Xarici siyasət: Azərbaycan nümunəsinin bir sıra məqamları
03.02.2015 [18:14]
Müasir şəraitdə dövlətlərarası münasibətlər mürəkkəb xarakter daşıyır. Müxtəlif regionlarda özünü göstərən münaqişələr bütövlükdə ziddiyyətli mənzərə yaradır. Belə bir şəraitdə uğurlu xarici siyasət aparmaq olduqca çətin məsələdir. Lakin Azərbaycan rəhbərliyi bunun öhdəsindən böyük uğurla gəlir. 2014-cü ildə bu istiqamətdə müşahidə edilən proseslər həmin fikrin doğruluğunu tam təsdiqləyir. Onların, hətta bir qisminin belə qısa təhlili Bakının son dərəcə təmkinli strateji mövqe tutduğunu göstərir. Azərbaycanın xarici siyasətini bütün region üçün nümunə kimi qəbul etmək olar. Əslində, real proseslərin məntiqi bu qənaətin doğruluğunu sübut edir.
Mürəkkəb vəziyyət: geosiyasətin ziddiyyətləri
2014-cü ildə dünyanın geosiyasi mənzərəsi mürəkkəbliyi ilə seçildi. Bir sıra ölkələr arasında münasibətlərdə gərginlik müşahidə edildi. Şərqi Avropada yeni münaqişə ocağı meydana gəldi. İndi də Ukrayna ətrafında vəziyyət qeyri-müəyyəndir. Burada hərbi əməliyyatlar şiddətlənib və tərəflərin bir-birinə güzəştə getmək fikrində olmadığı hiss edilir. Yaxın Şərqdə isə İŞİD terroru davam edir. Mütəxəssislər bu hadisənin bir çox regionlara təsir edə biləcəyindən ehtiyatlanırlar. ABŞ hərbi komandanlığının yaydığı informasiyaya əsasən, İŞİD-in komandir heyətinin 50 faizi məhv edilsə də, bu təşkilat böyük təhlükə olaraq qalır. Hətta ona qarşı İran-ABŞ koalisiyasının yarana biləcəyi də vurğulanır.
Nəhayət, 2014-cü ilin sonlarında neftin qiymətinin sürətlə aşağı düşməsi faktiki olaraq vəziyyəti dəyişdi. Bir sıra ölkələr böhrana düşdü, neft idxal edənlər isə qazanmağa başladılar. Bu isə qlobal miqyasda indiyə qədər mövcud olmuş balansın pozulmasına səbəb olur.
Bu cür şərtlər daxilində uğurlu xarici siyasət həyata keçirmək böyük ustalıq tələb edir. Azərbaycan buna nail olub. Rəsmi Bakı 2014-cü ildə bir çox istiqamətlərdə yaddaqalan addımlar atıb. Bunu hər kəs etiraf edir. Əslində, əldə olunan konkret nəticələr təsdiqləyir ki, Azərbaycanın xarici siyasəti kifayət qədər çevik və səmərəli prinsiplər əsasında qurulub. Bu aspektdə bir sıra məqamlar üzərində geniş dayanmaq olar.
Hər şeydən əvvəl onu vurğulayaq ki, ölkə diplomatiyası Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi üçün xeyli fəallıq göstərib, o cümlədən, beynəlxalq təşkilatlarla əməkdaşlığını daha da genişləndirib. İntensiv cərəyan edən bu prosesdə iki səviyyəni ayrıca qeyd etməyə ehtiyac görürük: birincisi, ikitərəfli və üçtərəfli əlaqələrin inkişaf etdirilməsi; ikincisi, müxtəlif təşkilatların tərkibində fəaliyyətin gücləndirilməsi.
Xarici siyasətdə bu cür aktivlik müasir dövrün tələbidir. Çünki indi dünya üzrə qarşılıqlı əlaqələr o dərəcədə dərinləşib və inkişaf edib ki, yaranmış vəziyyətdə yalnız çoxvektorlu siyasət yeritməklə uğur qazanmaq mümkündür. Sevindiricidir ki, Azərbaycan diplomatiyası məhz bu metodla işləyir və böyük nailiyyətlər əldə edir. Bir neçə misal göstərə bilərik. Keçən il Prezident İlham Əliyev İran və Rusiyaya səfər edib. Türkiyə və Gürcüstan prezidentləri də Azərbaycana gəliblər. Bunlar adi səfərlər deyildi. Ölkə başçısı İlham Əliyev olduqca səmərəli və aktiv fəaliyyəti ilə hər xarici səfərində milli dövlətçilik üçün böyük əhəmiyyətli razılaşmalara nail olur.
