Psevdovətənpərvərlərin siyasi susqunluğu
20.03.2014 [09:57]
Və ya Abbas Abbasov, Rüstəm İbrahimbəyov, Söyün Sadıqov kimi yalançı vətənpərvərlər nə üçün siyasi təlxək Jirinovskinin cavabını verməkdən qorxurlar?
Müstəqil Azərbaycan dövləti nəinki yerləşdiyi Cənubi Qafqaz regionunda, daha böyük bir coğrafiyada iqtisadi-siyasi uğurları ilə seçilən ölkələrdən biridir. Qısa zaman kəsiyində nail olunan iqtisadi inkişaf, siyasi sabitlik, o cümlədən, xalq-hakimiyyət birliyi və ən əsası müstəqil siyasət yürütməsi Azərbaycan dövlətinin qarşısına qoyduğu mühüm inkişaf hədəflərinə çatmasında əhəmiyyətli rol oynayıb. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən də uğurla davam və inkişaf etdirilməkdədir.
Təbii ki, Azərbaycan Respublikasının əldə etdiyi bu uğurlar dostlarımızı sevindirdiyi kimi naqis düşmənlərimizi, gözügötürməyənləri də həm narahat edir, həm də aqressivləşdirir. Elə bunun nəticəsidir ki, zaman-zaman ölkəmizin suverenliyinə dil uzadan, müstəqil xarici siyasət yürütməmizi həzm edə bilməyən, iqtisadi inkişafımızı və ölkəmizdə hökm sürən demokratik ab-havanı gözü götürməyən anti-azərbaycançı qüvvələr Azərbaycan xalqını hədəfə alır. Bu cür “kimliyə” malik olan, istər Azərbaycanda, istərsə də yaşadığı və fəaliyyət göstərdiyi Rusiyada hər zaman qeyri-ciddi, hətta siyasi oyunbaz kimi “qiymətləndirilən”lərdən biri də Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskidir.
Hər zaman Azərbaycanın düşmənlərinin tərəfində ön sıralarda yer alan, ölkəmizə qarşı olan qüvvələri dəstəkləyən, ermənilərin təcavüzkar siyasətinə haqq qazandıran Jirinovski bu dəfə də xalqımıza qarşı qərəzini, nifrətini açıq şəkildə büruzə verib. O deyib ki, “Azərbaycan rus dilinə tərcümədə nə deməkdir? Azər-Xəzər dənizi, baca-yəni, yer deməkdir. Yəni, Xəzər dənizinin ətrafında yaşayanlar. Rusca xəzərlilər. Bu millət demək deyil axı. Bu həmin yerdə yaşayan insanlar deməkdir. Yəni necə ki, volqoqradlılar”.
Qeyd edək ki, Vladimir Jirinovski bir neçə gün əvvəl də qalmaqallı çıxışı ilə yadda qalmış və Dağlıq Qarabağın Rusiyaya verilməsini təklif etmişdi. Onun iddiasına görə, Dağlıq Qarabağ münaqişəsini yalnız bu yolla həll etmək mümkündür.
Ümumiyyətlə, rusiyalı siyasətçilərin belə “ruhi vəziyyəti normal olmayan birisi” kimi dəyərləndirdikləri bu şəxsin açıqlamalarına, Azərbaycan haqqındakı yalan, iftira və təhqir dolu çıxışlarına nəzər yetirdikdə onun sərsəmləmələrinin hansısa anti-azərbaycançı qüvvələrin istəyinə uyğun ortaya çıxdığı açıq şəkildə büruzə verilir. Azərbaycan xalqının və dövlətinin müstəqilliyinə, ərazi bütövlüyünə qarşı ünvanlanan bu fikirlər isə hər zaman nədənsə ermənilərin maraqlarına xidmət göstərir...
