Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Həştərxanda Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Həştərxanda Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

10.12.2014 [10:00]

Dekabrın 9-da Rusiya Federasiyasının Həştərxan şəhərində Ümummilli lider Heydər Əliyevin xatirəsini anma mərasimi keçirilib.
Nərimanov rayon İcra Hakimiyyətindən AzərTAc-a verilən məlumata görə, mərasimdən əvvəl tədbir iştirakçıları, o cümlədən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Həştərxan vilayəti və şəhərinin rəsmiləri, diaspor təmsilçiləri, iş adamları, ictimaiyyətin nümayəndələri, azərbaycanlı tələbələr və şəhər sakinləri şəhərdəki Heydər Əliyev Parkında Ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar.
Həştərxan şəhərinin Bakı küçəsində yerləşən Heydər Əliyev adına 11 nömrəli ümumtəhsil məktəbində keçirilən mərasimdə Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Abdin Fərzəliyev Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib, onun xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən danışıb.
Mərasimin sonunda ənənəvi olaraq Heydər Əliyev Fondu adından məktəbin fərqlənən 12 şagirdinə və 5 müəlliminə təqaüd və hədiyyələr təqdim olunub.

Paylaş:
Baxılıb: 644 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31