Ölkəmiz müstəmləkəçiliyə qarşı...
01.04.2026 [11:35]
BMT-də “Transatlantik qul ticarətinə dair qətnamə”nin qəbul edilməsi dəstəklənir
BMT Baş Assambleyası martın 25-də “Transatlantik qul ticarətinə dair qətnamə” qəbul edib. Təşkilatın Baş katibi Antonio Quterreş isə Beynəlxalq Köləlik və Transatlantik Kölə Ticarəti Qurbanlarının Anım Günü münasibətilə dünya ictimaiyyətinə müraciət ünvanlayıb.
Quterreş: İrqi fərqin yalan hekayəsini rədd etməyə çalışırıq
“Bu gün biz heyrətamiz bir cinayətin qurbanlarını - Afrikada ailələrindən və icmalarından oğurlanan milyonlarla insanın xatirəsini yad edirik. Onlar Atlantik okeanının o tayında insan alverinə məruz qalıblar. Onların əksəriyyəti Amerikada kölə vəziyyətində yaşayıb. Milyonlarla insan köləlikdə doğulub, əməyi üçün vəhşicəsinə istismar olunub və təməl insan haqlarından məhrum edilib. Biz onların dözümlülüyünü və açıq müqavimətlə müşayiət olunan cəsarətli hərəkətlərini hörmətlə anırıq”-, deyən Baş katib qeyd edib ki, bu qlobal nizam artıq 400 ildən çoxdur ki, hökm sürür və hətta indi də davam edir. Onun sözlərinə görə, bu hallar çirkli köləliklə formalaşan və zənginləşdirilmiş sistemlərdə və qurumlarda mövcuddur. Keçmiş ədalətsizliklərə əsaslanan sosial və iqtisadi bərabərsizliklər mədəniyyətimizə hopmuş və hamımıza təsir edən qərəzlərdə özünü göstərir. “Bu Beynəlxalq Köləlik və Transatlantik Kölə Ticarətinin Qurbanlarını Anma Günündə biz bu miraslarla üzləşməli oluruq. İrqi fərqin yalan hekayəsini və ağ irqin üstünlüyünün çirkin yalanını rədd etməyə çalışırıq. İrqçiliyi internetdə, mediada, məktəblərdə, iş yerlərində, siyasətdə və özümüzdə dağıtmaqla məşğuluq, həm də bunu həqiqət, ədalət və bərpa naminə çalışaraq həyata keçiririk. Bəzi hökumətlərin köləliyin nəticələrini aradan qaldırmaq üçün ilkin addımlarını alqışlayıram. Lakin daha çox üzv dövlət tərəfindən bundan da cəsarətli tədbirlər görülməlidir”, -deyə BMT-nin Baş katibi vurğulayıb.
Quterreş Afrika ölkələrinin öz resurslarına sahibliyinə hörmət etmək öhdəlikləri də daxil olmaqla afrikalıların hüquqlarına daha diqqətlə yanaşmağa çağırıb: “Onların qlobal maliyyə arxitekturasında və BMT Təhlükəsizlik Şurasında bərabər iştirakını və təsirini təmin etmək üçün addımlar atılmalıdır. Birlikdə bütün insanların ləyaqətlə yaşadığı və inkişaf etdiyi bir dünyaya sadiq qalaq”.
Azərbaycan köləliklə mübarizə aparan xalqların yanındadır
Azərbaycan da hər zaman dünyada müstəmləkəçiliyə, köləliyə və neokolonialmzmə qarşı mübarizə aparır. Ölkəmiz bundan əziyyət çəkən xalqlara dəstəyini ifadə edir. Yəni, Azərbaycan sülhü tərənnüm edən bir dövlət kimi müstəmləkəçilikdən azad olmaq uğrunda mübarizəni həmişə müdafiə edib. Ölkəmiz Qoşulmama Hərəkatının sədri qismində müstəmləkəçiliyə qarşı mübarizədə qlobal platforma kimi yeni müstəmləkəçi və neokolonial təcrübələrə qarşı mübarizədə öz prinsipial mövqeyini ortaya qoyub. Ölkəmizin müstəmləkəçiliyə qarşı barışmaz münasibəti bundan sonra da birmənalı olaraq davam edəcək. Bakı Təşəbbüs Qrupunun (BTQ) yaradılması da bu məqsədə xidmət edir.
