Vüqar Rəhimzadə: Azərbaycan hər zaman öz haqlı mövqeyini qətiyyətlə müdafiə edəcək
29.01.2016 [09:48]
“Bu gün Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Bu təmsilçilik özünü zaman-zaman ən yüksək səviyyədə göstərib. Ölkəmiz hər zaman çalışıb ki, bu əməkdaşlıq qarşılıqlı maraqlar üzərində qurulsun və inkişaf etsin. Ötən illərdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə doğru və düzgün şəkildə çatdırılması istiqamətində mühüm işlər görülüb, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra sənəd və qətnamələr qəbul edilib. Təbii ki, proses davam edir”. Bunu “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
O qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu günlərdə keçirilən qış sessiyasında Bosniya və Herseqovinadan olan deputatı Militsa Markoviçin “Azərbaycanın sərhəd rayonları sakinlərinin qəsdən sudan məhrum edilməsi” və Böyük Britaniyadan olan deputat Robert Volterin “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın şiddətlənməsi” adlı hesabatları müzakirəyə çıxarılıb: “Təəssüf ki, ikinci sənəd qəbul edilməyib. Çünki Avropadakı bəzi antiazərbaycan dairələr, erməni və ermənipərəst qüvvələr hər zaman bu cür sənədlərin, qətnamələrin qəbuluna qarşı çıxıblar və bəzi hallarda buna nail olublar”.
“Ancaq sevindirici haldır ki, deputat Militsa Markoviçin “Azərbaycanın sərhəd rayonları sakinlərinin qəsdən sudan məhrum edilməsi” hesabatı ilə bağlı qətnamə qəbul edilib. Bu, çox müsbət haldır. Bir çox ölkələrin AŞPA-da təmsil olunan deputatları reallıqları dərk edib bu sənədin qəbulu ilə bağlı ədalətli mövqe nümayiş etdirdilər. Bunu birmənalı şəkildə ölkəmizin növbəti uğuru kimi qiymətləndirmək olar” - deyən Vüqar Rəhimzadə əlavə edib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin sözügedən hesabatların AŞPA-nın qış sessiyasında müzakirəyə çıxarılmasına kəskin etiraz bildirmələri isə Azərbaycana qarşı tətbiq edilən ikili standartların növbəti təzahürüdür: “Həmsədrlərin AŞPA-nın qış sessiyasında ölkəmizlə bağlı hesabatların müzakirəsinə etirazları, həmçinin onların tərəfsizliyini şübhə altına alır. Ermənilər isə qərəzli hesabatlar hazırlayıb müxtəlif dairələrdə müzakirəyə çıxararkən nədənsə biz ATƏT-in Minsk qrupunun üzvlərinin-həmsədrlərin susduqlarının şahidi oluruq. Bu hal bizdə təəssüf doğurur. Eyni zamanda onların bu münaqişəyə ədalətli yanaşmalarını şübhə altına alır”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20

