“ABŞ-da insan hüquqlarının vəziyyəti. Ölkənin xarici siyasətinin paradoksları”
16.01.2015 [10:12]
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə bu mövzuda dinləmələr keçirilib
Dünən Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “ABŞ-da insan hüquqlarının vəziyyəti. Ölkənin xarici siyasətinin paradoksları” mövzusunda dinləmələr keçirilib. Tədbirdə vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri - QHT və media nümayəndələri, siyasi partiya rəhbərləri, ekspertlər, millət vəkilləri iştirak ediblər.
Azərbaycan strateji tərəfdaş kimi öz milli maraqları əsasında bütün öhdəlikləri yerinə yetirib
Milli Məclisin deputatı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, son zamanlar ABŞ-da bir sıra dövlət qurumları və institutları Azərbaycanla bağlı qərəzli, həqiqəti əks etdirməyən bəyanatlar səsləndirirlər. Bunlar ABŞ-ın Azərbaycanla strateji əməkdaşlığının mahiyyətini əks etdirməyən bəyanatlardır: “Bu cür qərəzli bəyanatlarla bağlı Azərbaycan ictimaiyyətində haqlı narazılıq və narahatlıq yaranıb. Azərbaycanda fəaliyyət göstərən çoxsaylı QHT-lər tərəfindən müraciətlər daxil olub. Biz də belə bir qərara gəldik ki, dinləmələr keçirək, bu kontekstdə ABŞ-ın daxili və xarici siyasətinin mahiyyətinə dair fikir mübadiləsi aparaq, aydın olsun ki, bu ölkənin özündə insan hüquqlarının durumu necədir və Azərbaycanla bağlı bu cür qərəzli bəyanatlar səsləndirməyin hansı əsasları var? Heç kəsə sirr deyil ki, ABŞ-da irqi və dini zəmində kütləvi hüquq pozuntuları - diskriminasiya halları qeydə alınır, ölkə vətəndaşları bu cür irqi ayrı-seçkilikdən ciddi narazılıq ifadə edirlər. Əgər bu ölkə insan hüquqları və azadlıqlarını əsas tutduğunu iddia edirsə, nə üçün özündə baş verən bu halları nəzərə almır? Bir halda ki, Quantanamo həbsxanası fəaliyyət göstərir, Ferqussonda insan haqları pozulur, nə üçün ABŞ-ın beyin mərkəzləri Azərbaycanı hədəf seçirlər?”
Onun sözlərinə görə, Azərbaycan strateji tərəfdaş kimi öz milli maraqları əsasında bütün öhdəlikləri yerinə yetirib: “Azərbaycanda qanunların aliliyi əsasında ictimai asayişin qorunması naminə hüquqi addımların atılması ABŞ-da narazılıq yaradır. Amma Ermənistan QHT-lərinin 78 nəfəri, Gürcüstanda QHT-lərin 102 nəfəri siyasi məhbus elan etməsinə niyə münasibət bildirilmir? ABŞ-ın keçmiş diplomatlarının dili ilə Azərbaycana mesajlar verməyə çalışırlar. Kozlariç, Kramer kimi şəxslər Vyana Konvensiyasının tələblərini pozaraq çağırışlar edirlər. Bu cür hallar yolverilməzdir”.
“Bütün hallarda Azərbaycan öz daxili və xarici siyasətini milli maraqlar əsasında davam etdirir. Ona görə də bu cür təzyiq cəhdləri heç bir nəticə verməyəcək”, - deyə A. Quliyev əlavə edib.
ABŞ-da irqi, dini zəmində diskriminasiya faktları artıb
Milli Məclisin deputatı Zahid Oruc “ABŞ-da etnik, irqi və dini zəmində ayrı-seçkilik: ksenofobiya və islamofobiya təzahürlərinin güclənməsi” mövzusunda çıxışında ABŞ-da irqi, dini zəmində çoxsaylı diskriminasiya faktlarını diqqətə çatdırıb, bunun tarixi köklərinin olduğunu deyib. O bildirib ki, ABŞ əhalisinin 13 faizini təşkil edən qaradərililər sosial statuslarına, təhsil və ictimai-siyasi həyatda iştirakçılığa görə kifayət qədər məhdudiyyətlərlə üzləşirlər, əksər hallarda polis zorakılığına məruz qalan tərəf olurlar: “Bəlli olduğu kimi, bu təbəqənin nümayəndələri Ferqusson hadisələrinə görə mitinqlərə 50 il öncəki şüar və plakatlarla çıxdılar. Bu, yenə də onların hüquqlarının kütləvi surətdə pozulduğunu, irqi diskriminasiya halının davam etdiyini göstərir. Eyni zamanda, bu ölkədə islamofobiya daha da şiddətlənib”.
