Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın xarici işlər naziri Norveçin yeni səfiri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Norveçin yeni səfiri ilə görüşüb

03.09.2014 [10:09]

Sentyabrın 2-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Norveçin ölkəmizdə təyin olunmuş yeni səfiri Bard İvar Svendsen ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə iki ölkə arasında əlaqələrin mövcud inkişaf səviyyəsindən, xüsusilə enerji sahəsində uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Elmar Məmmədyarov səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Səfir Bard İvar Svendsen iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə Azərbaycan ilə Norveç arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 690 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31