Tərtərdə seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar təşkil edilib
25.08.2015 [10:10]
Avqustun 24-də 95 saylı Tərtər seçki dairəsi Dairə Seçki Komissiyasında aşağı seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlanılıb. Kurslar Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Dairə Seçki Komissiyasının 9 üzvünün, 38 seçki məntəqəsi sədrinin, habelə qaçqın və köçkün rayonlarının seçki məntəqələri sədrlərinin iştirak etdikləri kursun ilk günündə Tərtər rayon İcra Hakimiyyəti başçısının müavini Ramiz Şabanovun “Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması” mövzusunda məruzəsi dinlənilib.
Daha sonra Tərtər rayon Məhkəməsinin hakimi Həsən Qəniyev çıxış edərək, seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmlərindən danışıb.
95 saylı seçki dairəsi Dairə Seçki Komissiyasının sədri Həmid Mehdiyev DSK üzvləri və məntəqə seçki komissiyaları sədrlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və seçki hüququ ilə bağlı biliklərinin artırılması baxımından kursların əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, kurslar komissiya üzvlərinin maarifləndirilməsi məqsədi daşımaqla yanaşı, həm də onların siyasi biliklərinin artırılmasında, həyata keçirdikləri hər bir seçki proseduruna məsuliyyətlə yanaşmalarında, seçkilərin demokratik və şəffaf keçirilməsində böyük təsirə malikdir.
Kurs çərçivəsində keçirilən seminarda DSK-nın sədri seçici siyahıları ilə iş qaydasına dair iştirakçılara geniş məlumat verib, mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Avqustun 24-də 48 saylı Yevlax şəhər, 49 saylı Yevlax-Mingəçevir, 81 saylı Beyləqan, 82 saylı Ağcabədi şəhər, 83 saylı Ağcabədi-Füzuli, 84 saylı Füzuli, 93 saylı Bərdə şəhər, 94 saylı Bərdə kənd, 118 saylı Ağdam şəhər, 119 saylı Ağdam kənd, 121 saylı Laçın seçki dairəsi dairə seçki komissiyalarında da müvafiq ixtisaslaşdırılmış kurslar başlayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58

