“İqtidar gizlin deyil, açıq şəkildə dialoq keçirməyə qadirdir”
16.12.2014 [10:09]
Siyavuş Novruzov: Dialoqa birmənalı yanaşmayanlar sanballarını artırmaq üçün müxtəlif fikirlər söyləyirlər
“İqtidar hər zaman sübut edib ki, ölkəmizdə fəaliyyət göstərən istənilən müxalif partiya ilə dialoqa hazırdır”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov ötən həftə iqtidar-müxalifət dialoqunun keçirilməsinə münasibət bildirərkən deyib.
Siyavuş Novruzov xatırladıb ki, bu vaxta qədər iqtidar müxalifət partiyaları ilə bir neçə görüş keçirib: “Dekabrın 13-də keçirilən növbəti dialoq da bu qəbildəndir. Yeni Azərbaycan Partiyasının tərkibində Partiyalararası əlaqələr və dialoq komissiyası fəaliyyət göstərir. Sözügedən komissiyanın rəhbəri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, YAP İdarə Heyətinin üzvü Əli Həsənovdur. Parlamentdə təmsil olunan və digər siyasi partiya rəhbərləri ilə keçirilən görüş iqtidarla müxalifət arasında dialoq istəyən partiyaların görüşü idi. Bir neçə partiyanı çıxmaq şərtilə siyasi partiya rəhbərlərinin görüşünü kifayət qədər uğurlu hesab edirəm. Bu, bir daha onu göstərdi ki, iqtidar gizlin deyil, açıq şəkildə dialoq keçirməyə qadirdir”.
“Bu və ya digər formada dialoqdan qaçırlar”
YAP İcra katibinin müavini daha bir məqama toxunaraq bildirib ki, dialoq hər kəsə açıq formada keçirilib və burada ictimai rəydən heç nə gizlədilməyib. Lakin elə müxalifət partiyaları da var ki, onlar xarici siyasi dairələrlə, diplomatik nümayəndələrlə görüş keçirərkən bunu bağlı qapılar arxasında edirlər: “Bağlı qapılar arxasında ayrı-ayrı ölkələrin səfirləri, beynəlxalq təşkilatların sözçüləri ilə görüşlər keçirən radikal müxalifət partiyalarına bu gün iqtidar tam şəkildə münasibətini göstərdi. Kim dialoq aparmaq istəyirsə, buyursun”.
Siyavuş Novruzov AXCP, “Müsavat” kimi partiyaların mövcud dialoqdan kənarda qalmalarını, bu prosesə qoşulmamalarını ilginc təhlil edərək bildirib ki, əslində, bu göstərişi onlara xidmət göstərdikləri xarici dairələr verib: “Təəssüf ki, bəzi siyasi partiyaların daxilində qarşıdurmalar yaşandığından, beynəlxalq təşkilatların sözü ilə siyasət apardıqlarından vahid mövqedən çıxış edə bilmirlər. Ona görə də, bu və ya digər formada dialoqdan qaçırlar. Bir tərəf deyir mənimlə, digər tərəf deyir mənimlə dialoq aparılmalıdır. Bu partiyalar xarici dövlətlərin əlində alətdirlər. Bunların hər hansı bir məsələdə dialoqa getmələrinə icazə vermirlər. Dialoqa birmənalı yanaşmayanlar özlərinin sanbalını artırmaq üçün müxtəlif fikirlər söyləyirlər. Azərbaycanın siyasi sistemində qarşısına məqsəd qoyan partiyaların nə qədər az, nə qədər çox müxalif olduğuna heç kim qərar verə bilməz. Əgər bir siyasi partiya qeydiyyatdan keçibsə, fəaliyyət göstərirsə, o zaman iqtidarla dialoq aparmaq hüququna malikdir”.
“Bakı şəhər İcra Hakimiyyəti bunlara mitinq keçirmək üçün ya vağzalda, ya da çayxanada yer verməlidir ki, sakinlər narahat olmasın”
YAP rəsmisi ötən həftə Müsavat Partiyasının keçirdiyi mitinqə də münasibətini bildirib və qeyd edib ki, ölkə tarixində bu cür utancverici aksiya keçirilməyib: “Azərbaycan mitinqçilik tarixində belə biabırçı mitinq görməmişdi. Müsavat Partiyasının mitinqinə toplaşan insanların böyük əksəriyyəti jurnalistlər, təhlükəsizlik xidmətinin nümayəndələri idi. Guya, həbs olunanlara azadlıq devizi altında keçirilən mitinqə həmin insanların valideynlərini, tanışlarını cəlb edərək onların da sosial bazasından istifadə etməyə çalışmışdılar. Bunun siyasi partiyaya nə aidiyyəti var?”
Siyavuş Novruzov bildirib ki, əgər bir partiya öz qurultayını demokratik, şəffaf keçirməyi bacarmırsa, onun keçirdiyi mitinq də bundan artıq olmayacaq: “Müsavat Partiyasının ədalətsiz qurultayından sonra partiyanın rayon təşkilatlarının nümayəndələrinin iştirak etməməsi saxtakarlığın, qeyri-demokratik seçkinin bariz göstəricisidir. Gələcəkdə Bakı şəhər İcra Hakimiyyəti bunlara mitinq keçirmək üçün ya vağzalda, ya çayxanada yer verməlidir ki, sakinlər narahat olmasın. Sosial bazası, elektoratı olmayanlar insanların istirahət gününü pozurlar. Ayrılan vaxtın 40-45 dəqiqəsindən ancaq istifadə edə bildilər. Çünki deməyə sözləri yoxdur. Köhnə fikirlər, çeynənmiş sözlərə qulaq asan yoxdur”.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

