Çanaqqala savaşından bəhs edən “Son məktub” filmi Bakıda təqdim olunub
16.04.2015 [10:29]
Aprelin 15-də “28 Cinema” kinoteatrında Çanaqqala savaşının 100-cü ildönümünə həsr edilmiş “Son məktub” filminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin “Son məktub” filminin təqdimat mərasiminin iştirakçılarına məktubunu oxuyub.
Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Səfir qeyd edib ki, Prezidentin bu diqqəti Azərbaycan-Türkiyə qardaşlığının daha bir təcəssümüdür.
Diplomat Çanaqqalada baş vermiş qanlı döyüşlərdən söhbət açaraq bildirib ki, bu gün yüz il əvvəl ölüm-dirim mübarizəsinin yaşandığı bir anı yad edirik. Həmin savaşda türk əsgərlərinin göstərdikləri şücaətdən bəhs edən səfir Azərbaycan oğullarının onların yanında olduğunu, onlarla birlikdə döyüşdüklərini diqqətə çatdırıb. Tarix boyunca Azərbaycandan güc aldıqlarını vurğulayan İsmail Alper Coşkun filmin təqdimatına dəstək göstərənlərə minnətdarlığını bildirib.
Filmin ssenari müəllifi və rejissoru Özhan Eren, baş rolun ifaçısı Azərbaycan əsilli aktrisa Nəsrin Cavadzadə ekran əsərinin ərsəyə gəlməsi prosesindən danışıblar. Akrtisa çəkildiyi filminin doğulub böyüdüyü şəhərdə təqdimatından qürur duyduğunu vurğulayıb.
Sonra filmin nümayişi olub.
Filmin ssenarisi Çanaqqala savaşından dövrümüzə gəlib çatan bir məktubun əsasında hazırlanıb. Əsas rollarda Tansel Öngel, Nəsrin Cavadzadə, Hüseyin Avni Danyal, Bülent Şakrak, Nərmin Hüseynova və Barbara Sotelsekin çəkildikləri ekran əsəri təyyarəçi Salih Ekrem ilə Nihal adlı tibb bacısının hekayətindən bəhs edir. Müharibənin ən çətin günlərində onlar Fuat adında kimsəsiz uşağı himayəyə götürürlər. “Kiçik qazi Fuat” ləqəbli bu uşaq Salih Yüzbaşı ilə tibb bacısı Nihalın arasındakı ülvi sevginin yeganə şahidi olur.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:17
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19

