/ / Azərbaycan ilə İran arasında bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub
Azərbaycan ilə İran arasında bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub
17.02.2015 [12:34]
Fevralın 16-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşüb. Əvvəlcə təkbətək keçirilən görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Daha sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.
Elmar Məmmədyarov bildirib ki, Azərbaycan-İran münasibətləri dərin tarixi, mədəni köklərə söykənir. İki ölkə arasında əlaqələr xüsusilə son bir ildə sürətlə inkişaf edir. Nazir yaxın gələcəkdə hər iki ölkənin nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin nəzərdə tutulduğunu diqqətə çatdırıb, bu səfərlərin əlaqələrimizin daha da möhkəmlənməsində rolunu qeyd edib.
Elmar Məmmədyarov bildirib ki, iranlı həmkarı ilə görüşdə əsasən ikitərəfli əlaqələrin inkişaf perspektivləri diqqət mərkəzində olub. O, Məhəmməd Cavad Zərifi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyət barədə də məlumatlandırdığını söyləyib.
Nazir ikitərəfli və üçtərəfli formatda keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. O, İran-Azərbaycan-Türkiyə görüşünün İranda keçiriləcəyini diqqətə çatdırıb.
Bildirilib ki, müzakirələr zamanı diqqət mərkəzindəki əsas məsələlərdən biri də Rəşt-Astara dəmir yolunun tikintisi məsələsi olub.
Məlumat verilib ki, gələn ay Xəzər dənizinin delimitasiyası ilə bağlı 5 sahilyanı ölkənin xarici işlər nazirləri səviyyəsində görüş keçiriləcək. Həmin görüş çərçivəsində ikitərəfli görüşlərin də təşkili nəzərdə tutulur.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif qonşu ölkələrlə dostluq şəraitində yaşamağın İranın xarici siyasətinin əsas tərkib hissəsi olduğunu deyib. Nazir bildirib ki, birgə əməkdaşlıq, regionda sabitliyin və sülhün bərqərar olması əsas məqsədlərdən biridir.
Məhəmməd Cavad Zərif görüşlərdə iki ölkə arasında iqtisadi, siyasi, beynəlxalq əlaqələr, terrorizmlə mübarizə, müdafiə, kənd təsərrüfatı, nəqliyyat, mədəniyyət, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirə olunduğunu deyib.
Xəbər lenti
Hamısına baxMEDİA
31 İyul 10:30
Dünya
31 İyul 10:19
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Dünya
31 İyul 09:45
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 08:50
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15

