Azərbaycanın beynəlxalq təşkilatlarda fəaliyyəti milli maraqlarımıza xidmət edir
11.06.2014 [09:16]
Prezident İlham Əliyev: Əlbəttə ki, müxtəlif beynəlxalq təşkilatlarda üzvlüyümüz bizim siyasi maraqlarımıza xidmət göstərir. Biz bütün bu təşkilatlarda fəaliyyətimizi uğurla davam etdirəcəyik, prinsipial mövqeyimizi həmişə ifadə edəcəyik
Beynəlxalq münasibətlərin müstəqil aktoru olan Azərbaycan dövləti xarici siyasətində qlobal və regional səviyyəli nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verir. Prezident İlham Əliyevin 28 May-Respublika Günü münasibətilə keçirilmiş rəsmi qəbuldakı nitqində söylədiyi kimi, Azərbaycan beynəlxalq təşkilatlarda fəal iştirak edir və bu xətti gələcəkdə də davam etdirəcək.
Yeri gəlmişkən, sözügedən tədbirdə dövlət başçısı, həmçinin, Azərbaycanın dünyada ən böyük təşkilat olan BMT-dəki mövqelərinin kifayət qədər möhkəm olduğunu bildirib. 2011-ci ildə ölkəmizin 155 dövlətin dəstəyi ilə Təhlükəsizlik Şurasına (TŞ) iki il müddətinə qeyri-daimi üzv seçilməsi də bunu göstərir.
Beləliklə, vurğulamaq yerinə düşər ki, BMT-yə üzv olduğu 1992-ci ildən indiyədək Azərbaycan qurumun tədbirlərində fəal iştirak edir, təşkilat çərçivəsində ikitərəfli əlaqələrini genişləndirir. Ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına üzv olduğu 2012-2013-cü illərdəki uğurlu fəaliyyəti isə Azərbaycanın bu təşkilatla əməkdaşlığını daha da yüksək səviyyəyə qaldırıb. 2012-ci ilin may ayının əvvəllərində BMT Təhlükəsizlik Şurasında Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən iclasda müzakirə olunan “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusu məhz Azərbaycanın təşəbbüsü ilə gündəliyə daxil edilmişdi. İclasda çıxış edən dövlət başçısı qlobal miqyasda əməkdaşlıq və birgə səy tələb edən terrorçuluqla mübarizənin önəmini qeyd edərək Cənubi Qafqaz regionunda bu problemin başlıca mənbəyi olan Ermənistanın dövlət siyasətinin mahiyyətini də ifşa etmişdi. Beləliklə də, Azərbaycan Prezidenti Ermənistan hakimiyyətinin işğalçı və terrorçu siyasətini ən yüksək kürsüdən aparıcı dünya dövlətlərinin liderlərinin diqqətinə çatdırmışdı.
Ölkəmizin 2013-cü ilin oktyabr ayında BMT Təhlükəsizlik Şurasına ikinci sədrliyi dövründə isə BMT tarixində ilk dəfə olaraq, Azərbaycanın təşəbbüsü ilə 28 oktyabrda “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda qurumun yüksək səviyyəli iclası keçirilib. Həmçinin, Azərbaycanın sədrliyi dövründə Afrikanın Böyük Göllər regionu, Sudan-Cənubi Sudan münasibətləri, Somali, Mərkəzi Afrika Respublikası, Suriyada kimyəvi silahlar məsələsi və humanitar vəziyyət, Mali, Konqo Demokratik Respublikası, Qərbi Səhra bölgəsi, Livan və Fil Dişi Sahili üzrə çoxsaylı müzakirələr keçirilib, qətnamələr və bəyanatlar qəbul olunub.
Beynəlxalq təşkilatlarla əməkdaşlıqdan danışarkən onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanın BMT-dən sonra üzvlərinin sayına görə ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatında da mövqeyi kifayət qədər möhkəmdir. Məlum olduğu kimi, Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına daxil olub. 120 ölkənin təmsil olunduğu qurumda Azərbaycan öz fəallığı ilə seçilir, təşkilat daxilindəki siyasi məsləhətləşmələrdə fəal iştirak edir, Hərəkatın məqsəd və prinsiplərinin irəlilədilməsi, həmçinin, “Cənub-Cənub” istiqamətində siyasi həmrəylik və praktiki əməkdaşlığın gücləndirilməsi üçün təkliflər irəli sürür. Azərbaycanın Qoşulmama Hərəkatına daxil olmasından qısa müddət sonra hərəkatın Ermənistan-Azərbaycan münaqişəsinə dair qəbul etdiyi qərarlar qurum üzvlərinin təşkilatın məqsəd və prinsiplərinə bağlılığını, həmçinin, ölkəmizin diplomatik uğurunu göstərən əlamətdar haldır.
