/ / Almaniya parlamentariləri Azərbaycan dövlətinin multikulturalizm siyasəti barədə məlumatlandırılıblar
Almaniya parlamentariləri Azərbaycan dövlətinin multikulturalizm siyasəti barədə məlumatlandırılıblar
23.06.2015 [09:38]
İyunun 22-də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Almaniya Bundestaqının Xristian Demokratlar İttifaqı fraksiyasının üzvü Mark Hauptmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Almaniyanın Türingen vilayət parlamentinin sədri Kristian Karius, vilayət parlamentində fraksiyanın iqtisadi, enerji, təhsil, turizm, inteqrasiya və miqrasiya, kənd təsərrüfatı üzrə sözçüləri Mario Foqt, Ştefan Qruhner Kristian Tişner, Andreas Bül, Kristian Herqot və Markus Malş iştirak ediblər.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində keçirilən görüşdə Dövlət müşaviri almaniyalı parlamentarilərə Azərbaycan dövlətinin multikulturalizm siyasəti barədə məlumat verib, ölkəmizdə bütün etnik qruplar və müxtəlif dinlərə mənsub olan insanların sülh içərisində yaşadıqlarını deyib. O, Azərbaycanda məscidlərlə yanaşı, çoxlu sayda kilsə və sinaqoqların normal fəaliyyət göstərdiyini vurğulayıb. Əlavə edib ki, Azərbaycanda dini və milli zəmində ayrı-seçkiliyin izi belə yoxdur.
Kamal Abdullayev görüşdə alman tarixçisi və şərqşünası Fridrix Henri fon Ditsin 200 il əvvəl “Kitabi-Dədə Qorqud”un “Basatın Təpəgözü öldürməsi” boyunu alman dilinə tərcümə edərək çap etməsini və beləliklə də dastanın dünya mədəniyyətinə tanıdılmasını xüsusi vurğulayıb. O, Prezident İlham Əliyevin bu istiqamətdə ilboyu müxtəlif tədbirlərin keçirilməsi məqsədilə ayrıca Sərəncam imzaladığını diqqətə çatdırıb.
Görüşdə Dövlət müşaviri Avropada tez-tez baş verən terror aktlarının İslam dini ilə əlaqələndirilməsindən narahatlıq keçirdiklərini deyib, bunun yolverilməz olduğunu qeyd edib.
Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov qonaqlara qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verib. İcraçı direktor Mərkəzin yaranmasının əsas məqsədlərindən birinin Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrinin dünyaya tanıtmaq olduğunu qeyd edib. Bu məqsədlə Multikulturalizm Mərkəzinin həyata keçirdiyi layihələr barədə söhbət açan Azad Məmmədov “Azərbaycan multikulturalizmi” fənninin 7 xarici ölkə universitetlərində tədrisi barədə qonaqlara ətraflı məlumat verib. Bu universitetlərin sırasına növbəti semestrdən bir sıra Avropa universitetlərinin, o cümlədən Almaniyanın Ausburq Universitetinin də daxil olacağı diqqətə çatdırılıb.
Qonaqlar Azərbaycana ilk dəfə gəldiklərini, səfərin birinci Avropa Oyunlarının keçirildiyi günlərə təsadüf etməsi üçün çox şanslı olduqlarını, paytaxt Bakının əsrarəngiz gözəlliyini gördüklərini bildiriblər.
Müzakirələr zamanı parlament üzvləri Almaniyada və Avropadakı multikultural durumdan və mövcud problemlərdən də bəhs ediblər.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 19:50
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00

