ASAN Könüllüləri Gənclər Təşkilatının I qurultayı keçirilib
20.12.2013 [09:36]
Dekabrın 19-da Bakı Biznes Mərkəzində ASAN Könüllüləri Gənclər Təşkilatının I qurultayı keçirilib.
AzərTAc xəbər verir ki, qurultayın açılış mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək deyib ki, bu gün “ASAN xidmət” növbəti təşəbbüsə imza atır. Bu tədbir gənclərin dövlət idarəçiliyində iştirakının bariz nümunəsidir. Artıq bir ildir ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərir. İndiyədək mərkəzlərə 880 minədək insan müraciət edib və yüksək standartlara cavab verən müxtəlif xidmətlərdən yararlanıb. “ASAN xidmət” konsepsiyası çox qısa müddətdə özünü doğruldub. Bunu həmin mərkəzin xidmətlərindən istifadə edən ölkə vətəndaşlarının rəyləri də göstərir.
Şöbə müdiri bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə ötən il Bakıda üç, Sumqayıtda bir “ASAN xidmət” mərkəzi istifadəyə verilib. Gələn il bölgələrdə daha 5 “ASAN xidmət” mərkəzi açmağı planlaşdırırıq. Yaxın günlərdə isə Gəncə şəhərində yeni xidmət mərkəzi fəaliyyətə başlayacaq. “ASAN xidmət” mərkəzlərinin olmadığı regionların sakinləri səyyar xidmətlərdən yararlanıblar. Xüsusi avadanlıqla təchiz olunmuş səyyar avtobuslar 37 rayonu əhatə etməklə 60 mindən çox vətəndaşa səyyar xidmət göstərib. Xidmətlərin həyata keçirilməsində ən müasir texnologiyalardan istifadə edilib.
Fuad Ələsgərov qeyd edib ki, “ASAN xidmət” müasir innovativ konsepsiya kimi bir sıra dövlətlərin və beynəlxalq təşkilatların diqqətini cəlb edib. Prezident İlham Əliyevin dediyi kimi, “ASAN xidmət” xalqa xidmət sahəsində Azərbaycan brendinə çevrilib.
Diqqətə çatdırılıb ki, “ASAN xidmət” dövlət qulluğuna daha bir yenilik gətirib. Bu da elə ilk gündən dövlət orqanlarının fəaliyyətinə könüllülərin cəlb edilməsidir. Könüllülər “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinə müasir dünyagörüşləri ilə müsbət enerji və töhfələrini veriblər. Digər tərəfdən isə, gələcəyini dövlət qulluğu ilə bağlamaq istəyən hər kəs təcrübə əldə etmək imkanı qazanıb.
Bildirilib ki, “ASAN xidmət” mərkəzlərində minə yaxın könüllü xidmət göstərir. Bu gün həmin könüllülər birləşərək ASAN Könüllüləri Gənclər Təşkilatının əsasını qoyurlar.
Prezident Administrasiyasının rəsmisi ASAN könüllülərinin IDEA, YARAT kimi humanist dəyərləri təbliğ edən təşkilatların bir sıra tədbirlərinin həyata keçirilməsində də iştirak etdiklərini vurğulayıb. Bildirilib ki, onlar, həmçinin Gənclər Təşkilatları Milli Şurası, “İRƏLİ” təşkilatı ilə sıx əməkdaşlıq edirlər. Bundan başqa, “AİESEC” beynəlxalq tələbə təşkilatı, Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA), Avropa Tələbələr Forumu (AEGEE), Avropa Gənclər Parlamenti və digər beynəlxalq qurumlarla tərəfdaşlıq barədə razılıq əldə olunub.
Azərbaycanın bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini xatırladan Fuad Ələsgərov 2015-ci ildə ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları ilə bağlı proseslərə ASAN könüllülərinin də qoşulmalarının əhəmiyyətli olacağını bildirib. Şöbə müdiri əlavə edib ki, ASAN könüllülərinin qazandığı təcrübə onların belə tarixi əhəmiyyətli bir tədbirdə də könüllü qismində yaxından iştirak etmələrinə imkan verir. Prezident Administrasiyasının rəsmisi əmin olduğunu bildirib ki, ASAN könüllüləri öz fəaliyyətləri ilə onlara göstərilən etimadı doğruldacaqlar.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov informasiya-kommunikasiya texnologiyalarının inkişafı kontekstində gənclərin cəmiyyətdə rolundan danışıb. Bildirilib ki, qarşıya qoyulan hədəflərə çatmaq gənclərin təşəbbüskarlığından, bilik səviyyəsindən, əzmkarlığından, Vətənə verəcəyi töhfələrdən çox asılıdır.
