Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Nüfuzlu siyasi liderlərin iştirakı Qlobal Müştərək Cəmiyyətlər Forumunun önəmini daha da artırır

Nüfuzlu siyasi liderlərin iştirakı Qlobal Müştərək Cəmiyyətlər Forumunun önəmini daha da artırır

04.11.2014 [09:54]

“Qlobal Müştərək Cəmiyyətlər Forumunda dünya miqyasında nüfuzlu siyasi liderlərin iştirakı və müzakirə edilən beynəlxalq əhəmiyyətli məsələlər bu tədbirin önəmini daha da artırır”.
Bu sözləri Qırğızıstan Respublikası Baş nazirinin birinci müavini Tairbek Sarpaşev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov ilə görüşündə söyləyib. Azərbaycanın Qırğızıstandakı səfirliyinin dəstəyi ilə Bişkekdə keçirilən görüşdə 2015-ci ilin aprel ayında Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq məsələləri müzakirə edilib. T.Sarpaşev Bakının artıq üçüncü dəfə ev sahibliyi edəcəyi Forumun əhəmiyyətini vurğulayıb.
R.Muradov Qırğızıstan Baş nazirinin birinci müavinini III Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak üçün Bakıya dəvət edib. T.Sarpaşev Forumda məmnuniyyətlə iştirak edəcəyini bildirib.

Paylaş:
Baxılıb: 697 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31