Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
16.09.2014 [09:48]
Sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikada əkinə yararlı torpaqların istifadə vəziyyəti ilə bağlı müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Muxtar Respublika Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Valeh Vəliyev müzakirə olunan məsələ ilə bağlı məlumat verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: “Naxçıvan Muxtar Respublikası 5,5 min kvadratkilometr və ya 550 min 275 hektar əraziyə malikdir. Bunun 164 min 276 hektarı və ya 29,9 faizi kənd təsərrüfatı üçün yararlı, 367 min 209 hektarı və ya 66,7 faizi kənd təsərrüfatı üçün yararsız, 18 min 790 hektarı və ya 3,4 faizi həyətyanı torpaq sahələri, meşə və kolluqlardan ibarətdir. Kənd təsərrüfatına yararlı torpaqların 51 min 633 hektarını əkin sahələri, 1007 hektarını dincə qoyulmuş torpaqlar, 1353 hektarını üzüm və meyvə bağları, 110 min 283 hektarını isə biçənək və örüşlər təşkil edir. Həyətyanı torpaq sahələrinin 1529 hektarı tikinti altında, 12 min 933 hektarı əkin altında olan torpaqlardan ibarətdir”.
Ali Məclisin Sədri deyib: “Naxçıvan Muxtar Respublikasında aparılmış torpaq islahatı nəticəsində 42 min 43 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün 70 min 763 ailənin mülkiyyətinə verilib, 1216 hektar əkinəyararlı torpaq sahəsi isə yaşayış məntəqələrinin perspektiv inkişafı üçün saxlanılıb. Son 19 il ərzində Muxtar Respublikada əkinəyararlı torpaqların mühafizəsi və onlardan səmərəli istifadə diqqət mərkəzində olub. Bunun nəticəsidir ki, cari ilin məhsulu üçün həyətyanı əkin sahələri ilə birlikdə 60 min 829 hektar sahədə əkin aparılıb”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar ötən dövr ərzində Sədərək, Şərur, Kəngərli, Culfa, Ordubad, Babək rayonlarının və Naxçıvan şəhərinin ərazisində olan eroziyaya uğramış, şoranlaşmış torpaqlar müəyyən edilərək xəritələşdirilib. Məlum olub ki, Muxtar Respublika üzrə şoranlaşmaqda olan əkin sahələri 1698 hektar, qrunt sularının üzə çıxması nəticəsində çəmənləşən əkin sahələri 5635 hektar, şoranlaşan örüş sahələri isə 2434 hektardır.
Ali Məclisin Sədri qeyd edib ki, şoranlaşmaqda olan 1698 hektar əkin sahəsinin 806 hektarı Sədərək, 187 hektarı Şərur, 124 hektarı Kəngərli, 66 hektarı Culfa, 94 hektarı Babək rayonlarının, 421 hektarı isə Naxçıvan şəhərinin ərazisindədir. Çəmənləşən 5635 hektar əkin sahəsinin 112 hektarı Sədərək, 3073 hektarı Şərur, 1117 hektarı Kəngərli, 572 hektarı Culfa, 34 hektarı Ordubad, 690 hektarı Babək rayonlarının, 37 hektarı isə Naxçıvan şəhərinin payına düşür. 2434 hektar şoranlaşmış örüş sahəsinin 2301 hektarı Sədərək, 133 hektarı isə Şərur rayonlarının ərazisindədir.
“Qeyd olunan nöqsanların aradan qaldırılması üçün fəaliyyət daha da gücləndirilməli, torpaq fondundan səmərəli istifadə olunmalıdır”, - deyən Ali Məclisin Sədri aidiyyəti qurumlara konkret tapşırıqlar verərək deyib: Muxtar respublikada əkinəyararlı torpaq sahələrinin məhdud olması onlardan səmərəli istifadənin vacibliyini ön plana çəkir. Ona görə də Nazirlər Kabineti torpaq balansına uyğun olaraq torpaqlardan təyinatı üzrə istifadəyə nəzarəti artırmalıdır. Bəzi hallarda kənd təsərrüfatına yararlı torpaqlar icarəyə verilərək, digər məqsədlər üçün istifadə olunaraq yararsız hala düşür. Yerli icra hakimiyyətləri əkinəyararlı torpaq sahələrindən digər məqsədlər üçün istifadəni aradan qaldırmalı, müəssisələrin, inzibati binaların, sosial təyinatlı obyektlərin tikintisinin əkin üçün yararlı olmayan ərazilərdə aparılması təmin edilməlidir.
Kənd Təsərrüfatı Nazirliyi Torpaq və Xəritəçəkmə Komitəsi ilə birlikdə kənd təsərrüfatına yararlı torpaqların kateqoriyalar üzrə səmərəli istifadə istiqamətlərini müəyyən etməli, perspektiv inkişaf üçün nəzərdə tutulmuş əvəzləşdirilməsi mümkün olan əkinəyararlı torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması üçün müvafiq tədbirlər görməlidir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi eroziya və şoranlaşmaya məruz qalmış torpaq sahələrinin dəqiqləşdirilməsi və xəritələşdirilməsi işini davam etdirməli, əkinəyararlı torpaqlardan istifadə və mövcud vəziyyət barədə rübdə bir dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə məlumat verməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi müxtəlif tikinti və sənaye tullantılarının əkin üçün yararlı torpaq sahələrinə atılması, torpağın münbit qatının tikinti məqsədləri üçün istifadə edilməsi hallarına qarşı təsirli tədbirlər görməli, torpaqların çirkləndirilməsinin qarşısı alınmalıdır.
Ali Məclisin Sədri tapşırıb ki, Kənd Təsərrüfatı Nazirliyi Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə su ehtiyatlarından səmərəli istifadəni təmin etmək üçün kənd təsərrüfatı bitkilərinin və ərazilərin xüsusiyyətlərini nəzərə alan suvarma rejimi hazırlamalı və ona əməl edilməsinə nail olmalıdır. Suvarılan torpaqların meliorativ vəziyyətinə və sudan istifadə olunmasına dövlət nəzarəti gücləndirilməli, torpaqlarda meliorativ tədbirlər həyata keçirilməli, arx və kanalların vaxtında təmizlənməsi nəzarətdə saxlanılmalı, suvarmada mütərəqqi üsullardan istifadə təmin edilməlidir. Eroziya və şoranlaşmanın qarşısının alınması üçün kompleks təsərrüfat, aqrotexniki, meliorativ, hidrotexniki və rekultivasiya tədbirləri aparmalı, gübrə və kimyəvi maddələrdən düzgün istifadəyə ciddi fikir verilməli, torpağın sanitar-texniki mühafizəsi üçün tədbirlər görülməlidir.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi aidiyyəti orqanlarla birlikdə yay-qış otlaqlarından düzgün istifadəni təmin etməli, otlaqların sıradan çıxmasının qarşısı alınmalıdır. Səhralaşmanın qarşısının alınması üçün yay-qış otlaqları inventarlaşdırılmalı, sıradan çıxmış yaylaqlar kənd təsərrüfatı dövriyyəsindən çıxarılaraq dincə qoyulmalı, bərpa tədbirləri görülməli, fermerlər arasında maarifləndirmə işləri aparılmalıdır.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında aidiyyəti orqanlara müvafiq tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

