/ / Romada keçirilən beynəlxalq konfransda Azərbaycanda qadınlara qarşı zorakılıqla mübarizə sahəsində görülən işlərdən danışılıb
Romada keçirilən beynəlxalq konfransda Azərbaycanda qadınlara qarşı zorakılıqla mübarizə sahəsində görülən işlərdən danışılıb
20.09.2014 [10:35]
Sentyabrın 19-da Romada Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bərabərlik və qeyri-diskriminasiya komitəsinin və İtaliya Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Qorxudan təhlükəsiz, zorakılıqdan təhlükəsiz” mövzusunda beynəlxalq konfrans keçirilib.
“Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurasının Konvensiyası”nın (İstanbul Konvensiyası) cari il avqustun 1-də qüvvəyə minməsi ilə bağlı keçirilən konfransa 100-dən çox ölkədən nümayəndə heyəti qatılıb.
Tədbirdə Azərbaycan Milli Məclisinin deputatı Sahibə Qafarova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov, ölkəmizin İtaliyadakı səfirliyinin əməkdaşı Nəsir Məmmədov, Xarici İşlər Nazirliyinin humanitar və sosial məsələlər idarəsinin nümayəndəsi Vüsalə Sadıqovanın daxil olduğu nümayəndə heyəti də iştirak edib.
Tədbirin rəsmi hissəsində İtaliya parlamentinin Deputatlar Palatasının sədri xanım Laura Boldrini, Avropa Şurası baş katibinin müavini xanım Qabriella Battani-Draqoni, AŞPA-nın sədri xanım Ann Brasör, İtaliya Xarici İşlər Nazirliyinin katibi Benedetto Della Vendova çıxış ediblər. Bildiriblər ki, İstanbul Konvensiyası qadınlara qarşı zorakılıq halları ilə mübarizə, zorakılıq qurbanlarının müdafiəsi, onu törədən şəxslərin məsuliyyətə cəlb edilməsi, bu sahədə siyasətin daha da dərindən formalaşdırılması kimi məsələləri hərtərəfli olaraq özündə ehtiva edir. Bu konfrans üzv dövlətlərin müvafiq istiqamətdə həyata keçirdiyi tədbirlərin müzakirə edilməsi, iştirakçı ölkələr arasında bu sahədə təcrübə mübadiləsinin aparılması baxımından yaxşı imkan yaradır.
Tədbirdə qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər və tanınmış yazıçılar çıxış edərək qadınlara qarşı zorakılıqla mübarizəyə dair İstanbul Konvensiyasının bir meyar kimi qəbul edilməsindən, qadın hüquqları ilə bağlı maarifləndirmə işinin gücləndirilməsindən və xüsusi mexanizmlərin yaradılmasından danışıblar.
Konfrans çərçivəsində E.Səfərov çıxış edərək məişət zorakılığının və qadınlara qarşı zorakılığın qarşısının alınması sahəsində Azərbaycanda görülən işlərdən danışıb. Diqqətə çatdırıb ki, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş qadınlar üçün reabilitasiya və cəmiyyətə reinteqrasiya tədbirləri həyata keçirilir. Bundan əlavə, Azərbaycanda gender bərabərliyinin təmin olunması, qadın hüquqlarının müdafiəsi və müvafiq sahədə digər problemlərin həlli istiqamətində layihələr icra olunmaqdadır.
Konfransda İstanbul Konvensiyasına qoşulan dövlətlərin nazirləri tərəfindən bəyannamə qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50