“Biz artıq iri addımlarla bilik cəmiyyətinə doğru gedirik, ölkəmizdə kosmik sənaye qurulmuşdur, İKT-dən əldə edilən gəlirlər ildən-ilə artır”, - deyən şöbə müdiri bildirib ki, yaxşı təhsil almış, savadlı, müasir dünyagörüşlü, vətənpərvər, milli köklərə bağlı, şəxsi keyfiyyətləri yüksək olan gənc peşəkarlar yeni dövrün əsas inkişaf lokomotivi sayılırlar.
Elnur Aslanov vurğulayıb ki, son illər dövlət qulluğuna qəbul olunanların böyük əksəriyyəti gənclərdir. Sevindiricidir ki, Azərbaycan gənci öz dövlətinə xidmət etməyə, onun inkişafına töhfələr verməyə can atır.
Diqqətə çatdırılıb ki, bu gün istedadlı gənclərə dövlət sifarişi vardır. Dövlət sifarişi əsasında müxtəlif ixtisaslar üzrə hətta tam ödənişli ali təhsil müəssisələrində də pulsuz oxumaq şansı mövcuddur.
Azərbaycanda gənclərə göstərilən diqqət və qayğıdan danışan Elnur Aslanov deyib ki, ölkəmizin müxtəlif bölgələrində Gənclər evləri açılır, komplekslər yaradılır. İlk dəfə olaraq gənclər üçün Prezident mükafatı təsis olunub. Əlbəttə, bütün bunlar böyük stimul olmaqla yanaşı, həm də gənclərə etimaddır.
Şöbə müdiri deyib: “İndi gündəlik internetdən istifadə etməyən, sosial şəbəkələrdə olmayan gənc tapmaq çətindir. Son statistik rəqəmlərə görə, hazırda “Facebook”da 1 milyon 200 mindən çox, “Tvitter”də on minlərlə azərbaycanlı istifadəçi qeydiyyatdan keçmişdir. Əgər 2000-ci ildə dünya əhalisinin 360 milyon nəfəri internet istifadəçisi idisə, bu rəqəm 2005-ci ildə 1 milyard nəfərə, 2010-cu ildə 2 milyard nəfərə çatmışdır. Hazırda isə dünyada 3 milyarddan çox insan internet istifadəçisidir. Proqnozlara görə, 2020-ci ilə qədər bu rəqəm 5 milyarda çatacaqdır”.
Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, bu gün Azərbaycanda dövlət siyasətinin mərkəzində vətəndaş, ona xidmət dayanır. Azərbaycan dövlətinin və xalqının milli maraqları hər şeydən üstün tutulur. Gənclər də milli maraqların müdafiəsi üçün hər cür fədakarlığa hazır olmalıdırlar. Azərbaycan Prezidenti gənclərlə görüşlərində hər dəfə dediyi kimi, biz xoşbəxtik ki, müstəqil, güclü, özünü təmin edə bilən və inkişafda olan dövlətdə yaşayırıq. Müstəqilliyimizin qədrini bilməliyik, onu daha da möhkəmləndirməliyik.
Elnur Aslanov deyib: “Biz gənclərə böyük ümidlərlə və gələcək həmkarlar kimi baxırıq. İnanırıq ki, siz bundan sonra da gözəl təşəbbüslərə imza atacaqsınız, fəallığınızı daha da artıracaqsınız, harada olmağınızdan asılı olmayaraq Azərbaycanın haqq səsinə çevriləcəksiniz”.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxışında “ASAN xidmət” mərkəzlərinin fəaliyyətindən danışıb.
