/ / “Azərbaycan Respublikasının Milli Atlası” və “Cənubi Qafqaz: 1903-cü il” xəritəsinin təqdimatı keçirilib
“Azərbaycan Respublikasının Milli Atlası” və “Cənubi Qafqaz: 1903-cü il” xəritəsinin təqdimatı keçirilib
03.02.2015 [18:22]
Dünən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Milli Atlası” və “Cənubi Qafqaz: 1903-cü il” xəritəsinin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan “Azərbaycan Respublikasının Milli Atlası”nın redaksiya heyətinin sədr müavini, AMEA-nın prezidenti, akademik Akif Əlizadə Milli Atlası coğrafiya və kartoqrafiyanın nailiyyətlərini özündə cəmləşdirən ən yüksək səviyyədə tamamlanmış kartoqrafik əsər kimi qiymətləndirib. Akademik Akif Əlizadə milli atlasların nəşrinin bir çox dövlətlərdə xəritəçəkmə orqanları qarşısında duran prioritet məsələlərdən olduğunu vurğulayıb. Akademik Akif Əlizadə yalnız güclü elmi potensiala malik dövlətlərin bu məsuliyyətli işin öhdəsindən müstəqil şəkildə gələ bildiklərini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Çıxışının sonunda “Azərbaycan Respublikasının Milli Atlası” və “Cənubi Qafqaz. 1903-cü il” xəritəsinin nəşrini Azərbaycanın elmi, ictimai və mədəni həyatında mühüm tarixi hadisə kimi dəyərləndirən akademik Akif Əlizadə diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə öz minnətdarlığını bildirib.
Tədbirdə “Azərbaycan Respublikasının Milli Atlası” məxsusi kartoqrafik əsərdir” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi, Milli Atlasın redaksiya heyətinin məsul katibi, akademik Qərib Məmmədov diqqətə çatdırıb ki, son vaxtlar ayrı-ayrı ölkələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, tarixi və coğrafi adlarının təhrif olunması, inzibati ərazi vahidlərinin sərhədlərinin dəyişdirilməsi istiqamətində təxribat xarakterli materialların, xəritə və atlasların kütləvi informasiya vasitələrində yayılması halları artmışdır: “Göründüyü kimi, biz özümüz istəmədən informasiya müharibələrinin ən qəddar və amansız növü olan kartoqrafik müharibəyə cəlb olunmuşuq. Ölkə Prezidenti belə təxribatların qarşısını almaq və ölkəmiz haqqında düzgün məlumatları dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə, 1903-cü ildə çar Rusiyasının hərbi dairələri tərəfindən tərtib edilmiş “Karta Kavkazskoqo voennoqo okruqa 1903-qo qoda” xəritəsi əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış “Cənubi Qafqaz. 1903-cü il” xəritəsinin nəşr olunmasına göstəriş vermişdir. 3 dildə - Azərbaycan, ingilis və rus dillərində nəşr olunan xəritənin ölçüsü 210 sm-180 sm, nüsxə sayı isə hər bir dildə 25 min ədəddir”.
Onun sözlərinə görə, təqdimatı keçirilən Azərbaycan Respublikasının Milli Atlası informasiyanın fundamentallığına və müasirliyinə, onun praktiki dəyərinə, həmçinin təsvirinin kartoqrafik üsullarına məsul olan böyük elmi-praktik kollektivin çoxillik əməyinin nəticəsidir: “Milli Atlasın tərtibatı zamanı bütün miqyas sırası və bütün məzmun elementləri üzrə razılaşdırılmış ümumiləşmə üsullarının təyini, vahid şərti işarələr sisteminin seçilməsi, atlas xəritələrinin vahid ştrixləmə və rəng tərtibatının hazırlanması kimi mürəkkəb məsələlər uğurla həll olunmuşdur. Əlbəttə, bu gün təqdim etdiyimiz Milli Atlasın bünövrəsi məhz möhtərəm Prezidentimiz tərəfindən, Onun müvafiq Sərəncamı ilə qoyulmuşdur. Bu Atlas ölkə rəhbərinin diqqət və qayğısı nəticəsində meydana gəlməklə yanaşı, İlham Əliyev sosial-iqtisadi siyasətinin parlaq nəticələrinin əks olunduğu güzgülərdən biridir. Bu baxımdan biz təbii proses və hadisələrlə yanaşı, Heydər Əliyev dühasının şah əsəri olan müstəqil Azərbaycanın, onun cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi nailiyyətlərinin tam spektrinin kartoqrafik üsullarla inikasını qurmağa çalışmışıq”.