Z.Oruc bildirib ki, Azərbaycan ABŞ-la münasibətlərin pozulmasında maraqlı deyil. “Amma bu ölkə qərəzli şəkildə insan hüquqları məsələsini istismar və təzyiq vasitəsinə çevirməməlidir”, - deyə millət vəkili əlavə edib.
Birləşmiş Ştatlarda ifadə və media azadlığı məhdudlaşdırılır
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət “Cəmiyyət üzərində total nəzarət sistemi: şəxsi həyata müdaxilə, ifadə və mətbuat azadlığının məhdudlaşdırılması” mövzusunda çıxışında deyib ki, ABŞ bizə təbliğ edildiyi kimi, insan hüquq və azadlıqlarının mütləq şəkildə təmin edildiyi ölkə deyil. Əksinə, bu ölkədə hüquq və azadlıqlar, o cümlədən, ifadə və media azadlığı kobud şəkildə pozulmaqdadır: “Hazırda Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi ölkədə media ilə bağlı durumdan ciddi əndişə duyaraq Barak Obamaya müraciət üçün imza toplayır. Müraciətdə Obamadan tələb edilir ki, ABŞ-da jurnalistlərin normal fəaliyyəti üçün şərait yaradılsın, onlara qarşı hər cür təqibə son qoyulsun. Konkret olaraq 3 maddədən ibarət tələb irəli sürülür: jurnalistlərin və media qurumlarının istifadə etdiyi qurğulara qanunsuz müdaxilələrə və onlara qarşı gizli təqibə son qoyulması üçün prezident sərəncam versin; ABŞ sərhədlərində jurnalistlərə qarşı təcavüzkar münasibətə son qoyulsun; jurnalistləri xüsusi xidmətlərlə işbirliyinə cəlb etməyə və informasiya sızdıranları qorxutmağa yönəlmiş agressiv hüquqi təqiblərə son verilsin”.
A.Həsrət vurğulayıb ki, ABŞ-da həm də jurnalistlərin müxtəlif təzyiq vasitələrilə xüsusi xidmət orqanları ilə işbirliyinə cəlb edilməsi praktikasından geniş istifadə edilir: “Jurnalistlərin tədbirlər zamanı kütləvi şəkildə polis basqısına, həbslərə məruz qalması da bu ölkə üçün adi haldır. Elə son zamanlar gündəmdə olan Ferqusson hadisələri zamanı onlarla jurnalistin döyülməsi, həbs edilməsi, bəzilərinə qarşı hətta odlu silahla açıq təhdidlərin olması artıq bilinən gerçəklikdir. Avqustun 9-da polisin qaradərili silahsız gənc Maykl Braunu öldürməsindən sonrakı proseslərdə üst-üstə 52 jurnalist polis zorakılığına məruz qalıb, media təmsilçilərindən 21-i hətta həbs də edilib. Bu həbs və zorakılıq hadisələri cəmi 8 günün içində baş verib”.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının professoru Elman Nəsirov “Leqal korrupsiya və lobbiçilik: ABŞ siyasi sisteminin əsas elementlərindən biri kimi” mövzusunda çıxışında qeyd edib iki, ABŞ-da korrupsiya leqal xarakter daşıyır: “Bu ölkədə konqresmenlər böyük korporasiyaların maliyyə vəsaiti hesabına seçilirlər və onların sifarişləri əsasında fəaliyyət göstərirlər. 2012-ci ildə ABŞ-da prezident seçkilərində səfir təyin edilmək üçün Obamanın seçki kampaniyasına orta hesabla 550-750 min dollar məbləğində maliyyə dəstəyi verilməsi şərti qoyulmuşdu. Fransa və Monako bu sırada nisbətən bahalı ölkələrdir. Bu ölkələrə səfir getmək üçün şəxslər 6 milyon dollar ödəməli olublar. Lüksemburqda isə bu posta yiyələnmək üçün 3 milyon dollar maliyyə vəsaiti müəyyən olunub. Monako və Portuqaliyaya səfirlik işçisi getmək üçün təxminən 1,5 milyon dollar pul vermək lazım olub.