Azərbaycana gələn xarici ölkə başçıları ilə də yüksək səviyyədə danışıqlar aparılır ki, bunun da bəhrəsini hər bir kəs görür. Eyni zamanda, 2014-cü ildə hökumət başçıları və nazirlər səviyyəsində də maraqlı görüşlər olub. Məsələn, 20 ölkənin xarici işlər nazirləri Azərbaycana səfər ediblər. Onların sırasında Niderland, İspaniya, İsrail, Rusiya, Avstriya və Almaniya kimi dövlətlərin XİN rəhbərləri də vardır. Bu cür təmaslarda ölkələr arasında ikitərəfli əməkdaşlığın yeni səviyyəyə qalxması üçün əlavə fürsətlər yaranır. Təsadüfi deyil ki, məhz 2014-cü ildə Azərbaycanda Kolumbiya, Malayziya, İsveç, Meksika, Xorvatiya, İspaniya və Estoniya səfirliklərinin ofisləri açılıb. Prezident ölkəmizin Əlcəzairdə səfirliyinin açılması haqqında Sərəncam imzalayıb. Bakıda Sloveniya və Makedoniyanın fəxri konsulluqları fəaliyyətə başlayıb.
Bu proseslərin fonunda Azərbaycan Prezidentinin bir təşəbbüsü bütövlükdə müasir diplomatiya üçün nümunə ola bilər. Biz, üçtərəfli əməkdaşlıq formatının tətbiq olunmasını nəzərdə tuturuq. 2014-cü ilin mayında Türkiyə, Gürcüstan və Azərbaycan dövlət başçıları Tbilisidə görüş keçirdilər. Bununla bağlı ölkə rəhbəri İlham Əliyevin dediyi fikirlər olduqca maraqlıdır və məsələnin aktuallığını tam olaraq göstərir: “Hazırda bu üçtərəfli format nəinki regionda, hətta dünya miqyasında belə böyük maraq doğurur. Bu, əslində, nadir bir formatdır. Çünki burada üç müstəqil dövlət artıq bərabərhüquqlu münasibətlər - qarşılıqlı maraq və bir-birinə hörmət əsasında müasir, mədəni, xalqlarımızın maraqlarına cavab verən münasibətlər qurmuşdur. Hesab edirəm ki, bu təcrübə başqa ölkələr üçün də cəlbedici ola bilər”.
Üçtərəfli əməkdaşlıq formatı və beynəlxalq dəstək: ağır zəhmətin bəhrəsi
Həmin kontekstdə üçtərəfli əməkdaşlığın üstünlüyünü göstərən iki faktora diqqət yetirmək olar. Birincisi ondan ibarətdir ki, regional miqyasda səmərəli əlaqələr qurmağın yeni imkanları meydana gəlir. Buraya Azərbaycan-İran-Türkiyə və Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlıq formatını da əlavə etmək gərəkdir. Coğrafi olaraq bu, geniş bir ərazidə inteqrasiya proseslərinə güclü təkan vermək deməkdir. Buradan ikinci faktorla bağlı fikir söyləməyə ehtiyac duyulur.
Bu, faydalı təhlükəsizlik sisteminin formalaşdırılması şansının meydana gəlməsidir. Məlumdur ki, təhlükəsizlik hazırda son dərəcədə aktual bir problemdir. Dünyanın heç bir regionu təhdidlərdən, sabitliyi pozan proseslərdən sığortalanmayıb. Ona görə də, perspektivli təhlükəsizlik mexanizminin axtarışı ciddi problemdir. Hesab edirik ki, Azərbaycanın təklif etdiyi ikitərəfli və üçtərəfli əməkdaşlıq formatı bu baxımdan olduqca maraqlı görünür. Çünki burada faktiki olaraq iqtisadi, sosial, enerji, hərbi və siyasi sahələrin bir-birinə uyğun şəkildə inkişaf etdirilməsi, həmin əsasda əməkdaşlığın genişlənməsi nəzərdə tutulur. Hazırda bu istiqamətlərdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında ciddi əlaqələrin mövcud olduğunu deyə bilərik. Bunun nəticəsidir ki, Cənubi Qafqazda sabitliyi qorumaq mümkün olur.