Yeri gəlmişkən, Bakı Təşəbbüs Qrupu BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş “Transatlantik qul ticarətinə dair qətnamə”yə dair açıqlama yayıb. BTQ BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş transatlantik qul ticarətini “bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayət” kimi tanıyan qətnaməni tam dəstəklədiyini bəyan edib. Müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda mübarizəsinə dəstək verməyi özünün əsas missiyalarından biri hesab edən Bakı Təşəbbüs Qrupu qəbul olunmuş bu qətnaməni Afrika mənşəli xalqlara qarşı yüz illərdir davam edən müstəmləkəçi ayrı-seçkiliyin və tarixi ədalətsizliyin aradan qaldırılması istiqamətində irəliyə doğru atılmış mühüm addım hesab edir.
Transatlantik qul ticarəti müstəmləkəçilik sisteminin ən amansız ifadəsi olmaqla milyonlarla insanı zorla kölə halına salıb, eyni zamanda bu xalqları iqtisadi, mədəni və sosial inkişafdan məhrum edib. Həmin ağır mirasın nəticələri bu gün də davam etməkdədir. BTQ reparasiya məsələsini maliyyə kompensasiyası olmaqla yanaşı, daha geniş ədalət anlayışının ayrılmaz hissəsi kimi dəyərləndirir, rəsmi üzrxahlıq, müstəmləkə dövründə talan edilmiş mədəni irs nümunələrinin geri qaytarılması, təhsil və ianə fondlarının yaradılması və bu cür cinayətlərin bir daha təkrarlanmamasına zəmanət verən beynəlxalq mexanizmlərin formalaşdırılması məsələsini dəfələrlə qaldırıb.
BTQ beynəlxalq platformalarda afrikalıların hüquqlarını dəstəkləyir
Təşkilat Afrika mənşəli xalqların üzləşdiyi ədalətsizlikləri beynəlxalq platformalarda ardıcıl olaraq gündəmə gətirib və bu xüsusda 2024-cü ilin dekabrında və 2025-ci ilin aprelində BMT-nin Baş Qərargahında “Afrika əsilli xalqların hüquqları üzrə işçi qrupunun 35-ci sessiyası”nda və “Afrika əsilli şəxslərin Daimi Forumunun 4-cü sessiyası”nda fəal iştirak edib. BTQ həmin sessiyalarda neokolonializmin aradan qaldırılması və müstəmləkəçiliyə məruz qalmış ərazilərdə Afrika əsilli xalqların hüquqlarının müdafiəsi məsələlərini bir daha gündəmə gətirib.
Həmçinin, müstəmləkə altında hələ də yaşayan afrika mənşəli xalqlarla bağlı çoxsaylı hesabatlar dərc olunub, görülən işlər barədə hesabat BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına təqdim edilib. BMT Baş Katibinin hesabatında Bakı Təşəbbüs Qrupuna istinad edilməsi isə təşkilatın beynəlxalq etimada malik tərəfdaş kimi tanındığını və müstəmləkəçiliyə məruz qalan xalqların səsini dünyaya çatdırmaqda mühüm platforma rolunu oynadığını təsdiq edir.
Bakı Təşəbbüs Qrupu BMT-yə üzv dövlətləri bu qətnamədən irəli gələn müddəaları praktiki addımlarla həyata keçirməyə, reparasiya üzrə dialoqu dərinləşdirməyə və tarixi ədalətin bərqərar edilməsi istiqamətində konkret öhdəliklər götürməyə çağırıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Gündəm
22 Aprel 16:28
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30