İ.Kərimov deyib ki, qısa müddətdə yaranmasına baxmayaraq, “ASAN xidmət” mərkəzləri uğurla fəaliyyət göstərir. Xalqa daha yaxın və əlçatan olması üçün səyyar avtobuslar vasitəsilə 30-dan çox rayon üzrə vətəndaşlara xidmət göstərilir. Bu günlərdə Gəncədə açılacaq mərkəz təkcə bu şəhərin deyil, həmçinin ətraf rayonların əhalisinə də xidmət edəcək.
“ASAN xidmət” və xalqa xidmət vahid bir vəhdət təşkil edir”, - deyən sədr bildirib ki, bu deviz vətəndaşlara keyfiyyətli, operativ xidmətlərin göstərilməsini, onların məmnunluğunun təmin edilməsini, vətəndaş-məmur münasibətlərində yeni yanaşmanı ehtiva edir.
Bildirilib ki, “ASAN xidmət”in əldə etdiyi bu nailiyyətlər dövlətimizin başçısı İlham Əliyevin daimi dəstəyi və qayğısı ilə bağlıdır. Azərbaycan Prezidentinin dediyi kimi, dövlətimizin ən ali məramı xidmətlərin göstərilməsində vətəndaş məmnunluğunun təmin edilməsidir. “ASAN xidmət”in fəaliyyət fəlsəfəsinin mərkəzində də məhz elə vətəndaş məmnunluğu durur. Mərkəzlərdə qurulmuş qabaqcıl infrastruktur məhz bu missiyaya xidmət edir.
Diqqətə çatdırılıb ki, “ASAN xidmət” fəaliyyətə başladığı ilk gündən öz işinə könüllüləri cəlb edib. Bu fəaliyyət, həmçinin onlara ilkin əmək vərdişləri, gənc kollektivdə çalışmaq, dövlət orqanının işi ilə yaxından tanış olmaq şəraiti yaradır. Könüllülər artıq ASAN ailəsinin ayrılmaz tərkib hissəsinə çevriliblər.
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev birinci Avropa Oyunlarının keçirilməsində könüllülərin rolu mövzusunda çıxış edib. Bildirilib ki, son illər Azərbaycanda keçirilmiş mötəbər tədbirlər ölkəmizdə gənc könüllülər ordusunun formalaşmasına təsirini göstərib. Artıq fəxrlə deyə bilərik ki, bu gün MDB məkanındakı bir sıra ölkələrdə gənclərlə bağlı keçirilən tədbirlərdə Azərbaycan gənclərinin təşkilatçılıq təcrübəsindən istifadə olunur. Azərbaycan könüllülərlə bağlı qanun qəbul edən ilk ölkələrdəndir. “Azərbaycan Gəncliyi” Dövlət Proqramında da ölkəmizdə könüllülər hərəkatının stimullaşdırılması ilə bağlı xüsusi bənd var.
İ.Babayev qeyd edib ki, Gənclər və İdman Nazirliyi də könüllülərin fəaliyyətinə xüsusi önəm verir. 2012-ci ildə Bakıda keçirilmiş “Eurovision” mahnı müsabiqəsinə 1400-ə yaxın könüllü cəlb olunub. O, əmin olduğunu bildirib ki, 2015-ci ildə ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarının təşkilati işlərində könüllülər də fəal iştirak edəcəklər.
Milli Məclisin deputatı Ceyhun Osmanlı gənclərin karyera inkişafında könüllülük fəaliyyətinin rolundan danışıb. O deyib ki, adətən təşkilatlar yaranır, sonra onların fəaliyyətinə qiymət verilir. Bu gün I qurultayı keçirilən ASAN Könüllüləri Gənclər Təşkilatının fəaliyyətinin qiyməti isə yaranmamışdan əvvəl verilib.
Vurğulanıb ki, “ASAN xidmət” mərkəzləri qısa zamanda vətəndaşlara dövlət xidmətlərini daha rahat, yeni və innovativ üsullarla təqdim etməklə vətəndaş məmnunluğuna nail olublar.
Sonra ASAN Könüllüləri Gənclər Təşkilatının sədri Fərid Sadıxlı və qurumun baş katibi Vəfa Qubadova təqdimatla çıxış ediblər.
Sonda ASAN könüllülərinə “ASAN imza”ları təqdim olunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30

