini dərk etmir.
Bu çərçivədə, “bir millət” anlayışına əsaslanaraq, Türkiyə Böyük Millət Məclisinin hər bir üzvü, siyasi partiya mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Parlamentinin üzvü kimi məsuliyyət daşımalıdır. Eynilə, Azərbaycan Respublikası Milli Məclisinin üzvü də Türkiyə parlamentinin üzvü ilə eyni məsuliyyətləri daşıyır.
Cənab Gergerlioğlunun Azərbaycanı sevməyənlərin ve müxalif qüvvələrin ifadələrinə oxşayan açıqlamaları təəssüf doğurur, yersizdir və bu şəxsin Azərbaycandan və Azərbaycan rəhbərliyinin göstərdiyi davamlı xidmətlərdən xəbərsiz olduğu məlum olur.
Cənab Gergerlioğlu bunu bilməlidir: Türk və Azərbaycan xalqları bir ailədir. Bir ailənin əsas adət-ənənələrinə görə, ailənin böyüklərini, haqlı və ya haqsız, tənqid etmək nə etik, nə də doğrudur. Çünki bu cür tənqid ailəni sevməyənləri və onun düşmənlərini məmnun edir.
Xəzər dənizindən Ceyhana axan Azərbaycana aid xam nefti hansı ölkəyə satacağına dair qərar Azərbaycana məxsusdur. Azərbaycan müstəqil, suveren bir ölkədir. Buna görə də, Azərbaycan rəhbərliyi öz dövlətinin və xalqının iqtisadi və kommersiya maraqlarını nəzərə almaq hüququna malikdir. Məlumdur ki, Azərbaycan qonşuları və digər region ölkələri ilə son dərəcə balanslı münasibətlər saxlayır.
Prezident cənab Əliyevə, Türk dövlətlərinin dövlət və hökümət başçıları başda olmaqla, Avropa, Asiya, Uzaq Şərq, Latın Amerika ölkələri, eləcə də ABŞ, Kanada dövlət/hökümət başçıları tərəfindən sevilir, ona böyük hörmət bəslənir və dostluğu yüksək qiymətləndirilir.
Nəticə olaraq, Azərbaycan və digər türk dövlətlərinin rəhbərlərini və qurumlarını tənqid edərkən ailə anlayışı, sağlam düşüncə və məsuliyyət hissi ilə hərəkət etməli, rəhbərlərimizə və ölkələrimizə qarşı qərəzli münasibət bəsləyənləri sevindirməkdən çəkinməliyik.
“Nə mutlu Türkəm deyənə!”
Hulusi Kılıç
Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı sabiq səfiri
İMZA İB Türkiyə Nümayəndəsi
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin üzvü
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31

