Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Human Rights Watch” təşkilatı həmişə Azərbaycana qarşı çox qərəzli mövqedən çıxış edir”

“Human Rights Watch” təşkilatı həmişə Azərbaycana qarşı çox qərəzli mövqedən çıxış edir”

15.05.2014 [09:02]

“Human Rights Watch” təşkilatı həmişə Azərbaycana qarşı çox qərəzli mövqedən çıxış edir. 20 ildir onların hesabatında Azərbaycan əleyhinə materiallar dərc olunur”. Bu sözləri Teleqraf.com-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Human Rights Watch”un Azərbaycanda insan haqları ilə bağlı hesabatına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan Avropa Şurasının üzvüdür, ona görə də, ölkəmizdə hər hansı “siyasi məhbus” ola bilməz: “Əgər kimsə tutulubsa, Avropa Məhkəməsi var, bütün instansiyalardan keçdikdən sonra oraya müraciət edə bilər. Azərbaycan Avropa Şurasına daxil olduqdan sonra heç bir Avropa dövlətində bu fikir ola bilməz. Çünki insan hüquqlarına nəzarət məsələsinə Avropa Məhkəməsi və komissiyaları baxır. O yöndə bir QHT-nin hansısa söz deməsi mənasızdır”.

Paylaş:
Baxılıb: 815 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31