/ / Çexiyanın ermənipərəst “People in Need” təşkilatının separatizmi dəstəkləməsi faktlarla sübut edildi
Çexiyanın ermənipərəst “People in Need” təşkilatının separatizmi dəstəkləməsi faktlarla sübut edildi
26.11.2014 [09:45]
Azərbaycanın ərazi bütövlüyünü tanımayan və erməni separatizmini dəstəkləyən bu təşkilat 1988-ci ildə Ermənistana, 1992-ci ildə Dağlıq Qarabağ separatçılarına yardım edib
Son illərdə istər iqtisadi, istərsə də siyasi cəhətdən nəinki yerləşdiyi bölgənin, eləcə də, böyük bir coğrafiyanın aparıcı aktoruna çevrilən Azərbaycan dövləti Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasəti ilə bağlı həqiqətlərin dünyaya çatdırılması yönümündə mühüm fəaliyyət nümayiş etdirir. Məhz bu fəaliyyətin nəticəsidir ki, artıq dünya ictimaiyyəti işğalçı Ermənistanın terrorizmə dəstək verməsi, ölkəmizin ərazi bütövlüyünü pozması faktları ilə yaxından tanış olur. Azərbaycan dövləti Ermənistanın illərlə apardığı yalan təbliğatı darmadağın edərək, əsl həqiqətlərin yayılmasına nail olub.
Bununla yanaşı, son dövrlərdə ermənilərlə işbirliyində olan, ermənipərəst dairələrin maliyyə dəstəyi ilə Azərbaycanın milli maraqlarına zidd mövqe tutan bəzi “sapı özümüzdən olan baltalar”ın ifşa edilməsi, onların fəaliyyətləri ilə bağlı həqiqətlərin üzə çıxması erməniləri əsl mənada tərk-silah edib. Bunun nəticəsidir ki, dünya erməniliyi Azərbaycana qarşı apardığı fəaliyyətinə bir sıra fərqli çalarlar qatmağa məcbur olub. Belə ki, artıq dünyanın bir sıra ölkələrindəki ermənipərəst təşkilatlar, “təxribat ocaqları” fəallaşdırılıb. Məsələn, bir neçə gün öncə Gürcüstanın Batumi şəhərində Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” Proqramının təşkilatçılığı ilə keçirilən Vətəndaş Cəmiyyəti Forumunun 6-cı illik toplantısında məhz ermənilərə yaxın olan Çexiyanın “People in Need” təşkilatı ölkəmizə qarşı təxribat törətməyə cəhd göstərib. Lakin bu təşkilatın təxribatı uğursuzluqla nəticələnib. Belə ki, həmin təşkilat Dağlıq Qarabağ ermənilərini əsas nümayəndə heyəti kimi foruma salmağa çalışıb.
Maraqlıdır ki, baş verən bu hadisə Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı şəkildə etirazla qarşılansa da, həmin ermənipərəst dairələrin maliyyələşdirdiyi ölkəmizdəki bir sıra şəxslər və radikal müxalifət düşərgəsinin nümayəndələri sözügedən ermənipərəst təşkilata dəstək verdilər. Hətta bu təşkilatın ermənipərəst adlandırılması həmin şəxslərin xoşuna gəlmədi. Onlar ciddi-cəhdlə həmin təşkilatın ermənilərlə işbirliyində olmamasını sübut və adıçəkilən tədbirdə Azərbaycana qarşı edilən təxribatın üstünü ört-basdır etmək üçün bütün güclərini səfərbər etdi.
Bu məqamda vurğulayaq ki, “Yeni Müsavat” qəzetində sözügedən təşkilatın əsl simasını ifşa edən bir sıra faktlar dərc olunub. Qeyd edilir ki, Batumidə keçirilən tədbirdə Dağlıq Qarabağ ermənilərini müstəqil dövlətin nümayəndəsi kimi tanıtmağa cəhd göstərən Çexiyanın “People in Need” təşkilatının erməni separatçılarına bu səviyyədə dəstəyinin tarixi kökləri var. Həmin təşkilat Azərbaycanın ərazi bütövlüyünü tanımır, erməni separatizmini dəstəkləyir. 1988-ci ildə Ermənistana, 1992-ci ildə Dağlıq Qarabağdakı erməni separatçılarına yardım edib. Qurumun rəhbəri olan Simon Panek və Yaromir Ştetina Ermənistana və Dağlıq Qarabağ separatçılarına sevgilərini hələ o vaxtı açıq şəkildə ifadə ediblər. 2003-cü ildən isə bu təşkilat Ermənistanda rəsmən fəaliyyətdədir, hazırda orada onlarla şöbəsi var.