Bundan başqa, ölkəmiz İslam Əməkdaşlıq Təşkilatında (İƏT) da fəal rol oynayır. Qurumun Bakıda tədbirləri, nazirlər səviyyəsində toplantıları keçirilir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrini ötən ildə daha da gücləndirib. Belə ki, 2013-cü ilin 11 iyun tarixində Bakıda İƏT Xarici İşlər Nazirlərinin Müqəddəs Əl-Qüds şəhərinə dəstək məqsədilə donor konfransı və Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsisat konfransı keçirilib. Konfransların planında təqdim olunmuş layihələrə dəstəyin verilməsi məqsədilə, Azərbaycan da daxil olmaqla, bir sıra ölkələr tərəfindən maliyyə yardımı ayrılıb. Ölkəmiz 5 milyon ABŞ dolları həcmində yardım ayırıb.
Qeyd edək ki, 28 May-Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı nitqində Prezident İlham Əliyev Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatındakı fəaliyyətini bundan sonra da uğurla davam etdirəcəyini söyləyib: “Çünki biz İslam aləminin bir parçasıyıq. Bizim milli dəyərlərimizin təməlində İslam dəyərləri dayanır”.
Təbii ki, Azərbaycan, eyni zamanda, Avroatlantik məkana inteqrasiyasını, Avropa təşkilatlarında fəal iştirakını da davam etdirir. Məlum olduğu kimi, mayın 6-da Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Şurası Nazirlər Komitəsinin 124-cü sessiyasında bu təşkilata sədrlik Azərbaycana keçib. 14 may tarixindən başlayan sədrlik müddəti altı ay davam edəcək.
Bu məqamda qeyd edək ki, 2001-ci ilin yanvarından Avropa Şurasının üzvü olan Azərbaycan ilk dəfə bu qurumun Nazirlər Komitəsinə növbəlilik prinsipi əsasında sədrlik edəcək. Bu müddətdə ölkəmiz Avropa Şurasının təməl prinsipləri olan insan hüquqları, qanunun aliliyi və demokratiyaya güclü dəstək verəcək, Avropada təhlükəsizlik və sabitlik sahəsindəki mövcud problemlərə, korrupsiya ilə mübarizədə səmərəli əməkdaşlığa, cəmiyyətlərin həssas təbəqəsi olan qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsinə ciddi diqqət yetirəcək, mədəniyyətlərarası dialoqa böyük əhəmiyyət verərək Avropada diskriminasiya və dözümsüzlüklə mübarizəyə yardım edəcək, təhsilli və məsuliyyətli gənclər nəslinin tərbiyəsinə xüsusi əhəmiyyət verəcək, siyasi islahatların həyata keçirilməsi hədəfini yekdilliklə və güclü şəkildə dəstəkləyəcəkdir. Xatırladaq ki, Prezident İlham Əliyev sözügedən nitqində quruma sədrlik məsələsinə də toxunaraq, Avropa Şurası ilə bağlı əməkdaşlıq üçün yaxşı imkanların olduğunu deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan bu imkanlardan istifadə edərək Avropada demokratiyanın inkişafı naminə, korrupsiyaya və islamofobiyaya qarşı daha təsirli mübarizə aparacaq.
Azərbaycan üzvü olduğu Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT və digər qurumlarda da fəal rol oynayır. Ölkəmiz, həmçinin, Avropa İttifaqı, NATO kimi təşkilatlarla siyasi, iqtisadi, təhlükəsizlik kimi sahələrdə sıx əməkdaşlıq edir.
Bütün bunlar onu göstərir ki, ölkəmiz beynəlxalq birliyin müstəqil və tamhüquqlu subyekti kimi öz milli maraq və mənafelərini qarşılıqlı hörmət və ortaq faydalanma prinsipləri çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, ölkəmizə olan etimadı artırır. Həyata keçirilən çoxvektorlu xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb, eləcə də, ölkəmizin beynəlxalq arenadakı mövqeyi möhkəmlənib. Mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, regional və beynəlxalq təhlükəsizliyə əhəmiyyətli töhfələr verməsi, ölkəmizin bilavasitə iştirakı ilə strateji əhəmiyyətli layihələrin gerçəkləşdirilməsi beynəlxalq arenada mühüm nailiyyətlərin əldə olunmasını şərtləndirib. Və Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan beynəlxalq təşkilatlardakı fəallığını bundan sonra da davam etdirəcək: “Əlbəttə ki, müxtəlif beynəlxalq təşkilatlarda üzvlüyümüz bizim siyasi maraqlarımıza xidmət göstərir. Biz bütün bu təşkilatlarda fəaliyyətimizi uğurla davam etdirəcəyik, prinsipial mövqeyimizi həmişə ifadə edəcəyik”.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxSosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50