Akademik diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Milli Atlası milli atlasların ümumdünya elmi səviyyəsinə cavab verir və məzmununa görə elmi-məlumat tipinə aiddir. Onun sözlərinə görə, o, Azərbaycan Respublikasının təsvir edildiyi dünya və materiklərin kompleks atlaslarından, ərazi əhatəsindən daha çox, ölkəmizin kartoqrafik xarakteristikasının həmin nəşrlərdə təmin edilə bilməyəcək dərəcədə tamlığı və detallılığı ilə seçilir: “Azərbaycan Respublikasının Milli Atlası xüsusi növ kartoqrafik əsər olaraq, ölkəmizin digər fundamental kompleks atlaslarından böyük həcmi, məzmunun tamlığı, yüksək elmi səviyyəsi, müxtəlif hissələri, o cümlədən bölmələri, ayrı-ayrı xəritələrinin bir-biri ilə tam şəkildə uzlaşması ilə fərqlənir. Azərbaycan Respublikasının Milli Atlası 19 bölmədən, 444 səhifədən və 1000-ə yaxın xəritədən, diaqramlardan, cədvəllərdən, izahedici mətnlərdən, slaydlardan və digər vacib material və məlumatlardan ibarətdir. Elmi tədqiqatlarla məşğul olanlar ondan müasir cəmiyyətdə dayanıqlı münasibətlər, əlaqələr, proseslər və strukturların müəyyənləşdirilməsi, müasir coğrafi, sosioloji, iqtisadi və politoloji nəzəriyyələrin formalaşdırılması üçün istifadə edə bilərlər. Təhsil və mütəxəssislərin hazırlanması sahəsində Milli Atlas əhali və iqtisadiyyat sistemlərinin təşkili və qarşılıqlı fəaliyyəti haqqında bilikləri əyani şəkildə təqdim edən dərs vəsaiti kimi yararlıdır”, - deyə DTXK sədri əlavə edib.
Akademik ümidvar olduğunu bildirib ki, Mili Atlas öz tarixi missiyasını uğurla yerinə yetirəcəkdir: “Əminəm ki, Azərbaycan Respublikasının Milli Atlası yüksək tələbat olan nəşr olmaqla yanaşı, müasir Azərbaycanın real həyatını daha yaxşı başa düşməyə, onun perspektivlərini və potensial imkanlarını görməyə imkan verəcəkdir”.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, Azərbaycan alimləri və mütəxəssisləri milli xəritəçəkmə mədəniyyətinin tərəqqisi istiqamətində mühüm uğurlara imza atıblar: “Hələ sovet dövründə ölkənin fiziki, coğrafi, geoloji, siyasi və inzibati xəritələri hazırlanıb. Lakin ölkəmiz müstəqillik qazandıqdan sonra bu sahənin elmi-praktiki, təsərrüfat əhəmiyyəti, siyasi və ideoloji xüsusiyyəti artıb. Erməni ekspansionistlərin xəritə və atlaslardan ölkəmizə qarşı silah kimi istifadə etməsi bu məsələnin nə qədər vacib olduğunu göstərir. Dövlətin öz məqsədlərinə çatması yolunda kartoqrafik materialların əhəmiyyətini və təsir imkanlarını mühüm qiymətləndirən Ümummilli lider Heydər Əliyev bu sahənin inkişafına xüsusi həssaslıqla yanaşıb”.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri bildirib ki, 2001-ci ildə ölkədə struktur islahatları aparılarkən kartoqrafiya problemləri diqqətdən yayınmayıb, müasir dövrdə mövcud resurslardan daha səmərəli istifadə etmək üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradılıb: “Tədqiq olunmuş məlumatlar və statistik göstəricilər Azərbaycanda kartoqrafiya sahəsində yeni inkişaf mərhələsinin İlham Əliyevin adı ilə bağlı olduğunu söyləməyə əsas verir. Prezidentin müstəsna xidməti və himayəsi sayəsində 2003-cü ildən indiyə qədər respublikada 200-dən çox xəritə və