Beləliklə, ABŞ-ın siyasi sisteminin əsas elementləri olan korrupsiya və lobbiçilik siyasi sifariş vasitələri kimi çıxış edir”.
Birləşmiş Ştatlar Dağlıq qarabağ münaqişəsinin həllində də ikili standart nümayiş etdirir
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov “ABŞ-ın müstəqil siyasət yürüdən ölkələrə təzyiq vasitələri: insan hüquqları ilə manipulyasiya, rəngli inqilablar, hərbi müdaxilə və onların fəsadları” mövzusunda çıxışında bildirib ki, 1991-ci ildə SSRİ-nin süqutundan sonra ABŞ dünyada ən böyük fövqəlgücə malik ölkəyə çevrilib: “Bundan sonra onların həyata keçirdiyi siyasətdə hər hansı maneə görünmürdü. Bununla onlar beynəlxalq hüquqa ciddi zərbə vurdular. Faktiki olaraq Birləşmiş Ştatların xarici siyasəti beynəlxalq hüququn pozulması üzərində həyata keçirilir. Bu kontekstdə “yumşaq güc”dən xüsusilə istifadə edilir ki, burada da vətəndaş cəmiyyətləri institutları xüsusi yer tutur. ABŞ-ın Demokratiyaya Dəstək Fondu (NED) xüsusi olaraq fərqlənir. Ekspertlərin dediyi kimi, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 25 il öncə gizli şəkildə həyata keçirdiyi siyasəti NED həyata keçirir. Rəngli inqilablar, “yumşaq güc”dən istifadə, birbaşa hərbi müdaxilələr ABŞ xarici siyasətinin əsas cizgilərini təşkil edir”.
Fərhad Məmmədov bildirib ki, ABŞ 1945-ci ildən bu günədək 40 ölkəyə hərbi müdaxilə edib: “Bundan başqa, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə ikili yanaşma sərgiləyib, separatçı - qondarma “Dağlıq Qarabağ”a yardımlar göndərib, ATƏT-in Minsk qrupuna təcrübəsiz diplomatlar göndərib, 907-ci düzəlişi ləğv etməyib”.
ABŞ ikili standartlar siyasətindən imtina etməlidir
Milli Məclisin üzvü, AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru Musa Qasımlı qeyd edib ki, “Soyuq müharibə” dövründə dünya ölkələri və xalqları ABŞ-a hörmət edirdilər, inanırdılar, rəğbət bəsləyirdilər, indi isə bunları etmirlər. Buna səbəb ABŞ-ın ikili standartlarıdır. O əlavə edib ki, bu ikili standartlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də özünü göstərir: “Məsələn, Birləşmiş Ştatlar qondarma erməni “soyqırımı”na dair müxtəlif qərarlar qəbul edir, amma Xocalı faciəsini qəbul etmir. O, acıdır, bu, yox?! Azərbaycanın işğal olunmuş bölgəsində valideyninin məzarını ziyarət edən şəxsləri girov götürürlər və buna münasibət bildirilmir. Bu, ikili standartlar nümunəsidir”.
Çıxış edən digər iştirakçılar - Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı, Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev, Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə, Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov, Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, millət vəkili Elmira Axundova, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildiriblər ki, ABŞ “demokratiya”, “insan hüquqları” kimi məsələlərdən təzyiq və istismar vasitəsi kimi istifadə edir. Diqqətə çatdırılıb ki, bu ölkədə irqi, dini zəmində mövcud olan diskriminasiya halları insan hüquqlarının kütləvi şəkildə pozulması nümunəsidir. Bildirilib ki, Birləşmiş Ştatlar Azərbaycanla strateji tərəfdaşlığa əsaslanan əməkdaşlıq münasibətlərinə zidd hallara yol verməməli, ikili standartlardan imtina etməlidir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