Qəzetdə həmin təşkilatla bağlı gedən yazıda bildirilir ki, sözügedən təşkilatın dəstəyi ilə film çəkən qruplardan birinin saytında Simon Panekin özəl qeydləri yer alıb. O, yazır ki, köhnə dostu Yaromir Ştetina ona zəng vuraraq Dağlıq Qarabağdan gəldiyini deyib və bildirib ki, orada vəziyyət ağırdır, yardım təşkil etmək lazımdır. 2002-ci ildə nəşr edilən “People in Need” 10 years of helping” adlı kitabda isə vurğulanır ki, Simon Panekin 1988-ci ildə 21 yaşı vardı. “Tələbə idi. O, o vaxt Ermənistanda zəlzələ qurbanlarına yardım kampaniyası təşkil etdi. 1992-ci ildə isə xeyli təcrübəsi olan Simon Panek ən müasir üsullardan istifadə edərək Praqa televiziya və radiosunda “SOS Qarabağ” kampaniyası başlatdı. Dağlıq Qarabağda müharibə qurbanlarına yardım üçün 80 min dollar topladı, Simon Panek və tanışları ərzaq aldılar, Çexiyanın tibb müəssisələri dava-dərman ayırdılar. Təyyarə kirayə götürdülər və yükü İrəvana çatdırdılar. Oradan isə maşın karvanı yükü pis vəziyyətdə olan əraziyə göndərdi”.
Simon Panek bu əməliyyatdan sonra yazıb ki, onlar Dağlıq Qarabağdan geri döndükdən sonra bu işin davam etdirilməsinə ehtiyac olduğunu düşünüblər. Hazırda isə Azərbaycanın ərazisi olan və ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıtmağa çalışırlar.
Göründüyü kimi, bu təşkilat birmənalı şəkildə separatçılığı dəstəkləmək üçün dünya erməniliyi tərəfindən yaradılmış bir təşkilatdır. Bu baxımdan həmin təşkilata haqq qazandırmağa çalışanların da analoji missiya ilə məşğul olması artıq heç bir şübhə doğurmur.
Bu təşkilata haqq qazandıranların sırasında ən çox canfəşanlığı ilə seçilənlərdən biri isə ermənilərlə işbirliyində olan, Azərbaycanın mənafelərini satmağı özlərinə peşə seçən bir ailənin-Yunusov-Barseqyan ailəsinin daha bir üzvüdür. Hazırda ABŞ-da yaşayan Ramiz Yunusov-Barseqyan sosial şəbəkələrdə bu təxribatçı təşkilatın fəaliyyətinə haqq qazandırıb və “People in Need”in fəaliyyətini pisləyənləri “qınayıb”. Təbii ki, Azərbaycan cəmiyyəti Ramiz Yunusov-Barseqyanın kim olduğunu bilir və onun keçmişi ilə bağlı təfərrüata varmağa da ehtiyac yoxdur. Onun qardaşı Arif Yunusov-Barseqyan və gəlinləri Leyla Yunusova-Barseqyanla bərabər ermənilərə işləməsi gün kimi aydındır.
Bundan başqa, həmin təşkilatı ermənipərəst adlandıranları suçlayanların içində “seçilənlərdən” biri də radikal müxalifət düşərgəsinin təmsilçisi, Əli Kərimlinin yaxın adamlarından sayılan Zöhrab İsmayıldır ki, bir müddət öncə onun da ermənipərəst dairələrdən aldığı qrantlarla bağlı Azərbaycan mətbuatında kifayət qədər faktlar dərc olunub. Göründüyü kimi, ermənilərin puluna şirniklənib ölkəsini, xalqını satanlar yenə də yağışdan sonrakı göbələklər kimi bitməyə başlayır. Amma bu insanlar unutmamalıdır ki, xalqına, millətinə, dövlətinə xor baxanların sonu faciəvi olur. Çünki belələrinin bir adı var-XƏYANƏTKAR...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