Qeyd edildiyi kimi, siyasi təlxəkliklə məşğul olan bu şəxsin ritorikası xəstə düşüncəyə söykənir. Birmənalı şəkildə beynəlxalq hüquq normalarına, dövlətlərarası münasibətlərə zidd olan bu açıqlamanın xəstə, siyasi təlxək də olsa belə Rusiyanın deputatı adlanan şəxs tərəfindən verilməsi və parlamentdə zərərli fikirlərə etiraz edilməməsi anlaşılan deyil. Axı, Rusiya parlamentində Jirinovskidən fərqli olaraq normal adamlar da təmsil olunurlar...
Abbasovun yalançı vətənpərvərliyi Jirinovskinin yalanlarının qarşısında əriyir...
Yuxarıda da qeyd etdiyimiz kimi, Jirinovski zaman-zaman Azərbaycan dövləti, ərazi bütövlüyümüz, həmçinin, xalqımız haqqında hədyan fikirlər səsləndirib. Maraqlıdır ki, Rusiyada yaşayan və “mövsümi siyasətbazlıqla” məşğul olan və bir sıra məqamlarda “azərbaycanlı” olduğunu nümayiş etdirmək üçün az qala sinəsinə yarlıq tikdirən bəzi insanlar da Jirinovskinin bu sərsəmləmələrinə cavab verməyə cürət etmirlər. Başqa vaxt özünü “vətənpərvər siyasətçi”, “nüfuzlu insan”, “Azərbaycansevər” qiyafədə təqdim etmək üçün ağzı köpüklənə-köpüklənə danışan, boğazdan yuxarı yalan pafoslarla nitq söyləyən, özünü “siyasi lider” sayan Abbas Abbasov, Rüstəm İbrahimbəyov, Söyün Sadıqovlar harada gizləniblər görəsən? Niyə bu insanların biri çıxıb Jirinovskiyə “gözün üstə qaşın var” deməyə cürət etmir?
Bəs, özünü Rusiyanın “ən nüfuzlu” şəxslərindən sayan Abbas Abbasov niyə cavab vermir ki, Azərbaycan xalqı dünyanın ən qədim və ən zəngin mədəniyyətə malik xalqlarındandır. Bu siyasi təlxəyə cavab vermək cəsarətində olmayan Abbas Abbasov kimdən qorxur? Jirinovskinin əmrini yerinə yetirdiyi ermənipərəst dairələrdənmi? Yoxsa, Abbasovun yalançı vətənpərvərliyi Jirinovskinin yalanlarının qarşısında əriyir?
Müəyyən zamanlarda özünü Azərbaycan cəmiyyətinə psevdovətənpərvər kimi sırımağa çalışan Abbas Abbasov Jirinovskinin sərsəmləmələrinə sükutla tamaşa etməklə bu xalqın üzvü olmadığını növbəti dəfə nümayiş etdirməkdədir.
Rüstəm İbrahimbəyov “azərbaycanlı” adlandırılmağa layiq olmadığını növbəti dəfə isbat edir
Ötən il keçirilən prezident seçkilərində Rusiyada fəaliyyət göstərən ermənipərəst dairələrin pulu ilə özünü Azərbaycanda “təbliğat” etdirməyə çalışan, ən sonda isə ətrafına yığdığı xəyanətkar dəstənin belə ümidlərini doğrulda bilməyən Rüstəm İbrahimbəyov niyə ağzına su alıb görəsən? Bəs harada qalıb onun “ziyalılığı”? Bəlkə, İbrahimbəyovun düşüncəsinə görə ziyalılıq və ya siyasətçilik xalqımıza qarşı edilən təhqirləri “yağ-çörək” kimi yeməkdir? Axı, özünün iddialarına görə İbrahimbəyovu Rusiyada “Oskar” mükafatçısı kimi tanıyırlar, sayıb-seçirlər. Demək ki, İbrahimbəyovun da vətənpərvərliyi yalan-palandan ötə bir şey deyilmiş. Ermənipərəstlərin pulu ilə silahlanaraq Azərbaycan xalqının iradəsinə qarşı çıxan Rüstəm İbrahimbəyov da Abbas Abbasov kimi Jirinovskinin sərsəmləməsini sükutla qarşılayır və bununla da növbəti dəfə “azərbaycanlı” adlandırılmağa layiq birisinin olmadığını isbat edir. Qorxusundan sarısını udaraq siyasi təlxəyin cavabını vermək iqtidarında olmayan birisi azərbaycanlı adını daşımağa mənəvi haqqı çatmır. Onun da sükutu bir şeyi ortaya çıxarır- yalançı vətənpərvərliyi siyasətbazlıq üçün lazım imiş.
