TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin 5-ci iclası başa çatıb
20.12.2014 [12:05]
Bakıda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin beşinci iclası dekabrın 19-da başa çatıb.
AzərTAc xəbər verir ki, iclasın ikinci günü qeyri-maddi mədəni, mədəni və təbii, təhsil, “Dünya yaddaşı” üzrə seminarlar keçirilib.
“Türkdilli ölkələrin qeyri-maddi mədəni irs elementləri reyestrinin yenilənməsi və yaxın perspektivdə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına təqdim ediləcək birgə çoxmilli nominasiyaların müəyyənləşdirilməsi” mövzusundakı seminarda Qırğızıstan nümayəndəsi bu ölkənin milli çörəyi - “Halama”nın hazırlanması texnologiyasından danışıb və onun gələcəkdə UNESCO-nun Dünya İrs Siyahısına salınmasının əhəmiyyətini vurğulayıb.
Çıxışçılarda lavaşın Azərbaycan xalqına məxsus olması bir daha tarixi faktlarla diqqətə çatdırılıb.
“Türkdilli ölkələrin mədəni və təbii irs obyektlərinin reyestrinin yaradılması və yaxın perspektivdə UNESCO-nun Dünya İrs Siyahısına təqdim ediləcək birgə çoxmilli nominasiyaların müəyyənləşdirilməsi” mövzusundakı seminarda isə türkdilli ölkələrin milli parklarının, meşələrinin, mağaralarının qorunmasından və turizm üçün əhəmiyyətindən söhbət açılıb.
Çıxışlarda türkdilli ölkələrin milli muzeylərində qorunub saxlanan ortaq qədim əşyaların bir araya gətirilərək sərgilənməsinin vacibliyi vurğulanıb.
Digər seminar “UNESCO-nun assosiativ məktəbləri, UNESCO klubları və kafedraları proqramları çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi” mövzusunda olub. Seminarda milli təhsil sistemində ortaq dəyərlərin qorunması və təbliğinə həsr edilən dərslərin keçirilməsinin vacibliyi bildirilib.
“Türkdilli dövlətlərin sənədli irs obyektlərinin reyestrinin yaradılması və yaxın perspektivdə UNESCO-nun “Dünya yaddaşı” Dünya Sənədli İrs Siyahısına təqdim ediləcək birgə çoxmilli nominasiyaların müəyyənləşdirilməsi”nə dair seminarda isə türkdilli ölkələrin milli irs nümunələrinin UNESCO-nun Maddi və Qeyri-Maddi İrs Siyahısına salınmasının önəmi diqqətə çatdırılıb.
Günün ikinci yarısında “dəyrimi masa” rəhbərləri - Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yaşar Hüseynli, AMEA-nın “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini Şaiq İbrahimov, Təhsil Nazirliyinin şöbə müdiri Fariz Rzayev, mədəniyyət siyasəti üzrə ekspert, Avropa Muzeyləri Forumunun münsiflər heyətinin daimi üzvü Cahangir Səlimxanov müzakirə olunan məsələlərin yekununa dair çıxış ediblər.
Diqqətə çatdırılıb ki, “dəyirmi masa”larda səsləndirilən təkliflər gələcək əməkdaşlıq üçün yeni imkanlar açır.
Daha sonra UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Günay Əfəndiyeva və TÜRKSOY-un baş katibi Düsen Kaseinovun yekun çıxışları olub.
Bildirilib ki, iki gün ərzində bir çox məsələlər müzakirə olunub və önəmli nəticələr əldə edilib. İclasda iştirak edən hər təmsilçinin növbəti görüşədək müzakirə olunan məsələlərlə bağlı ölkəsində müəyyən işlərin görülməsini təşviq etməsi məqsədəuyğundur. Eyni zamanda, ölkələr qəbul edilən ortaq qərarlarla bağlı məlumatlandırılmalıdır ki, növbəti görüşdə müzakirə ediləcək mövzular yenidən yox, bu gün qaldığımız yerdən davam etsin. Həmçinin səsləndirilən təkliflərə dair növbəti tədbirədək milli komissiyalarımız arasında işlərin gedişi ilə bağlı məlumatlandırmaların aparılması məqsədəuyğundur.
Çıxışlarda belə görüşlərin yaxşı səmərə verəcəyi vurğulanıb.
Daha sonra TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin beşinci iclasının yekunu olaraq bəyannamə qəbul edilib.
İclas iştirakçılarına sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.
Azərbaycan bu gündən etibarən TÜRKSOY-a sədrlik edəcək.
Xatırladaq ki, TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin beşinci iclası Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 20 illik yubileyinə həsr olunub. İclasın keçirilməsində məqsəd türkdilli ölkələrin UNESCO-da əməkdaşlıq imkanlarının araşdırılması, müxtəlif layihələrin həyata keçirilməsi, birgə nominasiyaların UNESCO-nun müvafiq siyahılarına daxil edilməsi kimi əhəmiyyətli məsələlərin müzakirəsi və ölkələr arasında əlaqələrin möhkəmləndirilməsidir.
Xəbər lenti
Hamısına baxSiyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

