Binəqədi rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
30.12.2013 [09:14]
Xaləddin İsgəndərov: Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların vahid məqsəd ətrafında birləşdirilməsi istiqamətində mühüm işlər görülüb
Dekabrın 28-də “Hollivud” şadlıq sarayında Binəqədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib. Millət vəkillərinin, rayonun idarə və müəssisə rəhbərlərinin, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə öncə 2013-cü il ərzində Binəqədi rayonunda aparılan abadlıq-quruculuq işləri, həmçinin, sosial-iqtisadi, təhsil, səhiyyə, mədəniyyət sahələrində görülmüş işlər haqqında məlumat verilib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində, iqtisadiyyatımız inkişaf edib, Dövlət proqramları icra edilib, ümumilikdə, 2013-cü ildə ölkə qarşısında duran bütün vəzifələr, şərəflə yerinə yetirilib.
Çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bu gün dünyanın müxtəlif ölkələrində soydaşlarımızın sevinclə qeyd etdikləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsasının 22 il əvvəl Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul olunmuş qərarla qoyulduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, böyük dövlətçilik təcrübəsinə malik olan Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların vahid məqsəd ətrafında birləşdirilməsi istiqamətində mühüm işlər görülüb. Məhz Ulu öndərin titanik fəaliyyəti nəticəsində xalqımızı bir araya gətirmək mümkün olub. Bu sahədə böyük siyasi iradə nümayiş etdirən Ulu öndər Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtdığı ilk günlərdən etibarən xaricdə Azərbaycan diasporunun formalaşdırılması və təşkilatlanması istiqamətində fəal iş aparıb. Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi bu sahədə xüsusi dönüş nöqtəsi kimi tarixə düşüb.
Xaləddin İsgəndərov onu da bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasətinin davamçısı kimi xaricdə yaşayan həmvətənlərimizin, habelə onların türk diasporları ilə birgə fəaliyyətinin gücləndirilməsinə böyük əhəmiyyət verir.
Sonra rayonun sosial-iqtisadi inkişafında, ictimai həyatında fəal rol oynayan bir qrup şəxs fəxri fərmanlarla mükafatlandırılıb. Tədbir incəsənət ustalarının çıxışları ilə davam etdirilib.
Onu da qeyd edək ki, Binəqədi rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ilə əlaqədar olaraq silsilə tədbirlər davam etdirilir. Belə ki, bu günlərdə ümumilikdə 700-ə yaxın ailəyə Yeni il sovqatı verilib.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42