Azərbaycan xalqının haqqının tapdandığı, təhqir edildiyi yerdə başını pencəyinin qoltuğuna soxaraq özünü karlığa vuran Söyün Sadıqov Azərbaycan xalqının adından istifadə edərək yediyi pullardan utanırmı?
Analoji fikirlər “Rusiya Azərbaycanlıları” Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”) prezidenti Söyün Sadıqova da şamil edilməlidir. Özünü “siyasətçi” adlandıranlar cərgəsinə qoşulan S.Sadıqov niyə Jirinovskiyə demir ki, əgər Azərbaycan xalqı yoxdursa, Söyün Sadıqov hansı milli-mədəni qurumun təmsilçisidir? Jirinovskinin axmaq fikirlərini qorxaqcasına, müticəsinə sükutla qarşılayan Söyün Sadıqov hansı haqla özünə azərbaycanlı deyir? Azərbaycan xalqının haqqının tapdandığı, təhqir edildiyi yerdə başını pencəyinin qoltuğuna soxaraq özünü karlığa vuran Söyün Sadıqov Azərbaycan xalqının adından istifadə edərək yediyi pullardan utanırmı? “Azərbaycan” adından istifadə edərək qazandıqları ona haram olmayacaqmı? Sinəsinə döyərək özünü “vətənpərvər” elan edən bu şəxs də utanmadan və qorxaqcasına Jirinovski kimi bir təlxəyin qabağından qaçır. Yəqin, onun da “vətənpərvərliyi” Abbas Abbasovla Rüstəm İbrahimbəyovun vətənpərvərliyinə ekvivalentdir. Bu səbəbdəndir ki, o da siyasətbazlığının kölgəsində daldalanan yalançı vətənpərvərlər sırasında təmsil olunur...
Əsl siyasətçi olmaq üçün ilk növbədə vətənpərvər olmaq lazımdır!!!
Azərbaycan xalqı heç vaxt heç kimin cavabını verməkdən çəkinməyib. Bu mənada Azərbaycan ictimaiyyəti Jirinovski kimi xəstə təlxəyin lazımi cavabını verdi. İstər cəmiyyətimiz, istərsə də siyasilərimiz Jirinovskiyə yerini göstərdi və onun hansı ağlın, hansı düşüncənin sahib olduğunu ortaya qoydu. Amma dünənə qədər vətənpərvərlik pərdəsinə bürünərək min bir yalanlar danışan, hər zaman Azərbaycan xalqına qarşı çirkin oyunlarda iştirakçı olanların iç üzü bu məsələdə bir daha ortaya çıxdı. Azərbaycanı dara salmaq, xalqımıza, dövlətimizə qarşı pislik etmək üçün növbə gözləyən psevdovətənpərvərlərin xalqımıza və dövlətimizə olan “böyük sevgisi” bir daha özünü təsdiq etmiş oldu. Ötən il keçirilən prezident seçkilərində xalqın adından danışmağı özü üçün adətə çevirmiş, bu gün dünyanın ən yüksək sürətlə inkişaf edən dövlətlərdən birinə çevrilmiş Azərbaycanda hakimiyyətə gəlmək naminə bütün “xarici baltalara” sap olanlar xalqın iradəsi ilə yenidən yerində otuzduruldu. Bu gün Jirinovski kimi bir xəstəyə cavab verməyə cürəti çatmayanların dövlət idarə etmək həvəsi isə bişmiş toyuğu belə güldürür.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29

