/ / Rəy: Azərbaycan əhalisi ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən və idmançılarımızın uğurlarından qürur duyur
Rəy: Azərbaycan əhalisi ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən və idmançılarımızın uğurlarından qürur duyur
08.07.2015 [10:02]
İlk Avropa Oyunları artıq tarixə çevrildi. Avropa idman rəsmilərinin də etiraf etdikləri kimi, iyunun 12-dən 28-dək Bakının ev sahibliyi etdiyi bu idman tədbiri öz səviyyəsinə və təşkilatçılığına görə Yay Olimpiya Oyunlarından geri qalmadı. Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki deyib ki, Azərbaycan bu idman yarışının yüksək standartlarını formalaşdırdı.
Bəs Azərbaycan əhalisi İlk Avropa Oyunlarının təşkilini necə qiymətləndirir? Ümumiyyətlə, onlar bağlanış mərasimini izləyiblərmi və əgər izləyiblərsə bu, onlarda hansı təəssüratlar oyadıb? İdmançılarımızın çıxışlarını necə qiymətləndirirlər?
“Rəy” Monitorinq Mərkəzinin 2015-ci il iyulun 1-dən 3-dək keçirdiyi ümummilli ictimai rəy sorğusu məhz bu suallara həsr olunub. Sorğuya yaşı 18 və yuxarı olan 1500 respondent cəlb edilib. Nisbi xəta 2,7 faiz təşkil edir.
Nəticələr göstərir ki, Azərbaycanda birinci Avropa Oyunlarının açılış mərasimi kimi, bağlanış mərasimi də böyük maraqla qarşılanıb. Bağlanışdan sonra rəyi soruşulanların 79 faizi mərasimi izlədiklərini qeyd edib.
Bağlanış mərasiminə baxanların 91 faizi şounu televiziya vasitəsilə, 1 faizə qədəri stadiondan, 8 faizə qədəri isə internet vasitəsilə izlədiyini qeyd edib.
Rəyi soruşulanların 70 faizi bağlanış mərasiminin onlarda qürur hissi doğurduğunu, 12 faizi belə səviyyəli yarışlardan həzz aldıqlarını qeyd edib. Cəmi 4 faizə qədər respondent onlar üçün heç bir fərqin olmadığını və buna əhəmiyyət vermədiklərini, 3 faizi heç bir hiss keçirmədiklərini bildirib. Rəyi soruşulanların yalnız 1 faizi bu cür yarışların keçirilməsindən narazılıq bildirib. 12 faiz respondent isə bu sualı cavablandırmaqda çətinlik çəkib.
Əgər Oyunların açılışından dərhal sonra, iyunun 13-15-də keçirilən sorğuda ölkə əhalisinin 80 faizə qədəri Oyunları izləyəcəklərini deyirdisə, bağlanışdan sonra keçirilmiş sorğuda respondentlərin 88 faizi yarışları izlədiklərini, qalan 12 faizi isə ümumiyyətlə idmanla maraqlanmadıqlarını bildirib.
“Sizcə, hansı idman növündə Azərbaycan idmançıları daha da yaxşı çıxış edə bilərdilər?” sualına respondentlərin 23 faizi güləşi, 16 faizi voleybolu (əsasən qadınlar arasında), 20 faizi isə digər idman növlərini göstərib. 31 faiz respondent bu sualı cavablandırmaqda çətinlik çəkib.
Ölkə əhalisinin 94 faizi Azərbaycan idmançılarının çıxışını uğurlu, yalnız 1 faizi uğursuz qiymətləndirib. Beş faiz respondent isə bu sualı cavablandırmaqda çətinlik çəkib.
“Azərbaycan idmançılarının çıxışını necə qiymətləndirirsiniz?” sualına respondentlərin 63 faizi komandamızın gözlədiklərindən də yaxşı, 27 faizi gözlədikləri kimi, 1 faizi pis çıxış etdiyini bildirib. 9 faiz respondent sualı cavablandırmaqda çətinlik çəkib.
“Avropa Oyunlarında çıxış edən Azərbaycan idmançılarından hansını bu Oyunların qəhrəmanı hesab edirsiniz, yaxud hansı idmançı özünü daha yaxşı göstərdi?” sualına ölkə əhalisinin 26 faizi ilk Avropa Oyunlarının məşəlini alovlandıran paralimpiyaçı çempionumuz İlham Zəkiyevi bu Oyunların qəhrəmanı hesab etdiklərini bildirib. Respondentlərin 9,3 faizi Toğrul Əsgərovu, eyni sayda insan Rafael Ağayevi, 7,3 faizi Rəsul Cunayevi, 7,1 faizi Oleq Stepkonu, 8,3 faizi isə digər idmançıları bu oyunların qəhrəmanı hesab etdiklərini bildirib. 34 faiz respondent bu sualı cavablandırmaqda çətinlik çəkib.
Məlum olduğu kimi, belə genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi ucuz başa gəlmir. Ölkə əhalisinin 72 faizi hesab edir ki, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi sadəcə mədəni hadisə deyil, həm də dünyanı Azərbaycanla tanış etmək imkanı idi. Bu səbəbdən də rəyi soruşulanların əksəriyyəti Oyunların təşkilinə çəkilmiş xərclərin özünü doğrultduğu qənaətindədir. Cəmi 10 faiz respondent bu fikri bölüşmür, çünki bunu bədxərclik hesab edir. 18 faiz respondent isə bu sualı cavablandırmaqda çətinlik çəkib.
Rəyi soruşulanların 83 faizi hesab edir ki, Oyunların keçirilməsi üçün infrastrukturun yaradılması idmanla məşğul olmaq imkanlarımızı artırmaqla yanaşı, həm də gələcəyə sərmayələrin qoyulması deməkdir, 11 faizi isə bu rəyi bölüşmədiyini qeyd edib. Altı faiz respondent bu suala cavab verməkdə çətinlik çəkib.
“Dünyada baş verənlər göstərir ki, biz informasiya müharibələri şəraitində yaşayırıq. Bu dövrdə istənilən fakt siyasi çalar alır, onun ətrafında şayiələr dolaşmağa başlayır. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi də istisna deyil. Bu tədbirin ətrafında əsl informasiya savaşı gedir. Sizcə Azərbaycan bu döyüşləri udur, yoxsa uduzur?” sualına ölkə əhalisinin 72 faizi Azərbaycanın bu savaşı udduğunu, cəmi 7 faizi isə uduzduğunu qeyd edib. 21 faiz respondent cavab verməkdə çətinlik çəkib.
Sorğu zamanı o da məlum olub ki, ölkə əhalisinin 86 faizi 2017-ci il İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçirilməsi ideyasına müsbət və yalnız 8 faizi mənfi münasibət bəsləyir. 6 faiz respondent cavab verməkdə çətinlik çəkib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35

