Milli Məclisdə “Reklam haqqında” qanun layihəsi müzakirə edilib
15.11.2014 [11:47]
Noyabrın 14-də Milli Məclisin iqtisadi siyasət komitəsində “Reklam haqqında” qanun layihəsinin müzakirəsi keçirilib.
AzərTAc xəbər verir ki, müzakirələrdə komitə üzvləri ilə yanaşı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, kütləvi informasiya vasitələrinin, reklam verilməsi və yayılmasını həyata keçirən şirkətlərin rəhbərləri və nümayəndələri də iştirak ediblər.
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Milli Məclisin iqtisadi siyasət komitəsində reklam fəaliyyəti haqqında yeni qanun layihəsi hazırlanıb. İlk dəfə Milli Məclis 1997-ci ildə “Reklam haqqında” qanunu qəbul edib. Həmin vaxt ölkənin sosial-iqtisadi vəziyyəti aşağı idi. İndi o vaxtdan 15 ildən artıq müddət keçib və Azərbaycan sosial-iqtisadi sahədə ciddi uğurlara nail olub. Buna görə də müasir dövrün tələblərinə uyğun reklam fəaliyyətinin daha səmərəli tənzimlənməsinə ehtiyac var.
İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov “Reklam haqqında” qanun layihəsinin əsas prinsipləri barədə məlumat verib. Bildirilib ki, mövcud “Reklam haqqında” qanun 30 maddədən ibarət olduğu halda, yeni layihə 39 maddədən ibarətdir. Bu layihədə reklama dair mövcud tələbləri inkişaf etdirmək üçün bir sıra dəyişikliklər nəzərdə tutulur.
Sonra kütləvi informasiya vasitələrinin, reklam verilməsi və yayılmasını həyata keçirən şirkətlərin rəhbərləri və nümayəndələri qanun layihəsi ilə bağlı təkliflərini səsləndiriblər.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov yeni qanun layihəsinin bu sahədəki mövcud qanunvericiliklə uyğunlaşdırılmasının, eləcə də sosial reklamlar məsələsinin layihədə ayrıca təsbit olunmasının vacibliyini vurğulayıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov layihənin beynəlxalq tələblər nəzərə alınmaqla hazırlandığını bildirib.
İclasda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, müzakirəyə çıxarılan yeni qanun layihəsi anlaşılan formada, həmçinin bu sahədə xarici təcrübə nəzərə alınmaqla hazırlanıb. Qanunun indi cəmiyyətdə aktual olduğunu qeyd edən şöbə müdiri reklam sahəsində xarici təcrübə tətbiq olunarkən onun yaxşı tərəflərinə diqqət yetirilməsinin zəruriliyini bildirib, reklam bazarında rəqabətin önəmindən danışıb.
Dövlətin reklam sahəsində sağlam rəqabətin yaradılmasına dəstək verdiyini qeyd edən Əli Həsənov vurğulayıb ki, tənzimlənmə bazar iqtisadiyyatına, Azərbaycan dövlətinin inkişafına uyğun olmalıdır.
Prezident Administrasiyasının rəsmisi deyib: “O məsələ ki Azərbaycanın inkişafına xidmət edir, biz ona yol açmalıyıq. Əgər ciddi bir ictimai fəsad vermirsə, bizim milli mənəvi dəyərlərimizə zidd deyilsə, kimsə malını reklam etmək üçün Azərbaycanın reklam büdcəsinə pul gətirir və burada xərcləmək istəyirsə, qoy xərcləsin. Şərait yaradaq, amma öz qürurumuzu, milli mənliyimizi qorumaq şərti ilə. Bunlar mütləq şəkildə qorunmalıdır”.
Əli Həsənov deyib ki, layihədə reklamın istehsalı və yayımı prosesinin dövlət tənzimlənməsinə dair bir çox yeniliklər öz əksini tapıb. Bununla yanaşı, hesab edirəm ki, layihənin üzərində iş davam etdirilməli, mübahisə yaradacaq və fəaliyyəti subyektlərin narahatlığına səbəb ola biləcək müddəalarla bağlı ciddi müzakirələr aparılmalıdır. İşçi qrupu həm müvafiq dövlət orqanlarından, həm də reklam istehsalçısı və yayımçılarından daxil olmuş təklifləri diqqətlə araşdırmalı, reklam bazarının inkişafına xidmət edən əsaslı rəy və təklifləri nəzərə almalıdır. Bundan başqa, qanun layihəsində reklamın verilməsi, hazırlanması və yayılması prosesini ağırlaşdıran, reklam subyektlərinin fəaliyyətini məhdudlaşdıran bir çox müddəalar yenidən nəzərdən keçirilməli, prosedur qaydaları maksimum sadələşdirilməli və şəffaflaşdırılmalı, sui-istifadə amili aradan qaldırılmalıdır.
Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, təklif olunan qanun layihəsi reklam bazarının inkişafına xidmət etməklə yanaşı, həm də yerli və xarici şirkətləri reklama həvəsləndirməli, reklam subyektlərinin fəaliyyətinə yersiz müdaxilələrin, ağır maliyyə sanksiyalarının, süründürməçiliyin, bürokratik əngəllərin və digər mənfi halların qarşısını almalıdır.
Əli Həsənov bir sıra prinsipial məsələlərlə bağlı təkliflərini işçi qrupuna təqdim edib.
İclas işini qanun layihəsinin müzakirəsi ilə davam etdirib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