Bu məqamda Azərbaycan xarici siyasəti üçün də böyük əhəmiyyəti olan bir faktı vurğulamaq gərəkdir. Ermənistan Azərbaycanın təklif etdiyi əməkdaşlıq formatlarında yoxdur. Bu, kimisə süni surətdə təcrid etmək yox, qonşu dövlətin torpaqlarını işğal etmiş təcavüzkarı sülhə dəvət etmək deməkdir. İrəvan zəbt etdiyi Azərbaycan ərazisindən qoşunlarını çıxarsa, onun üçün də regional əməkdaşlıq formatlarında iştirak etmək imkanları yaranacaq. Deməli, ermənilərin üçtərəfli əlaqələrə cəlb edilməməsi şüurlu və məqsədyönlü şəraitdə, regionun sabitliyi naminə baş verir. Bütün bunlara görə, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın təklif etdiyi əməkdaşlıq formatları ümumən dünya üçün cəlbedici ola bilər.
Niyə hələ də savaşın davam etdiyi Ukrayna və terrorun hər gün can aldığı Yaxın Şərq həmin yanaşmadan istifadə etməsin? Əgər Kiyev qonşuları ilə üçtərəfli formatda münasibət qura bilərsə, müharibənin dayanması asan olar. Yaxud Yaxın Şərqdə ölkələr bu cür əlaqələr vasitəsi ilə İŞİD-ə qarşı səmərəli mübarizə apara bilərlər.
Azərbaycan isə öz təşəbbüskarlığı və fəallığı ilə beynəlxalq miqyasda Ermənistanın təcavüzkarlığının qınanması, Dağlıq Qarabağ məsələsinin ədalətli həlli istiqamətində uğurlar əldə edib. Onlardan sadəcə bir neçəsini sadalamaq istərdik. İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının sessiyasında qəbul edilən qətnamələrdən biri “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” adlanır. Burada mədəni obyektlərə qarşı ermənilərin vəhşiliklər törətməsinin ayrıca vurğulanması ciddi hadisədir. Çünki Ermənistan dünyaya car çəkir ki, onun mədəniyyətini azərbaycanlılar dağıdırlar. Reallıq isə, yuxarıda qeyd edilən qətnamədən göründüyü kimi, tamamilə başqa cürdür. Həmin təşkilatın yekun Ciddə bəyannaməsində isə Dağlıq Qarabağ məsələsində Bakının tutduğu mövqe tamamilə müdafiə olunub.
Bundan başqa, NATO-nun Uels sammitində Azərbaycanın ərazi bütövlüyü dəstəklənib, Ərəb Dövlətləri Liqası buna uyğun sənəd qəbul edib. Bunların fonunda Azərbaycanın keçən il Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsi kifayət qədər cəlbedici görünür. Bütövlükdə AŞPA-da ölkə nümayəndələrinin fəallığı ayrıca qeyd edilməlidir. Dövlət başçısı İlham Əliyev AŞPA-da keçən ilki çıxışında vurğulayıb ki, “Əlbəttə, bilirdik ki, Avropa Şurasına qoşulmağımız, həmçinin, öhdəlikləri nəzərdə tutacaqdır. Biz isə bunlara hazır idik. Bu günə qədər biz öhdəlikləri yerinə yetiririk. 60-a yaxın konvensiyaya qoşulmuşuq. Qanunvericiliyimizi təkmilləşdirmişik. Bu gün həyata keçirdiyimiz islahatlar cəmiyyətimizdə çox müsbət mühit yaradır”.
Şübhəsiz, ölkə rəhbərinin Avropa dövlətlərinə, onların başçılarının isə Azərbaycana çoxsaylı səfərlər etməsi də əhəmiyyətlidir. Bu cür əlaqələr indi çox geniş sahələri əhatə edir ki, onlar haqqında da KİV kifayət qədər məlumat yayıb.
Başqa misallar da göstərə bilərik. Onların sırasında dünya əhəmiyyətli “Cənub” qaz dəhlizinin təməlqoyma mərasiminin 2014-cü ildə keçirilməsini xüsusi qeyd etmək istərdik. Çünki bu layihə enerji təhlükəsizliyinin təmini məsələsində irəliyə doğru atılmış ciddi bir addımdır.
Təbii ki, bir yazıda xarici siyasət sahəsində həyata keçirilən bütün işləri əhatə etmək mümkün deyil. Ancaq yuxarıda vurğulanan bir sıra məqamlar da göstərir ki, 2014-cü ildə Azərbaycan xarici siyasətdə dövlətçilik üçün böyük əhəmiyyəti olan uğurlar əldə edib. Bunun memarı isə Prezident İlham Əliyevdir. Heç bir şübhə yoxdur ki, 2015-ci il də həmin istiqamətlərdə yeni uğurların əldə edilməsi ilə yadda qalacaq.
Leyla MƏmmƏdƏliyeva
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

