Siyavuş Novruzov: Onların əsas problemi birinci Avropa Oyunlarını həzm etməməkdir
12.06.2015 [09:30]
“Hər kəsə məlumdur ki, ABŞ və Qərbin bir sıra siyasi dairələri zaman-zaman Azərbaycanın dünyada qazandığı imicə kölgə salmaq istəyib. Birinci Avropa Oyunları ərəfəsində Avropa Parlamentinin dinləmələr keçirməsi də buna misal göstərilə bilər”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Avropa Parlamentində Azərbaycana qarşı keçirilən dinləmələrə münasibət bildirərkən deyib.
O, həmin dinləmələrdə Azərbaycanı dəstəkləyən avropalı deputatların çoxluq təşkil etdiyini xatırladaraq bildirib ki, buna baxmayaraq, Şultsun qərəzli bəyanatları özünü göstərib: “Düzdür, dinləmələrdə Azərbaycanın hüquqlarını müdafiə edən deputatlar çoxluq təşkil edib, amma Martin Şultsun qərəzi bütün mənaları ilə özünü göstərib. Avroparlamentdə ölkəmizlə bağlı 37 nəfər çıxış edib ki, onların mütləq əksəriyyəti idmanla siyasəti bir-biri ilə əlaqələndirməməyə, ikili standartlardan çıxış etməməyə çağırış edib. Bütün bunlara baxmayaraq, dünyada ikili, üçlü standartların mövcudluğunun bir daha şahidi olduq. Bu insanların ən birinci problemi birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsini həzm edə bilməmələridir”.
Siyavuş Novruzov həmin qərəzli dairələrin Azərbaycanla bağlı mövqelərində yanıldıqlarını da deyib: “Bunlar düşünürdülər ki, Azərbaycan bu Oyunların keçirilməsinin öhdəsindən gələ bilməyəcək. Amma bir daha yanıldılar. Cənab Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi, Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın qətiyyətli addımları sayəsində qısa zaman kəsimində Azərbaycan bütün hazırlıq işlərini yüksək səviyyədə həyata keçirdi və bu gün Avropanın böyük idman ailəsini ölkəmizdə qəbul edir”.
Millət vəkili, əslində, ölkəmizin beynəlxalq tədbirlər keçirməsi baxımından kifayət qədər haqqı olduğunu, eyni zamanda, həmin istiqamətdə çox ciddi təcrübələr keçdiyini də bildirib. Bütün bunlardan məmnun olmayan bir sıra siyasi dairələr isə Azərbaycanda mövcud olan iqtidar-xalq birliyindən narahat olur: “Buna qədər Azərbaycan bir çox beynəlxalq yarışlara, tədbirlərə ev sahibliyi etmişdi. Bu baxımdan, ölkəmizin təcrübəsi böyükdür. Hesab edirəm ki, ölkəmizdə olan ictimai-siyasi sabitlik, iqtidar-xalq birliyi, tərəqqi bir çoxlarını narahat edir. Hələ də qəbul etmək istəmirlər ki, Azərbaycan öz adını tarixə yazır”.
Siyavuş Novruzov Avropa Parlamentindəki dinləmələrlə bağlı Milli Məclis deputatlarının da bəyanat verdiyini xatırladıb və vurğulayıb ki, həmin bəyanat yalnız Avropa Parlamentinə deyil, eyni zamanda, ölkəmizə qarşı təzyiq dili ilə danışmağa cəhd edən digər qərəzli siyasi dairələrə də aiddir: “Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar və Avropa strukturlarında təmsil olunan bir qrup deputatlar Avropa Parlamentində belə bir mövzunun müzakirə olunmasına öz etiraz bəyanatını verib. Bəyanat Azərbaycanla yanaşı, dünya ictimaiyyətinə çatdırılıb”.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50