atlas nəşr olunub. Bu sahədə ana dilində çap olunmuş topoqrafik xəritələr, ölkənin ekoloji, torpaq, turizm və sair atlaslarını qeyd etmək yerinə düşər. Son 10 ildə dövlət sərhədlərinin delimitasiyası sahəsində görülən işlərin nəticələri ictimaiyyətə məlumdur. Bu sahədə indiyədək həyata keçirilən işlərin mahiyyətini azaltmadan qeyd etmək olar ki, kartoqrafiyanın şah əsəri bu gün təqdimatı keçirilən Milli Atlasdır. Prezident İlham Əliyevin 2011-ci il 20 aprel tarixli Sərəncamına əsasən hazırlanan bu fundamental nəşr ölkəmiz haqqında mühüm informasiya mənbəyi, analitik material, sosial-iqtisadi inkişaf üçün tələb olunan biliklərin məcmusudur. Bu nəşrdə Azərbaycanın mədəniyyəti, iqlimi, flora və faunası, yeraltı və yerüstü sərvətləri, iqtisadiyyatı və digər sahələr haqqında mötəbər məlumatlar toplanıb”.
Ə.Həsənov qeyd edib ki, Atlasdakı qiymətli elmi məlumatlar, 1000-ə yaxın xəritə, diaqram və cədvəl, arayışlar, qrafika və illüstrasiyalar redaksiya heyətinin və bütün mütəxəssislərin gərgin əməyinin nəticəsidir: “Beynəlxalq təcrübə göstərir ki, milli atlasları yalnız müstəqil dövlətlər hazırlayır. Hazırda dünyadakı 200-dək dövlətdən təxminən yarısının atlası yoxdur. Qərb ölkələri bu prosesi hələ ötən əsrin 70-90-cı illərinin ortalarından başlayıblar. Biz postsovet ölkələri arasında 5-ci ölkəyik ki, milli atlasımızı buraxırıq. Bizdən əvvəl Rusiya, Belarus, Ukrayna və Qazaxıstan milli atlaslarını hazırlayıblar. Təbii ki, Azərbaycanın Milli Atlasının ərsəyə gəlməsi həm dövlət müstəqilliyimizin bizə bəxş etdiyi tarixi nailiyyət, həm xalqımızın yüksək intellektual potensialının göstəricisi, həm də son illər sosial-iqtisadi sahədə qazanılan uğurların nəticəsidir”.
Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov qeyd edib ki, “Azərbaycan Respublikasının Milli Atlası” və “Cənubi Qafqaz: 1903-cü il” xəritəsinin təqdimatı müstəsna əhəmiyyət kəsb edir: “Azərbaycan Respublikasının Milli Atlası ölkəmizin tarixi, iqtisadi və mədəni inkişafı səviyyəsini göstərən spesifik tarixi sənəddir”.
Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Azərbaycan Respublikasının Milli Atlasının əhəmiyyətindən bəhs edərək qeyd edib ki, bu, böyük bir tarixi sənəddir. Azərbaycan Respublikasının Milli Atlası ayrı-ayrı elm sahələrini özündə ehtiva edən mötəbər mənbədir.
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, müstəqil Azərbaycan dövlətinin Milli Atlasının nəşr olunması gələcək nəsillərimizdən ötrü, gələcək yüzilliklər, minilliklər üçün elmin bütün sahələrini əhatə edən çox qiymətli bir mənbənin həyata vəsiqə alması deməkdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynova diqqətə çatdırıb ki, “Azərbaycan Respublikasının Milli Atlası” və “Cənubi Qafqaz: 1903-cü il” xəritəsinin hazırlanması tarixi, siyasi və strateji mənada böyük önəm kəsb edir.
AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov “Azərbaycan Respublikasının Milli Atlası” və “Cənubi Qafqaz: 1903-cü il” xəritələrinin əhəmiyyətindən danışaraq görülən işləri müsbət dəyərləndirib. Diqqətə çatdırıb ki, bunlar mühüm tarixi sənədlərdir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

