Ötən ilin yekunları müzakirə edilib
15.01.2014 [09:28]
Səbail rayon İcra Hakimiyyətinin rayonun mərkəzini əhatə edən 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2013-cü ilin yekunları ilə bağlı tədbir keçirib.
Tədbirdə bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq 2012-ci ilin sonunda Səbail rayonunda icra hakimiyyəti başçısının 1 və 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri yaradılıb.
Hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Anar Həsənli vurğulayıb ki, Səbail rayon İcra Hakimiyyəti tərəfindən Şəhidlər xiyabanı kompleksinin ərazisində inşa edilmiş inzibati binada nümayəndəlik üçün xüsusi yer ayrılıb, hər cür avadanlıq və ləvazimatlarla təchiz olunub.
2013-cü ildə nümayəndəliyin ərazisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Milli İncəsənət Muzeyinin yeni keçid korpusunun, “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” otelinin, Neftçilər prospektində ikimərtəbəli yeraltı avtomobil dayanacağının, əsaslı təmirdən sonra Azərbaycan Dövlət Musiqili Teatrının binasının, Dağüstü parkın, Səbail rayon İcra Hakimiyyəti binasının açılış mərasimləri keçirilib.
Diqqətə çatdırılıb ki, hesabat dövründə Fəvvarələr meydanında 260 avtomobil yerlik yerüstü qaraj istifadəyə verilib, 1 nömrəli şəhər poliklinikasında, 7 nömrəli orta məktəbdə, 44 nömrəli uşaq bağçasında əsaslı təmir-yenidənqurma işləri başa çatdırılıb, 190 nömrəli orta məktəbin akt və idman zalı əsaslı təmir olunub.
Rayon icra hakimiyyəti tərəfindən Şəhidlər xiyabanı kompleksində 20 Yanvar Cəmiyyəti, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının qərargahları, həmçinin xiyabana xidmət göstərən təsərrüfat xidmətləri işçiləri üçün inzibati bina tikilib.
Qeyd olunub ki, hazırda rayonun mərkəz ərazisində “Alov qüllələri” kompleksinin və “Cənub” mehmanxanasının tikintisi, 10 çoxmərtəbəli yaşayış binalarının təmiri və üzlənməsi davam etdirilir. Həmçinin, İdman oyunları stadionunda və 2 nömrəli şəhər poliklinikasında əsaslı təmir işləri aparılır.
Ötən il nümayəndəlik tərəfindən ilk növbədə ev təsərrüfatları uçotu kitabları tərtib olunub, bu sahədə aparılan işlər nəticəsində ərazidə olan ev təsərrüfatlarının dəqiq sayı, yaşayış binaları və fərdi evlərin texniki vəziyyəti, burada yaşayanlar barədə ətraflı məlumatlar toplanıb.
Yığıncaqda çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Prezident İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə nümayəndəliyin ərazisinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli işlərdən danışıb.
Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30

