“Bu gün heç bir seçki narahatçılığı yoxdur”
12.03.2015 [12:16]
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bəzi KİV-lərdə “hakimiyyətdə deputat siyahısı narahatlığı” ilə bağlı iddialara münasibət bildirib. S.Novruzov Trend-ə açıqlamasında bu iddiaların tamamilə əsassız olduğunu vurğulayıb: “Qəti şəkildə belə bir şey yoxdur. Təbii ki, parlament seçkiləri ilə əlaqədar istənilən normal siyasi partiya öz namizədlərini müəyyənləşdirir, yeni namizədlər axtarır, hansı seçki dairəsindən kimlərin gedə biləcəyi barədə tədqiqatlar aparır. Bu normal bir prosesdir. Anormallar bunu başa düşmür və yaxud da bundan şou düzəltməyə çalışırlar”.
Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası da hər dəfə seçkilərə bir il qalmış özünün seçki proqramını təsdiq edir və bu proqram əsasında da öz işini qurur: “Artıq bu proqram təsdiq olunub, dairələr üzrə seçicilərin müəyyənləşdirilməsi aparılır. Çünki seçicilərin yerdəyişməsi baş verib, dünyasını dəyişənlər var, 18 yaşına çatanlar var, hərbi xidmətə gedənlər və hərbi xidmətdən qayıdanlar var. Bunların hamısının tədqiqatları aparılır. Eyni zamanda, o ərazilərdəki mövcud problemlər və onların həlli yolları, oradakı millət vəkillərinin fəaliyyəti ilə bağlı seçicilərin rəyi öyrənilir. Bu normal bir prosedur qaydadır ki, seçki dövründə hansı dairədən hansı namizədin irəli sürülməsi müəyyən edilir”.
S.Novruzov vurğulayıb ki, “hakimiyyətdə seçki narahatçılığı var” deyənlərin özlərinin heç bir potensialı yoxdur: “Onlar özləri namizəd müəyyənləşdirə bilmirlər. Birincisi, heç namizədləri yoxdur. Ordan, burdan, QHT-dən adam tapıb kimisə həvəsləndirməyə çalışırlar ki, namizəd kimi irəli sürsünlər. Hər bir siyasi partiyanın seçki platforması olmalıdır. Ancaq bunlar anormal partiya olduqları üçün, anormal siyasətçi olduqları üçün, seçkilərə anormal yanaşdıqları üçün həmişə də seçkilərdə biabırçı şəkildə uduzurlar və indidən “seçki narahatçılığı var” kimi əsassız iddialar ortaya atmaqla aranı qarışdırmağa çalışırlar. Bu gün heç bir seçki narahatçılığı yoxdur, bizim deputatlarımız aktiv şəkildə parlamentdə də, dairələrdə də fəaliyyət göstərirlər”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06

