Bakıda Uşaqların III Ümumrespublika Forumu keçirilib
18.11.2014 [09:48]
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə noyabrın 17-də Bakıda Uşaqların III Ümumrespublika Forumu keçirilib.
AzərTAc xəbər verir ki, forumda 350 nəfərə yaxın uşaq, həmçinin xüsusi istedada malik, xüsusi qayğıya ehtiyacı olan, digər millətlərdən, qaçqın və məcburi köçkün ailələrindən uşaqlar iştirak ediblər.
Forum çərçivəsində uşaqların əl işlərindən ibarət sərgi də nümayiş olunub.
Tədbir dövlət himninin oxunması ilə başlayıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxuyub.
Sonra Azərbaycanda dövlət uşaq siyasəti ilə bağlı film nümayiş etdirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ölkəmizdə keçirilən uşaq forumlarının artıq bir ənənəyə çevrildiyini qeyd edib. Hicran Hüseynova bu tədbirlərin keçirilməsinə göstərilən dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və UNICEF-in rəhbərliyinə minnətdarlığını bildirib.
Uşaqların intellektual və hüquqi biliklərinin artmasında forumların xüsusi rolunu qeyd edən komitə sədri diqqətə çatdırıb ki, yetişməkdə olan gənc nəsildə liderlik keyfiyyətlərinin yüksəlməsi, uşaqların şəxsiyyət kimi formalaşması və onların ictimai fəal həyat tərzi keçirməsində belə tədbirlərin əhəmiyyəti böyükdür. Ötən forumlarda iştirak edən uşaqların səsləndirdikləri bütün təkliflər hökumət tərəfindən hazırlanan müxtəlif proqramlarda öz əksini tapıb. Forum əsas verir ki, hər bir uşaq onu düşündürən, narahat edən məsələləri dilə gətirsin, problemlərin birgə həlli yolları araşdırılsın.
Hicran Hüseynova qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində uşaqlar mənəvi, psixi və fiziki zorakılığa məruz qalıblar. Atəşkəs rejiminin elan edilməsinə baxmayaraq, hər gün Azərbaycan vətəndaşları, xüsusilə uşaqlar yaralanır və ya həlak olurlar. Buna görə də uşaqların vətənpərvərlik ruhunda tərbiyə edilməsi böyük önəm daşıyır.
Müvafiq dövlət qurumlarının Heydər Əliyev Fondu ilə birgə uşaq hüquqlarının müdafiəsi istiqamətində gördüyü işləri qeyd edən komitə sədri belə fəaliyyətin daha uğurlu nəticələrin alınmasına müsbət təsir göstərdiyini bildirib.
Diqqətə çatdırılıb ki, Azərbaycanda dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşmaqdadır. Əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən daha da gücləndirilir.
Milli Məclis sədrinin müavini Bahar Muradova çıxış edərək deyib ki, Azərbaycanda uşaqlar hərtərəfli dövlət qayğısı ilə təmin olunublar. Uşaq problemlərinin həli yolları, onların yüksək səviyyədə təhsil almaları, istedadlarının üzə çıxarılması və inkişaf etdirilməsi, sağlam həyat tərzi, ümumiyyətlə, uşaqların hərtərəfli inkişafı vacib məsələlərdir. Bahar Muradova əmin olduğunu bildirib ki, uşaqları düşündürən və onları narahat edən bütün məsələlər bu forumda səslənəcək və müzakirə ediləcək. Bu məsələlər ətrafında aparılan müzakirələr forumun qərarlarında yer alacaq və burada təklif olunan tövsiyələr milli qanunvericilik bazasının icra mexanizmlərində öz əksini tapacaq.
Sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, təhsil nazirinin müavini Firudin Qurbanov, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva, UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Andro Şilakadze, Xarici İşlər Nazirliyinin idarə rəisi Marat Kəngərlinski forum haqqında fikirlərini bildiriblər. Daha sonra uşaqların sualları cavablandırılıb.
Forum zamanı uşaqlar üçün aktual olan mövzular - “Vətəni sevək və ona layiq olaq”, “Uşaqlar üçün bərabər hüquq və imkanlar”, “Təhsildə yeni standartların tətbiqi”, “Uşaqlar və internet təhlükəsizliyi”, “Ətraf mühitin mühafizəsi. Sağlam həyat tərzi”, “Asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi”, “Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu və məsuliyyəti”, “Qarabağ həqiqətlərini dünyaya çatdıraq” mövzuları üzrə aidiyyəti dövlət orqanlarını təmsil edən ekspertlərin iştirakı ilə qruplarda müzakirələr aparılıb.
Forum iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub. Həmçinin Azərbaycan uşaqları adından dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara bəyanat ünvanlanıb.
Xəbər lenti
Hamısına baxAsiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15

