Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə
04.10.2014 [10:58]
Oktyabrın 3-də IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə” mövzusunda “dəyirmi masa” keçirilib.
AzərTAc xəbər verir ki, “dəyirmi masa”nın moderatoru, Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov tədbirdə 6 Nobel mükafatı laureatının iştirak etməsini mühüm hadisə kimi dəyərləndirib. Mövzunun aktuallığından bəhs edən Ə.Əmiraslanov məlumat verib ki, “dəyirmi masa”da üç panel üzrə molekulyar biologiyanın nailiyyətləri və perspektivləri ilə bağlı məruzələr dinləniləcək və müzakirələr aparılacaq.
“Müasir mərhələdə molekulyar biologiyanın nəzəri və tətbiqi aspektləri” mövzusundakı paneldə professor Keri Benks Mullis biotexnologiyanın yaranma tarixindən, müxtəlif ölkələrdə bu sahədə aparılmış tədqiqatlardan, eləcə də öz təcrübələrindən danışıb. Molekulyar biologiyanın yüksək elm sahəsinə çevrildiyini diqqətə çatdıran alim vurğulayıb ki, biotexnologiyalar artıq həyatımızın bütün sahələrinə nüfuz edib.
Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Nobel mükafatı laureatı, professor Ariye Varşel isə bioloji molekulların funksiyasının öyrənilməsi və xəstəliklərlə mübarizədə müasir texnologiyalardan istifadə sahəsində əldə olunmuş nailiyyətlərdən bəhs edib. O, son 40-50 ildə dünyada bakterial dərman rezistentliyi ilə mübarizədə əldə olunmuş irəliləyişlərdən danışıb. Həmçinin, insanların ömrünün azalması səbəblərinin əsasən yoluxucu xəstəliklərlə bağlı olduğunu diqqətə çatdıraraq vurğulanıb ki, müasir dövrdə tibb sahəsində antibiotiklərə qarşı müqavimətin artması ən kəskin problemlərdəndir. Bu problemin həllində əczaçılıq şirkətlərinin üzərinə böyük vəzifələr düşür.
Nobel mükafatı laureatı Kurt Vütrix ötən əsrdəki fundamental tədqiqatların XXI əsrdə biologiya və tibbi diaqnostikadakı əhəmiyyətindən bəhs edərək deyib ki, elmi tərəqqinin əsasında fundamental tədqiqatlar dayanır. Elmin qloballaşdığı müasir dövrdə dünya elm adamları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi xüsusilə vacibdir.
Professor Tomas Kristian Züdhof kök hüceyrələrinin yaradılmasındakı çətinliklərdən, eləcə də kök hüceyrələrinin neyronlara çevrilməsi texnologiyalarından söz açıb.
Sonra məruzələr ətrafında fikir mübadiləsi aparılıb.
“Biotexnologiyada innovasiyaların reallaşdırılmasının etik və metodoloji problemləri “ mövzusunda ikinci panel də maraqlı müzakirələrlə yadda qalıb.
Nobel mükafatı laureatı, professor Ervin Neyer 1976-1981-ci illərdə ion kanalları ilə bağlı aparılmış tədqiqatlardan danışaraq bildirib ki, bu tədqiqatlar “insan biologiyası”nın öyrənilməsində, habelə bir sıra xəstəliklərlə mübarizədə böyük imkanlar açır. Hazırkı dövrdə dünyada yüzlərlə laboratoriya bu tədqiqatlardan yararlanır.
Professor Rudolf Martin Tsinkernagel isə məruzəsində immunçatışmazlığı virusu və vərəmə qarşı peyvəndin olmaması səbəblərini izah edərək deyib ki, həmin xəstəliklərə qarşı peyvəndlərin yaradılması ehtimalı ya çox azdır, ya da bu, mümkün deyil. Peyvəndin əhəmiyyətindən danışan alim bu kampaniya ilə bağlı əhali, xüsusilə gənclər arasında maarifləndirmənin aparılmasının zəruriliyini vurğulayıb.
Professor Karol Sikoranın “Xərçəng: biotexnologiya üçün müvəffəqiyyət tarixi”, professor Enriko Proiettinin “Xərçəng əleyhinə peyvəndlər: xərçəngin müalicə və profilaktikası üçün yeni eradır”, professor Nikolay Zefirovun “Dərman kimyası - biologiya və kimyanın qovuşmasında olan elmdir” mövzularında məruzələri dinlənilib, müzakirələr aparılıb. Məruzələrdə son illər xərçəng xəstəliyinin müalicəsi sahəsində aparılmış tədqiqatlardan, gen terapiyası və onun əhəmiyyətindən danışılıb, habelə əhalinin maarifləndirilməsinin vacibliyi vurğulanıb. Bu sahədə dünyada, o cümlədən Azərbaycanda mühüm işlərin görüldüyü diqqətə çatdırılıb.
Professor Gümrah Əliyevin “Yatmış gen ürək-damar, sinir və onkoloji xəstəliklərin inkişafının müasir alternativ nəzəriyyəsi kimi” mövzusunda məruzəsi maraqla qarşılanıb. Professor Afiq Bərdəli isə “İnflammasomaya bağlı irsi xəstəliklər və hədəf müalicəsi” mövzusunda məruzə edib.
Üçüncü panel isə müasir təbabətdə kök hüceyrələrinin tətbiqi probleminin müxtəlif aspektlərinə həsr olunub. Bu bölmədə professor Riçard Bört “Kök hüceyrələr, “ölülər” “dirilərə” yardım edir”, professor Nuru Bayramov “Transplantologiyada kök hüceyrələr” mövzularında məruzələrlə çıxış ediblər.
Alimlər müasir dövrdə tibbin yüksək inkişafı nəticəsində bəzi genetik xəstəliklərin qarşısının alınmasının mümkünlüyünə diqqət çəkərək qeyd ediblər ki, son illər bu istiqamətdə, habelə orqan transplantasiyası sahəsində böyük uğurlar əldə olunub.
Məruzələrdə hüceyrə müalicəsinin əhəmiyyətindən, bu sahədə qazanılmış uğurlardan, kök hüceyrəsindən tibb sahəsində geniş istifadə edilməsindən də bəhs olunub.
“Dəyirma masa”ya yekun vuran akademik Əhliman Əmiraslanov tədbirdə tibb sahəsi üçün son dərəcə dəyərli və aktual məsələlərin müzakirə edildiyini, tibb sahəsində dünyada əldə olunmuş nailiyyətlər barəsində ətraflı məlumat verildiyini bildirib. Dünyanın məşhur alimlərinə Bakıya gələrək öz zəngin təcrübələrini bölüşdüklərinə görə minnətdarlığını bildirən akademik “dəyirmi masa”da aparılan müzakirələrin öz bəhrəsini verəcəyinə əminliyini ifadə edib.
Sonda IV Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi qəbul olunub.
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30

